İlahiyyatçı Hüseyn Dəryanın məzarının açılmasından danışdı: "İslam dininə görə..."

İlahiyyatçı Hüseyn Dəryanın məzarının açılmasından danışdı: "İslam dininə görə..."Xəbər verdiyimiz kimi, mərhum reper Hüseyn Dəryanın ilk nikahından olan övladı Ayşən "Bizimləsən" verilişinə çıxaraq Cahangirin doğma qardaşı olub-olmadığını öyrənmək üçün DNT testinin edilməsini istədiyini bildirib. Bunun üçün hətta o, Hüseyn Dəryanın məzarının açdıracağını da bildirib.

Bununla bağlı BiG.AZ-a açıqlama verən İlahiyyatçı alim Əkrəm Həsənov bildirib ki, insan dəfn edildikdən sonra onun qəbrinin açılması dinimizə görə icazəli deyil:

"Bir çox islam alimləri bu məsələ barədə müxtəlif fikirlər, rəylər, görüşlər deyiblər. Ümumi nəticə bundan ibarətdir ki, çox ciddi zəruri durumlar olarsa qəbrin açılması icazəli hesab edilir. Dünyasını dəyişən şəxsin bulaşıcı xəstəliyi olarsa açılmasına yol vermək olmaz. Ancaq dəfn edilən şəxsin yaxınlarından biri onun hansısa bahalı hədiyyəsini onunla birlikdə gizlin dəfn edərsə belə halda qəbrin açılması zərurəti ortaya çıxır. Xüsusilə zəruri durumlar içərisində ölən şəxsin ölümünün cinayət səbəbi olduğu şübhəsi ortaya çıxarsa belə halda onu dəqiqləşdirmək üçün qəbrini açmağa icazə verilir. Hər hansısa istintaq adaşdırmaları zamanı qəbir açılıb cənazə müayinə edilə bilər. Bir sözlə, müəyyən vacib şərtlər daxilində qəbrin açılması zərurəti yaranarsa, onu açmağa icazə verilir. Ancaq belə hallarda müdddətin əsas şərt kimi götürülməsi lazımdır. İllər keçdikdən və cənazə tam çürüdükdən sonra açılması doğru hesab edilmir. Bir sözlə, bu məsələdə istisnalar var. Qəbirləri başqa yerə nəql etmək, zəruri durum olmadıqca icazəli hesab edilmir. Qəbirlərin qorunması dinimizin göstərişidir. Cənazəni bir qəbirdən çıxarıb digər qəbirə dəfn etməkdə şəriətdə icazəli hesab edilmir. Çünki islama görə, həyatda olanların hüquqları qorunduğu kimi, ölənlərin də hüquqları qorunur. Ancaq güclü zəlzələ, su axını, yol çəkilməsi və ya düşmən tərəfində qalması kimi zəruri vəziyətlərdə qəbirləri açıb yerini dəyişməyə icazə verilir".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4813   Tarix: 14 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Aytən Səfərovanın düşdüyü qəzanın anbaan görüntüləri: Cinayət işi açıldı - YENİLƏNİB + VİDEO

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı cinayət işi açılıb. -ın əldə etdiyi məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır. Qeyd edək ki, CM-in 263-cü maddəs

17.04.2024 2408
.

Dubaya güclü yağışlar yağıb

BƏƏ-nin şəhəri Dubaya güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, həmin şəhərdə olan şəxslər Dubayda yağış gördüklərinə təəccübləniblər. Onlar bu barədə sosial şəbəkələrdə paylaşıblar. Dubay hava limanında bir çox reyslər təxirə salınıb

17.04.2024 460
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

16:59 90
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1663
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

10:12 241
.

Qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb

Mozambikdə əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb. xəbər verir ki, Mozambik Xəbər Agentliyinin məlumatına görə, ölkənin mərkəzi bölgəsindəki Zambezi çayında əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən bi

17.04.2024 464
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 275
.

"Dövlət jurnalistləri yaradıcı insanlardan ayırmır" - Yadigar Məmmədli

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Yadigar Məmmədli bildirib ki, dövlət jurnalistləri də yaddan çıxarmır

17.04.2024 244
.

Hadı Rəcəbli dəfn olundu

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli dəfn olunub. xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb

17.04.2024 850