"Anam qədər qazanmasam da..." - Rəqsanənin qızı qazancını açıqladı

"Anam qədər qazanmasam da..." - Rəqsanənin qızı qazancını açıqladı"Telekanallarda ödənişsiz müğənniyəm, heç bir proqrama pul verib çıxmamışam. Mən Rəqsanə İsmayılovaya görə tanınmışam, amma məni özümə görə sevirlər. Əziyyət çəkirəm, mənim qədər çalışan müğənni yoxdur. Hər ay bir mahnı, klip, fotosessiya təqdim edirəm. Həm də səmimi olduğum üçün sevilirəm".

BiG.AZ Musavat.com-a istinadən bildirir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı, gənc ifaçı Aysun deyib. O "Məni tənqid edənlərə anam zəng edib, cavablarını verir" açıqlamasının birmənalı qarşılanmamasına da aydınlıq gətirib:

"Allahdan başqa heç kimdən qorxmuram. O açıqlamanı da zarafata demişəm. Şou aləminin içində böyümüşəm, şou-biznesin pisini də, yaxşısını da bilirəm. Rəqsanə xanım müğənni kimi yox, ana kimi məni incidənlərin cavabını verir. Məni çox tənqid edən də olmayıb. Çoxunun gözünün önündə böyümüşəm. Mənə dəstək olanlara təşəkkür edirəm".

İfaçı qazancından da danışıb: "Anam qədər qazanmıram, ayda 30 toya getmirəm. O qədər büdcəm yoxdur. Amma toylara gedirəm, tədbirlərdə oluram. Qazancımı mahnılarıma sərf edirəm. Sağ olsun, anam da daim mənə mənəvi və maddi dəstəkdir. Anam mənim işimə qarışmır, deyir ki, daim üzərində işlə və uğur qazan".

Aysun duet ortağı Sabirlə yeni işlər görəcəyini də açıqlayıb:

"Bizim "Sevgi" adlı mash-up duetimiz çox bəyənildi, heç kim bizi tənqid etmədi. Deyə bilərəm ki, çox sevildi. Növbəti duetimiz gəlir, yenə sevgidən oxuyacağıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3060   Tarix: 10 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193