Emin və Araz Ağalarovlar ABŞ məhkəməsinə müraciət etdilər

Emin və Araz Ağalarovlar ABŞ məhkəməsinə müraciət etdilərAzərbaycanın xalq artisti Emin Ağalarov və atası Araz Ağalarov yenidən ABŞ məhkəməsinə müraciət ediblər.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, rusiyalı biznesmenlər Demokratlar partiyasının Milli komitəsinin onlara qarşı qaldırdığı iddianın rədd edilməsini xahiş ediblər.

Demokratların Milli komitəsinin ötən il qaldırdığı mülki məhkəmə iddiasına əsasən Ağalarovlar da daxil olmaqla bir neçə rusiyalı, o cümlədən Donald Trampın kürəkəni Cared Kuşner, müşavirləri Corc Papadopulos, Rocer Stoun, WikiLeaks saytı və onun qurucusu Culian Assanc və digərləri 2016-cı il Amerika seçkilərinə müdaxiləyə görə cavabdehlik daşımalıdır.

Bu şəxslər əlbir olaraq partiyanın seçki qərargahına kibermüdaxilədə və prezident seçkiləri kampaniyası zamanı elektron məlumatların ələ keçirilməsində ittiham olunurlar.

ABŞ məhkəməsi bu iddianı baxılmaq üçün qəbul edib və prosedura görə iddianın nüsxələrini cavabdehlərə də göndərib. Lakin iddianı Ağalarovla çatdırmaq mümkün olmamışdı.

Ağalarovların cavab iddiasına əsasən demokratların Milli komitəsi onların seçkilərə müdaxiləsinə dair hər hansı sübut təqdib edə bilməyib. İddia ərizəsində Ağalarovların seçkilərə müdaxilə planında əli olmasına və ya bu plandan xəbərdar olmasına dair hər hansı qeyd də yoxdur.

Ağalarovlar hesab edir ki, onlara qarşı ittiham ancaq rusiyalı olduqları və Donald Trampla təmaslarına görə irəli sürülüb.

Bildirilir ki, demokratlar ötən il iddia qaldıranda Ağalarovlar onun rədd edilməsi üçün məhkəməyə müraciət etmişdilər. Bu ilin yanvarında demokratlar iddiaya düzəliş edərək yenidən məhkəməyə təqdim ediblər və nəticədə rusiyalı biznesmenlər yenidən iddianın rədd edilməsi üçün məhkəməyə müraciət etməli olublar.

Bu arada Konqresin Nümayəndələr palatasında çoxluğa malik olan demokratlar Tramp-Rusiya gizli işbirliyinə dair yeni təhqiqat başladıblar. Konqresmenlər bu təhqiqatla bağlı Tramp-Rusiya gizli işbirliyində əli ola biləcək hər kəsdən, o cümlədən Ağalarovlardan təhqiqata kömək etməyi, əllərindəki məlumatları onlarla bölüşməyi xahiş edir. Təhqiqatın nəticəsi olaraq Trampın barəsində impiçment proseduru başladıla bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 623   Tarix: 09 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059