"Həkimin əlində xəstə öləndə işdən çıxmır, mənim mahnıma oynadığına görə..." - Afət

"Həkimin əlində xəstə öləndə işdən çıxmır, mənim mahnıma oynadığına görə..." - Afət
Xəbər verdiyimiz kimi, Müğənni Afət Fərmanqızının oxuduğu "Pəncü-şeş" mahnısına oynayan tibb bacıları işdən çıxarılıb.

BiG.AZ xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkədə məsələyə münasibət bildirib. O, işdən çıxarılan işçilərə vəkil tutduğunu deyib:

“Bir nəfər mənə yazıb ki, bu xanımların beşi də dünən baş həkim tərəfindən bu videoya görə (nahar zamanı çəkilən video) işdən cıxarılıb. Baş həkim bilsin ki, bu xanımların sahibi var! Sahibləri Dövlətdir! Videoda qəbahət nə var ki? Mən burada qeyri- etik heç bir hərəkət görmürəm. Amma həkimin əlində xəstə öləndə o işdən çıxmır. Video ela alınıb, dəstəyə rəhbərlik edən qız da mənə oxşayır. Öz aramızdır, axırda bəstəboy xanım lap həvəslə şapalaq vurmağı gözləyir. O xəstəxanada deyilənə görə, səbəbi bilinmədən həkimin əlində xəstə ölüb, həkim işdən çıxmır, əksinə baş həkim onu müdir təyin edir, amma bu videoda heç kimə ziyan vurulmayıb. Mən bu xanımlara vəkil də tutmuşam. Məhkəməyə qədər gedəcəyik!".

Müğənni həmçinin bu yaxınlarda yeni mahnısının hazır olacağını qeyd edib:

“19 martda Nəsiminin şeirinə ərəb mahnısı gəlir. Tik- tokları hazırlayın. Bizim çox gözəl dövlətimiz və dövlətimizin qanunları var! Qanun nə desə, odur!".

Afaq Rza

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 800 Tarix: 15.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol