Dünyanın ən böyük stadionları – Fotolar

Dünyanın ən böyük stadionları – FotolarFutbolu gözəlləşdirən əsas amillərdən biri də stadionlardır. Gözəl futbol gözəl stadionda oynanılar.

BiG.AZ komanda.az-a istinadən dünyanın ən böyük 10 stadionunu təqdim edir:

"Runqrado 1 May stadionu" – Şimali Koreya

Dünyanın ən böyük stadionu Şimali Koreyanın paytaxtı Pxenyanda yerləşən "Runqrado 1 May" stadionudur. Stadion 150 min nəfərlik tutuma malikdir. Dənizin dalğalarını xatırladan xarici dizaynı olan stadion, futboldan başqa, böyük tədbirlər üçün də uyğundur.

"Salt Lake" – Hindistan

Hindistanın qərbindəki Benqal əyalətində yerləşən stadion, dünyanın ən böyük ikinci arenasıdır. Bir çox kluba ev sahibliyi edən "Salt Lake", 120 min nəfərlik tutuma malikdir. Stadion inşa edilərkən, burda olacaq hər bir azarkeş, tamaşaçı düşünülüb. Hər kəsin güvənli bir şəkildə təxliyə olunma imkanı yaradılıb. Futbolsevərlər üçün gözəl bir təcrübədir.

"Soccer Siti" – Yohannesburq, CAR

Afrika ölkələrinin mədəniyyətlərinin kəsişmə nöqtəsi olaraq dəyərləndirilən stadionda 94 min 700 insanın yerləşməsi mümkündür. Bundan başqa, bu stadion 15 minlik maşın dayanacağı, 2 min 451 nəfərlik media tribunası, 300 nəfərlik restoranı ilə insanları təəccübləndirməyi bacarır.

"Kamp Nou" – Barselona, İspaniya

99 min 300 azarkeş tutumuna malik olan stadionda "Barselona" 1957-ci ildən bu günə qədər öz ev oyunlarını keçirir. 1957-ci ildə istifadəyə verilərkən 93 min nəfərlik olan stadionda, 1982-ci ildə keçirilən dünya çempionatı üçün oturacaqların sayı 125 minə qaldırıldı. Amma 90-cı illərin sonunda yeni qaydalara görə, azarkeş tutumu 99 mindən aşağı salındı. Komandanın rəngləri ilə bəzədilən stadionun görünüşü insanı heyrətləndirir.

"Melburn Kriket Ground" – Avstraliya

Avstraliyanın ən böyük stadionu olan "Melburn Kriket Ground", 100 min azarkeş tutumuna malikdir. Stadion tarix boyunca bir çox vacib tədbirlərə ev sahibliyi edib. 1956-cı ildə keçirilən olimpiya oyunlarından tutmuş, FİFA-nın bir çox tədbirlərinə, turnirlərinə kimi…

"Marakana" – Rio de Janeyro, Braziliya

1950-ci ildə keçirilən dünya çempionatı üçün tikilən "Marakana" stadionu, Braziliyanın Rio de Janeyro şəhərində 90 min nəfərlik qarşılaşmalara ev sahibliyi edir. Şəhərdə məhəllələr arasında yerləşən stadionun tikintisinə 11 mindən çox işçi cəlb olunub.

Şübhəsiz ki, bu stadionu məşhurlaşdıran da elə 1950-ci ildə keçirilən dünya çempionatıdır. Braziliya millisi 88-ci dəqiqədə buraxdığı qolla 1:2 hesabı ilə məğlub olmuşdu. Braziliyalı futbolsevərlər üçün acı bir xatirə daşıyan həmin oyunda "Marakana"da 199 min 854 azarkeş vardı! Həmin tarixi gündə şəhər əhalisinin 10 faizi stadionda cəmləşmişdi. Stadion 2016-cı ildəki olimpiada üçün yenidən təmir edilib.

"Azadi" stadionu – Tehran, İran

90 min nəfərlik "Azadi" stadionu 1974-cü ildə keçirilən Asiya oyunları üçün, İranın paytaxtı Tehranda tikilib. Ümumi ərazisi 450 hektardır. Eyni zamanda, stadionun 400 avtomobil üçün bağlı, 10 minlik açıq dayanacağı var. Bu stadionda keçirilən bəzi oyunlarda azarkeş çoxluğu faciə ilə yekunlaşıb. İran və Yaponiya milliləri arasında keçirilən oyundan sonrakı izdihamda 7 nəfər ölmüşdü.

"Uembli" – İngiltərə

Bu stadion 90 min nəfərlik tutumu ilə "Nou Kamp"dan sonra Avropanın ən böyük ikinci arenasıdır. 1948-ci ildə olimpiya oyunları, 1966-cı ildə dünya çempionatı və 1985-ci ildə "Live Aid" konserti burda keçirilib. 2007-ci ildə təmir olunan stadionda, azarkeşlərdən gələn səsi artırmaq üçün xüsusi akustik yeniləmələr edilib.

"Asteka" – Meksika

"Asteka" stadionu 1966-cı ildə, müxtəlif tədbirləri keçirmək məqsədilə inşa edilib. İlk vaxtarda 115 min nəfərlik nəzərdə tutulsa da, sonradan təhlükəsizlik səbəbi ilə tutumu 100 min nəfərə qədər azaldılıb. 2016-cı ildə yenilənən stadion, VİP sektorlar daxil olmaqla, 84 min azarkeşin yerləşməsi üçün nəzərdə tutulub. Hazırda tutumu təxminən 100 min olan "Asteka", 95 min oturacaq və 5 min otaqdan ibarətdir. Təkcə futbol oyunları deyil, konsertlər və böyük tədbirlər də burda keçirilir.

"Bukit Jalil National" – Malayziya

87 min 411 nəfərlik bu stadion, 1998-ci ildə keçirilən idman oyunlarına ev sahibliyi etmək məqsədilə 1995-ci ildə inşa edilib. Cənub-şərqi Asiyada ən böyük stadiondur. Malayziyaya səfər edəniniz olsa, bu stadiona mütləq baş çəksin, əminik, unudulmaz xatirə olar.
Dünyanın ən böyük stadionları – FotolarDünyanın ən böyük stadionları – FotolarDünyanın ən böyük stadionları – FotolarDünyanın ən böyük stadionları – FotolarDünyanın ən böyük stadionları – FotolarDünyanın ən böyük stadionları – FotolarDünyanın ən böyük stadionları – FotolarDünyanın ən böyük stadionları – FotolarDünyanın ən böyük stadionları – Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1079   Tarix: 11 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599