Xamenei ilə görüşmüş deputat: "İnanmıram ki, İran Azərbaycanı Ermənistana sata"

Xamenei ilə görüşmüş deputat: "İnanmıram ki, İran Azərbaycanı Ermənistana sata"
"İran bizə dost ölkədir".

BiG.AZ xəbər verir ki, bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü,, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə son günlər İran-Azərbaycan sərhədində baş verən insidentlərdə "erməni əlinin" olması ehtimalına münasibət bildirərkən deyib.

Deputat vurğulayıb ki, İran bizə qonşudur: "Təbii ki, ticarətlə siyasət bir-birindən fərqlənir. Biz ticarəti siyasətlə qarışdırmamalıyıq. İranın bizim xoşumuza gəlməyən ölkələrlə ticarət münasibətləri ola bilər. Ancaq siyasətdə inanmıram ki, İran Azərbaycanı Ermənistana sata və bizim əksimizə gedə. Çünki buna səbəb də yoxdur. Cənab Prezidentimizin İrana səfər etməsi, İran prezidentinin və dini rəhbərlərin Azərbaycan haqqında dedikləri bu fikrimi təsdiqləyir. Mən özüm də Əli Xamenei ilə 2 dəfə görüşmüşəm. Onun Azərbaycan haqqında danışdıqlarını mən eşitmişəm. Ona görə də mən inanmıram ki, İran erməni ilə bağlı məsələyə qol qoyub, şərait yaratsın. Biz unutmamamlıyıq ki, Ermənistan bizə düşmən ölkədir. Hər tərəfdən yoxlamalar aparImalı və ayıq, sayıq olmalıyıq".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 493 Tarix: 13.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər