Nazir saxta əlilliklərin ləğvindən danışdı

Nazir saxta əlilliklərin ləğvindən danışdıBu günədək ölkədə 1300-dən çox saxta əlillik ləğv edilib.
Bu sözləri Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

Nazir saxta əlilliyin müəyyən edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirildiyini bildirib:

"Aşkar edilən saxta əlillik faktları nəticəsində dövlət büdcəsinə 3 milyondan çox vəsait bərpa edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir. Saxta əlilliyin verilməsində səhvə yol vermiş vəzifəli şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb".

S.Babayev onu da vurğulayıb ki, mart ayından əlilliyə görə pensiya təminatının elektronlaşması nəzərdə tutulub. Nazir Azərbaycanda qeyri-formal məşğulluqla mübarizə çərçivəsində çox önəmli qərarlar qəbul edildiyini də vurğulayıb:

"Təqdim olunan böyük həcmli vergi güzəştləri, inzibati tədbirlərin təkmilləşdirilməsi nəticəsində artıq bu ilin ilk aylarından müsbət nəticələr əldə edilib".

Nazir bildirib ki, təkcə iki ayda bu sahədə 50 mindən çox artım qeydə alınıb:

"Mart ayının 5-nə olan məlumata görə, ölkədə əmək müqavilələrinin sayı 53 mindən çox artıb. Bunların 40 mini məhz özəl sektorda əmək pensiyalarının artımından irəli gəlir. Bu rəqəmlər aparılan islahatların uğurlu şəkildə həyata keçirilməsinə bir nümunədir. İlk iki ayda əmək müqavilələrinin sayı 50 mindən çox artması formal məşğulluğun genişlənməsi, qeyri-formal məşğulluğun azalmasına xidmət edir".

Nazir bildirib ki, ölkədə qeyri-formal məşğulluğun dəqiq qiymətləndirilməsi mümkün deyil:

"Ən inkişaf etmiş ölkələrdə qeyri-formal məşğulluğun həcmi 20-30 faiz civarındadır. Qeyri-formal məşğulluq bütün dövlətlərdə var, bunun qiymətləndirilməsi üçün müxtəlif təcrübələr mövcuddur. Ona görə də ölkəmizdə qeri-formal məşğulluğun faizini birmənalı olaraq qiymətləndirmək çətindir. Lakin dinamika ilə baxdıqda irəliləyişlər müşahidə edirik. Əgər əmək müqavilələrinin sayı iki ayda 53 min artırsa, il ərzində bu sahədə ciddi irəliləyişlərin olmasına imkan yaradır. Azərbaycanda ümumi məşğulluğun mənzərəsi kifayət qədər yaxşı görünür. Bu gün Azərbaycanda Dövlət Statistika Komitəsinin məlumatlarına görə Azərbaycanda böyük bir kəsim pay torpağı, fərdi sahibkarlar və muzdlulardır. Bizim əsas məqsədimiz muzdluların sayının artırılmasıdır. Bu da gələcəkdə onların pensiya təminatına imkan verəcək. Qeyri-formal məşğulluğun həcminin dəyərləndirilməsi üçün müxtəlif kriteriyalar var. Bizim ora pay torpaq sahiblərini aid etməyimizdən çox şey asılıdır. Əgər kənd təsərrüfatında çalışanları formal məşğulluq kimi qəbul etsək, Azərbaycanda vəziyyət heç də pis deyil". (axar.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 897   Tarix: 13 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

22:12 0
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

17:38 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

16:28 0
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

13:57 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

17:27 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

20:30 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0