Hansını seçək: təbii qida məhsullarını, yoxsa GMO-ları?!

Hansını seçək: təbii qida məhsullarını, yoxsa GMO-ları?!Genetik seleksiya nəticəsində yeni heyvan cinsləri və bitki sortları yaradılır, həmçinin mövcud orqanizmlərin kənd təsərrüfatı baxımından vacib əlamətlərinin inkişaf etdirilməsi həyata keçirilir. Yer üzərində ilk insanların yarandığı dövrlərdən etibarən genetik seleksiya və ya süni seçmə aparılmağa başlanılmışdır. Belə ki, insanlar yabanı bitkiləri becərməklə və vəhşi heyvanları əhliləşdirməklə kortəbii şəkildə olsa da, seleksiya ilə məşğul olmuşdurlar. Sonradan insanlar məqsədyönlü şəkildə seleksiya apararaq faydalı canlıların lazımi xüsusiyyətlərini inkişaf etdirmişdirlər.

Seleksiya nəticəsində insanlar tərəfindən istehlak edilən bitki sortları (məs., gül kələmi, Brüssel kələmi, quru kələm, qarğıdalı) və heyvan cinsləri (məs., çox süd verən inək və qoyun cinsləri) yaradılmışdır. Qida təhlükəsizliyi baxımından bu cür orqanizmlərin insanlar tərəfindən yeyilməsi tam təhlükəsizdir. Bununla belə, seleksiya nəticəsində əldə edilən orqanizmlərin saxlanılması və becərilməsinin iqtisadi cəhətdən sərfəli olmaması, qeyri-məhsuldarlığı, habelə ətraf mühit amillərinə və zərərvericilərə qarşı həssas olması onlardan əldə ediləcək məhsulun miqdarına öz mənfi təsirini göstərir. Həmçinin dünyada əhalinin sayının artması qida çatışmazlığına səbəb olan ən vacib amillərdəndir.

Bundan başqa, genetik seleksiya zamanı heyvan cinsləri və bitki sortlarında istədiyimiz əlamətin seçilməsi 10-15 il vaxt tələb edir ki, bu da zaman baxımından heç də az deyil və qida istehsalında müəyyən problemlərin yaranmasına səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq, alimlər müxtəlif genetik və biotexnoloji metodların hesabına yüksək məhsuldarlığa malik, xüsusilə ətraf mühit amillərinə və zərərvericilərə qarşı davamlı orqanizmlər yaratmağı qarşılarına məqsəd qoyublar.

Genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) yaradılması və kütləvi istehsalına XX əsrin 70-ci illərindən başlanılmış və günümüzə qədər davam edir.

GMO mənşəli orqanizmlər dedikdə, genetik mühəndisliyin metodları vasitəsilə canlının genetik materialında (genlərində) aparılmış dəyişikliklər başa düşülür. Hazırda GMO mənşəli orqanizmlərdən qida və dərman istehsalında, habelə elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Həmin orqanizmlərin genlərində edilmiş dəyişikliklər növbəti nəsillərə ötürülərək lazım olan xüsusiyyətlərin formalaşmasına səbəb olur.

GMO mənşəli qidalar dedikdə, genetik modifikasiya olunmuş mikrooqranizimlər, bitkilər və heyvanlardan əldə edilmiş məhsullar başa düşülür.

GMO mənşəli orqanizmlərin formalaşdırılmasına təkan verən amil 1954-cü ildə Vatson və Krik tərəfindən ikizəncirli dezoksiribonuklein turşusunun (DNT) kəşfi ilə əlaqədardır.

Molekulyar biologiya elmi inkişaf etdikcə, canlıların genetik materialının, yəni DNT-sinin öyrənilməsi də geniş vüsət almışdır. Rekombinant DNT texnologiyasının, yəni laboratoriya şəraitində canlı orqanizmlərin DNT-sinin ardıcıllığında dəyişikliklər etmək metodunun inkişafı GMO-ların yaradılmasına səbəb olmuşdur.

1973-cü ildə Herbert Boyer və Stanley Cohen ilk dəfə olaraq, antibiotikə davamlı genetik modifikasiya olunmuş bakteriya yarada bilmişlər. Bundan sonra, 1983-cü ildə ətraf mühit amillərinə davamlı tütün bitkisi yaradılmış və Çində bu bitkidən hazırlanan məhsulun satışı həyata keçirilmişdir.
İlk dəfə ABŞ-da Qida və Dərman İdarəsi (FDA) tərəfindən GMO olan pomidorun marketlərdə şatışına icazə verilmişdir. Daha sonra bitkilərin zərərvericilərə qarşı mühafizəsini təşkil etmək üçün istifadə edilən pestisidlərə qarşı dözümlü pambıq, soya, qarğıdalı və şəkər çuğunduru GMO-ları yaradılmışdır. Bu tip bitkilər onların genetik materialına virus, bakteriya, əqrəb, həşərat və s. kimi orqanizmlərin genlərinin müəyyən hissələrinin köçürülməsi hesabına yaradılmışdır. Bütün bunlar GMO mənşəli qidaların sürətlə dünya bazarında artmasına təkan vermişdir və hazırda, demək olar ki, əksər böyük dövlətlərdə onların satışı problemsiz həyata keçirilir.

Dünya əhalisinin sürətlə artması və kənd təsərrüfatında heyvan mənşəli yemlərə artan tələbat tez bir zamanda daha yüksək məhsul verən və zülal ilə zəngin olan qidalara olan tələbatı da artırmışdır.

Birləşmiş Millətlər Təşkilatının (UNO) məlumatına əsasən, hazırda dünyada təxminən 7,6 milyard insan yaşayır və onların sayının 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə 9,7 milyard olacağı təxmin edilir. Həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozuna əsasən, adambaşına düşən qida istehsalı üçün əlverişli torpaqların miqdarı 2050-ci ilə qədər 0,242 hektardan 0,18 hektara qədər azalacaq.

Əhalinin sayının sürətlə artması nəticəsində yaranan qida çatışmazlığının qarşısını almaq məqsədi ilə GMO-lu qidaların kütləvi istehsalı həyata keçirilir.

Qeyd etmək lazımdır ki, GMO mənşəli qidaların qida təhlükəsizliyi baxımından insan sağlamlığına təsiri daim müzakirə mövzusu olmuşdur. Dünyada GMO-lu qidaların istehsalına tələbatın artmasına əhali sayının artması və münbit torpaqların az olmasından əlavə, bir sıra digər amillər, o cümlədən bioyanacaq və xammal istehsalına artan tələbat, sürətlənmiş şəhərləşmə, münbit torpaqların çölləşməsi, şoranlaşma və erroziyası, qlobal iqlim dəyişikliyi və su ehtiyatlarının azalması da təsir edir.

Adətən, GMO mənşəli orqanizmlər iki genetik metod vasitəsilə yaradılır: birbaşa DNT-sində dəyişikliyin aparılması, yəni hər hansı genetik fraqmentin daxil edilməsi və bakteriyada aparılmış dəyişikliyin orqanizmə daxil edilməsi. Hazırda birbaşa dəyişiklik vasitəsilə yaradılmış GMO məhsullarına alma, soya, qarğıdalı, pambıq, badımcan, kartof, lobya, yemiş, ərik, düyü, şəkər çuğunduru, şəkər qamışı, şirin bibər, buğda və pomidor daxildir. Sadalanan GMO-lu qida məhsullarının market və bazarlarda satışıa ABŞ Kənd Təsərrüfatı İdarəsi (USDA) tərəfindən 2015-ci ildə razılıq verilmişdir.

Bu cür GMO mənşəli bitki məhsullarının satışı və istifadəsinə Çin, Cənubi Afrika, Avstraliya, Kanada və s. kimi ölkələrdə də icazə verilir. Avropada GMO mənşəli bitkilərin dövriyyəsinə çox ciddi nəzarət edilir, yalnız GMO-lu raps, pambıq, soya, qarğıdalı və şəkər çuğundurunun satışına və istifadəsinə icazə verilir.

Bakteriyada aparılmış dəyişikliyin orqanizmə daxil edilməsi metodundan Agrobacterium adlı bakteriyadan müxtəlif növ GMO mənşəli paxlalı bitkilərin yaradılmasında istifadə edilir.

GMO-lu heyvanlardan, əsasən, tibb sahəsində müəyyən xəstəliklərin müalicəsi zamanı istifadəsi nəzərdə tutulsa da, Cənubi Koreya alimləri tərəfində yaradılmış yeni balıq növünü, Çin və Yeni Zelandiya alimləri tərəfindən yaradılmış inəklərdən əldə edilən südü insanlar istehlak edirlər.

GMO mənşəli heyvan qidalarının geniş istifadə edilməməsi alimlərin müəyyən araşdırmalar nəticəsində bu tip qidaların insan sağlamlığına ciddi ziyan vurması qənaətinə gəlməsi ilə bağlıdır.

Elm inkişaf etdikcə, GMO-ların yaradılmasında yeni genetik metodların tətbiqinə də əlverişli şərait yaranır. Belə ki, 2012-ci ildə CRISPR - Cas9 adlı yeni genetik metod vasitəsilə bitki və heyvan mənşəli orqanizmlərin genetik materialında dəyişikliklər və hətta əlavələr edilməyə başlanılmışdır.

GMO mənşəli məhsulların məhsuldar və iqtisadi baxımdan sərfəli olmasına baxmayaraq, onların insan sağlamlığına və ekosistemə xeyiri və ya vura biləcəkləri potensial ziyanı elmi tədqiqat müəssisələri tərəfindən hələ də tədqiq edildiyindən, bu cür məhsulların təhlükəsizlik aspektləri sual altındadır. Genetik seleksiya yolu ilə seçilmiş bitki və heyvanlardan, yəni heç bir gen mühəndisliyinin və biotexnoloji metodların manupuliyasiyasına uğramamış orqanizmlərdən hazırlanmış qidaların isə tam təhlükəsiz olması insan sağlamlığı baxımından önəmli yer tutur.(Milli.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 721   Tarix: 14 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451
.

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO

Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır. -ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir. Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər. Bildiriblər ki

11:02 207
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 660
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

12:54 216
.

Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...

Bu gün Yerdə geomaqnit qasırğası olacağı proqnozlaşdırılır. Bakıda qasırğa günorta saat 12:00-dan etibarən öz təsirini göstərməyə başlayacaq və 21:00-dək davam edəcək. xəbər verir ki, bu barədə məlumat Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında yer alıb. Geomaqni

10:11 290
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

19.04.2024 357
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 197
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 434
.

İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO

Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yeniyetmənin piyada işıqforuna zərbə vurmasını əks etdirən görüntülər araşdırılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib. Bildirilib ki, polis əməkdaşları tərəfindən yetkinlik yaşın

14:44 28