Nobel Sülh Mükafatçısı 16 yaşlı aktivist olacaq

Nobel Sülh Mükafatçısı 16 yaşlı aktivist olacaq

İsveçdə başlatdığı iqlim böhranı ilə mübarizə hərəkatının dünya miqyasında yaymağı bacaran aktivist Qreta Tunberq Nobel Sülh Mükafatına namizəd göstərilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 16 yaşlı təbiət mühafizəçisi ötən ilin avqust ayında iqlim dəyişiklikliyi ilə mübarizəyə diqqət çəkmək üçün tətil başladıb və İsveç Parlamentinin önündə oturaraq dinc aksiya keçirib.

Bu aksiya qısa müddətdə qlobal hərəkata çevrilib. Avropanın bir çox şəhərlərində məktəblilər dərsləri tərk edib iqlim dəyişikliyinə diqqət çəkmək üçün aksiya keçirib.

Bununla da Qreta norveçli parlamentarilər tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilib.

Qeyd edək ki, Qreta “Time” dərgisinin “2018-ci ilin ən yaxşı gəncləri” siyahısına da düşmüşdü.
Nobel komitəsi Qretanı seçəcəyi halda, o, bu ünvanı qazanan ən gənc insan olacaq.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 333 Tarix: 14.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol