"Afət yazıq neyləyib? Nəsimini söyüb? "

"Afət yazıq neyləyib? Nəsimini söyüb? "
Müğənni Nazənin Nəsiminin "Sığmazam" qəzəlinin sözlərinə oxuduğu "Pəncü-şeş" adlı qalmaqallı mahnısı ilə gündəmə gələn Afət Fərmanqızına dəstək olub.

O, bununla bağlı Xanim.az saytına özəl açıqlama verib.

"Xəqaninin heykəlini sökdülər. Yerində bazar tikdilər. Heç ondan danışan yoxdur. Yazıq neyləyib ki? Nəsimini söyüb? Yox! Hərənin öz dünyagörüşü var. Onun mahnısına pis baxmıram. Sadəcə oxuyub, nə pis iş görüb ki?

Bir söz deyim. Psixoloq Nərmin Şahmarqızı Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında o sözləri deyəndə niyə şığıyıb gedib o qızın qapısı ağzında ( içi mən qarışıq ) tutub o qızın saçlarından sürümədik ki, sən bu nədi eləyirsən? Yazıq neyləyib ki? Mahnı oxuyub. Allah haqqı, mən Afəti dəstəkləyirəm, şəxsən də yanındayam! Bilirsiniz niyə? Elə şeylər var ki heç onlara reaksiya vermirik. Gör kimdən tutmuşuq, Afətdən! O, Nəsimi ilində bu mahnını oxumaqla Nəsimini daha çox yada saldı. Bu saat Nəsimin kötücəsi gəlsə, ortaya çıxıb desə ki, vəziyyətim pisdir, bizə pul yığmaq lazımdır, heç kim ona 5 manat verməyəcək. Yazmağa gələndə, klaviatura arxasında oturanlar hamısı şirə dönür. Ona görə də mən Afəti dəstəkləyirəm!".

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1677 Tarix: 15.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol