"Report" "İlin informasiya agentliyi" seçilib - FOTO

Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən Navigator.az regional biznes portalı “Navigator Business Award” mükafatının qaliblərini açıqlayıb.

Qaliblərin arasında "Report" İnformasiya Agentliyi də var.

Media qurumu "İlin informasiya agentliyi" seçilib.

Qeyd edək ki, “Navigator Business Award” mükafatı Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən 26 mindən çox şirkəti əhatə edir. Mükafat ötən il ərzində əhəmiyyətli uğurlar qazanan şirkətlərə və iş adamlarına, reklam və PR sahəsində fəal olanlara, hiss olunacaq sosial aktivlik nümayiş etdirənlərə, səhifələri "Navigator.az" şirkətlər üzrə məlumat kitabçasında ən çox daxilolma göstəricisinə malik olanlara, eləcə də adları daha çox axtarışa verilən şirkətlərə təqdim olunur. Yekun qərarlar ötən ilin noyabr ayından etibarən portalın müştəriləri və istifadəçiləri arasında sorğu keçirən "Navigator"un marketinq və kontent (məzmun) şöbələrinin rəhbərlərinin və əməkdaşlarının daxil olduğu ekspert şurası tərəfindən, eləcə də iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən mütəxəssislərin rəyləri əsasında qəbul edilib.

"Report" "İlin informasiya agentliyi" seçilib - FOTO "Report" "İlin informasiya agentliyi" seçilib - FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 152 Tarix: 14.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol