"Sevda Ələkbərzadənin dünya səviyyəsində səsi var" - Murat Boz

"Sevda Ələkbərzadənin dünya səviyyəsində səsi var" - Murat Boz

“Azərbaycanlı müğənnilərdən Sevda Ələkbərzadəni bəyənirəm”.

Bu sözləri “106.3 FM”də DJ Kazım Sübhanın suallarını cavablandıran türkiyəli müğənni Murat Boz deyib.

O, əməkdar artistin heyranı olduğunu dilə gətirib:

“Sevda Ələkbərzadənin ifasına “Alagöz” mahnısını sevirəm. Dünya səviyyəsində bir səsi var. İnanılmaz mahnıları var. Amma o işin sehri əslində, Sevda xanımın səsində gizlidir. Onun hər mahnısını siz oxuya bilməzsiniz. Çox istedadlı sənətçidir. Qulaq asdığım önəmli sənətçilərdən biridir”.

Boz müsahibəsi zamanı Azərbaycan mahnısı oxumaq istədiyini də deyib.



Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1015 Tarix: 14.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol