Bir dahinin SONU - "Mənim kimi ölməyin"

Bir dahinin SONU - "Mənim kimi ölməyin"BiG.AZ komanda.az-a istinadən yazını təqdim edir.

Onun hekayəsi "Deyəsən, bir dahi tapmışam" sözləri ilə başlayır. 1958-ci ildə təyyarə qəzasında heyətinin yarısını itirən "Mançester Yunayted"i yenidən əvvəlki halına qaytarmaq vəzifəsi Matt Basbinin üzərinə düşmüşdü. Bir gün komandanın seleksiyaçısı Bob Bişopun ona dediyi bu sözlər böyük bir başlanğıcdan xəbər verirdi: "Deyəsən, bir dahi tapmışam". Onun "dahi" dediyi bu futbolçu Corc Best idi. Amma o, təkcə istedadı ilə deyil, həm də dediyi sözlərlə, yaşadığı həyatla, xarici görkəmi ilə böyük məşhurluq qazanan, bu gün də sevilən insan oldu...

Corc Best 1947-ci ildə, Şimali İrlandiyanın paytaxtı Belfastda dünyaya gəlib. İlk vaxtlarda baxışda olduğu Belfastın yerli klubu olan "Qlentoran" onu zəif və balaca olduğu üçün seçməkdən imtina etmişdi. Amma məşqlərdə özünü yaxşı tərəfdən göstərdikdən sonra komandanın baş məşqçisi Co Armstronq onunla müqavilə imzalanmasına razılıq verir. Beləliklə, onun peşəkar karyerası 1963-cü ildə başlayır. Elə həmin il Bob Bişop tərəfindən kəşf edilir və "Mançester Yunayted"də oynamağa başlayır.

"Qırmızı şeytanlar"ın heyətində 17 yaşında debüt edən Corc, ilk dəfə 1963-cü ilin 14 sentyabrında - "Vest Bromviç"ə 1:0 hesabı ilə qalib gəldikləri oyunda forma geyinir. Yaşının az olmasına görə kifayət qədər şans qazanmayan futbolçu, növbəti dəfə dekabrın 28-də oynayır və komandanın heyətində ilk qolunu vuraraq, 5:1 hesablı qələbədə pay sahibi olur. O, mövsümün ikinci yarısında daha çox oynamaq şansı qazanır və həmin mövsüm iştirak etdiyi 26 oyunda 6 qol vurur. Komandası isə "Liverpul"dan 4 xal geri qalaraq, mövsümü ikinci pillədə tamamlayır.

"Mançester Yunayted" 1968-ci ildə Çempionlar Kubokunu qazanaraq, bu turnirdə qalib gələn ilk ingilis klubu olur. Həmin mövsüm turnirin 1/4 final mərhələsində "Benfika"ya 4:1 hesabı ilə qalib gələn "Mançester Yunayted"in qollarından birinin müəllifi də məhz o olur, 92-ci dəqiqədə vurduğu qolla. Bu oyundan sonra Avropada məşhurlaşan Corc, 1968-ci ildə həm Avropada, həm də İngiltərə Futbol Yazarları birliyi tərəfindən verilən "İlin futbolçusu" mükafatına layiq görülür. Eyni zamanda, ona azarkeşlər tərəfindən "Belfast uşağı" ləqəbi də verilir.

1970-ci ildə "Northampton"a qarşı oynanılan Liqa kuboku matçında 6 qol vuran Best, Mançester təmsilçisinin heyətində keçirdiyi 466 oyunda ümumilikdə 178 qola imza atmağı bacarır. Lakin onun karyerası nə gözlənilən kimi davam etdi, nə də istənilən şəkildə bitdi...

Qazandığı uğurlardan və məşhurluqdan sonra həyatını istədiyi kimi yaşamağı üstün tutan "Belfast uşağı", artıq 27 yaşına kimi iki dəfə karyerasını bitirmək qərarı almışdı. 60-cı illərdə Mançesterdə iki fərqli gecə klubu açan futbolçunun həyatındakı problemlər getdikcə artmağa başlayır. 1974-cü ildə, 27 yaşında məşqlərdəki intizamsızlığı və içki səbəbi ilə "Mançester Yunayted"lə yollarını ayırır. Sonrakı illərdə "Los Anceles Azteks"də, "Hibernian"da, fərqli vaxtlarda iki dəfə "Fulhem"də və başqa klublarda forma geyinir. Son olaraq, "Bornmut"da çıxış edən Corc, 1983-cü ildə, 37 yaşında karyerasını başa vurur. O, istedadını ən yaxşı şəkildə ifadə edən "Pele is good, Maradona better, Corc Best" cümləsi ilə özünü bütün dünyaya sübut etmək şansını belə məhv edir.

Maradonanın "O, idealımdır", Pelenin isə "Gördüyüm ən yaxşı futbolçudur" dediyi bu dahi, İrlandiya millisinin heyətində keçirdiyi 37 oyunda 9 qola imza atmağı bacarır.

"1969-cu ildə içkidən və qadınlardan imtina etdim. Bu, həyatımın ən pis 20 dəqiqəsi idi" deyən Corc, həyatını və karyerasını imtina edə bilmədiyi vərdişlərinə görə məhv edir - "Həyatımda hər şeydən imtina etdim, içki xaric".

O, 1984 və 2004-cü illərdə içkili halda avtomobil idarə etdiyi üçün həbs olunur. 1981-ci ildə isə ABŞ-da futbol oynadığı dövrdə tanımadığı bir qadının çantasından içki almaq üçün pul oğurlayır. Təəssüf ki, həyatının geri qalan hissəsini də alkoqolla mübarizə apararaq keçirir.

Corc Bestin günlərini məhkəmələrdə keçirdiyi dövr

İki dəfə evlilik yaşayan futbolçunun hər iki həyat yoldaşı onun tərəfindən döyüldüklərini, şiddətə məruz qaldıqlarını deyiblər. Xüsusilə, 80-ci illərin sonundan adı müxtəlif qalmaqallarda, davalarda hallanan Bestin həyatı belə də davam edir: İçki, dava, həbs...

Elə ölüm səbəbi də karyerasından üstün tutduğu içki olur. 2002-ci ildən etibarən müxtəlif müalicələr alan və qaraciyər əməliyyatı keçirən Corc Bestin vəziyyəti 2005-ci ildə yenidən pisləşir.

Corc Bestin son günləri

Müalicə aldığı xəstəxanadan sevdiyi insanlara vida mesajı göndərən dahi futbolçunun son mesajı isə bütün həyatını ifadə edir: "Mənim kimi ölməyin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1530   Tarix: 10 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554