Səmada qeyri-adi səs gəldi, baş verənlər... — VİDEO

Səmada qeyri-adi səs gəldi, baş verənlər... — VİDEO
Slovakiya sakini Martin Mikuaş öz “YouTube” kanalında müəmmalı video çarx yayımlanıb.

Martinin sözlərinə əsasən, günün günorta çağı səmadan qəribə səslər eşidilib. Səsi eşidən slovakiyalı mobil telefonunu çıxararaq baş verənləri lentə alıb. Mikuaş anomal səsin nə olduğunu başa düşmür. Amma o, bilir ki, bu tip səslər tez-tez dünyanın bir sıra ölkələrində də eşidilir.

Bu, həqiqətən də belədir. Son illər bənzər hadisələr baş verir və alimlər hələ də bunu izah edə bilmirlər. Hazırda bu tip xəbərlər sosial şəbəkələrdə getdikcə artmaqdadır.
Bəzi sosial şəbəkə istifadəçilərinin fikrinə əsasən, bu səslər yadplanetlilərə məxsusdur. Digərləri isə söhbətin mistik və ya dini olduğuna inanır. Ortodoksal alimlər də bu səslərin litosfer təbəqələrinin hərəkəti nəticəsində yarandığını qeyd edirlər.

mənbə: olke.az


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1167 Tarix: 09.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol