Aysel Əlizadə 13 illik ailə dağıtması ilə bağlı danışdı - FOTO

Aysel Əlizadə 13 illik ailə dağıtması ilə bağlı danışdı - FOTO

Neçə gündür adı ailə dağıtmaqda hallanan müğənni Aysel Əlizadə nəhayət susqunluğunu pozub.

BiG.AZ xəbər verir ki, ifaçı məsələnin hüquq müstəvisində həll ediləcəyini açıqlayıb.

Aysel bunları deyib:
"Son vaxtlar bu yana barəmdə səslənən əsassız, həqiqətə uyğun olmayan və yalan fikirlərlə əlaqədar hüquq mühafizə orqanlarına və məhkəmələrə müraciətlər etməkdəyəm. Şərəf və ləyaqətimin alçalmasına yönələn əsassız fikir formalaşdıran, yəni məlumat mənbələri olan şəxslər qanun və
məhkəmə qarşısında cavab verəcəklər. Dərhal televiziyadan və yayımlanan verilişlərdə barəmdə əsassız fikirlər səsləndirilməsinin dayandırılmasını, həmçinin, təkzib verilməsini və üzr istənilməsini tələb edirəm. Xəbər portallarından xahişim odur ki barəmdə nalayiq ifadələrin qeyd edilməsinin qarşısının alınması üçün əsassız xəbərləri yığışdırsınlar. Çünki bu məsələ hüquq müstəvisində öz həllini tapacaqdır".

Aysel Əlizadə 13 illik ailə dağıtması ilə bağlı danışdı - FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4412 Tarix: 14.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol