Günəşi eBayda satan, Aydan 1 milyon götürənlər: "Mənə ancaq Tanrı qarışa bilər"

Günəşi eBayda satan, Aydan 1 milyon götürənlər: "Mənə ancaq Tanrı qarışa bilər"Bu, sizə qəribə gələ bilər, amma bəzi insanlar Günəş və Ay da daxil olmaqla göy cisimlərinə sahib olduqlarını iddia ediblər. Bəziləri başqa planetlərə, astroidlərə və hətta bütün Günəş sisteminə sahib olmaları ilə bağlı iddia irəli sürüblər. Bəziləri isə daha da irəli gedərək, həmin göy cisimlərini satıblar.

BiG.AZ qaynarinfo-ya istinadla xəbər verir ki, həmin insanlar haqda məlumatı təqdim edir.

1. Qenaro Qahardo Vera

1953-cü ildə 34 yaşlı çilili vəkil və həvəskar bəstəkar Qenaro Qahardo Vera Aya qarşı iddia qaldırmağa başlayır. Hər şey onun əmlakı olmadığı üçün sosial klublardan birinə qəbul edilməməsi səbəbindən baş verib.

Daha sonra Vera mülk qeydiyyatı agentliyinə gedir və Ayın sahibi kimi qeydiyyatdan keçir. Maraqlısı odur ki, heç kəs bu iddiaları müzakirə etmir. Beləliklə, o, 1954-cü ildə 42 peso ödəyərək, Ayın ona aid olduğuna dair rəsmi sənəd alır. Bundan sonra Vera kluba qəbul edilir.

Neil Armstronq və Baz Aldrinin 1969-cu ildə Aya ayaq basmasından 1 ay öncə Qahardo Vera ABŞ-ı mülkünü ələ keçirməkdə günahlandırır və iddia qaldırmaqla hədələyir. Hətta Riçart Niksonun özünün belə Aya uçmaq üçün ondan icazə istədiyinə dair şayiələr yayır.

Günlərin birində Çili rəsmiləri Qaharonu Aya sahib olduğuna görə vergi ödəməməkdə ittiham edirlər, lakin o, nə qədər ödəniş edəcəyini bilmədiyini deyir. Çünki heç kəs Yerin təbii peykinin dəyərini müəyyənləşdirməmişdi. Bu səbəbdən Vera müfəttişlərin Aya getmələrini və mülkünün dəyərinin müəyyənləşdirilməsini istəyir. Təbii ki, heç kim buna razı olmur və məsələ şəxsi olaraq dəyərləndirilir.

Quaydo 1998-ci il 29 iyunda Ayı bütün çilililərə miras qoyub, dünyasını dəyişir.

2. Dennis Houp

Bu şəxs təkcə Aya deyil, eyni zamanda Merkuri, Venera, Mars, Yupiter ayına və Plutona da sahib olduğunu təsdiqləyib. O, 1980-ci ildə BMT yayımladığı sənəddə boşluq tapdıqdan sonra, bu addımı atıb. Belə ki, sənəddə sadəcə hüquqi şəxslərin iddialarının əsassız olduğu qeyd olunurdu.

Houp hətta sahib olduğu mülkün səhmlərini vergisiz 19,95 dollara, ƏDV ilə birgə isə 36,50 dollara satır. Bundan başqa o, daha böyük mülklər alanlara endirim də edir. Bir dəfə Houp 250 min dollara 2,66 milyon hektar ərazi satıb. Həmçinin Ayın şimal qütbünü 50 milyon dollara almaq istəyən bir qrupun isə təklifini rədd edib.

Təklif verənlər arasında Tom Kruz, Cim Karter, Ronald Reyqan və Corc Vaşinqton Buş kimi məşhur şəxslər də var. O, sadəcə Aydakı mülkləri satır, çünki digər göy cisimlərinin xəritələrinə sahib deyil.

Plutonun tamamını isə 250 min dollara satmağa hazırdır.

3. Qreq Neitz

13 avqust 1898-ci ildə Karl Uitt və Avqust Çarlois dünyaya yaxın olan Eros astroidini ayrı-ayrılıqda müşahidə ediblər. Eros dünyaya yaxın olan və eyni zamanda ilk eniş edilən astroid idi. Lakin bu, Qreq Nemitzin xoşuna gəlmir, çünki astroidin onun şəxsi mülkü olduğuna inanırdı.

O, astroidin ona məxsus olduğunu söyləyir, çünki bu göy cisminə sahiblik iddia edən ilk şəxs idi. Bu əsəbəbdən Nemitz mülkünə astronavt göndərdiyi üçün NASA-nı mühakimə edir və təşkilata 20 dollar ödəniş edilməsi üçün sənəd göndərir.

4. Adam İsmayıl, Mustafa Xəlil və Abdulla əl-Umari

1997-ci ildə 3 yəmənli Marsa endikləri üçün NASA-nı məhkəməyə verib. Onlar e.ə. I minillikdə Ərəbistanda yaşamış keçmiş qəbilələrin nəvələri olduqlarını və atalarının Mars da daxil olmaqla 7 planetdə 7 məbədə sahib olduqlarını iddia ediblər. Onlar həmçinin Marsa sahib olduqlarına dair sənədlərinin olduqlarını da deyiblər. İş Yəmən Prokurorluğuna gedir, lakin prokuror ittihamlardan əl çəkməyəcəkləri təqdirdə həbs olunacaqlarını bildirir.

Onlar iddiadan çəkildilər, lakin Marsda 1 kv. metr ərazini 2 dollara satan əmlak şirkəti açdılar.

5. Filip Devis

2015-ci ildə ABŞ prezidenti Barak Obama kosmos qanununu qəbul edir. Qanun Amerika şirkətlərinə kosmosda əldə olunan əşyaları saxlamağa icazə verir. Bu, Filip kimi insanları kosmosdan qızıl əldə etməyə inandırır. Beləliklə o, müstəmləkəçiliyin idarə olunması və kosmosda hərbi təcavüzün qarşısını almaq məqsədi güdən 1967-ci il BMT Sazişinin köhnəldiyini bildirir. Bu səbəbdən Denis özünü Marsın sahibi elan edir. Onun Marsda mülk alan 13 min müştərisi var.

Devis hətta kifayət qədər dəstəyi olacağı təqdirdə, BMT-ni Marsa transfer etməyi planlaşdırır.

6. Mariya Angel Durand

Mariya Angel Durand Günəşə iddia irəli sürən ispaniyalı qadındır. O, Dennis Houpun Aydakı satışdan yaxşı qazandığını gördükdən sonra 2010-cu ildə bu iddiasını irəli sürüb. O, 2013-cü ildə mülkünü eBay-da avro qrşılığında satmaq üçün hesab açıb. Müştərilər satışla bağlı sertifikat alıblar, lakin dəqiq koordinatlara sahib deyillər. eBay-da heç kəsin Günəşə sahib ola biləcəyinə inanılmadığından hesab əngəllənir. Lakin Durand eyni fikri bölüşmədiyindən vəkil tutaraq, eBay-a qarşı dava qaldırır. İrəli sürülən arqumentlər isə ondan ibarət idi ki, əgər külək və su qaynaqları satıla bilirsə, günəş qaynaqları da satıla bilər.

Lakin qarşı tərəf 1967-ci ildə imzalanmış BMT sazişini əsas gətirib və məhkəmə eBay-ın xeyrinə qərar qəbul edib.

7. Silvio Lanqevin

2012-ci ildə kanadalı Silvio Langevin Yupiterin 4 peykinin, dünya və Günəş sistemi də daxil olmaqla bütün bəşəriyyətin sahibi olduğunu iddia edib və mülkiyyət hüquqlarına sadəcə Tanrının etiraz edə biləcəyini bildirib. O, qeyri-adi məhkəmə işlərinə olan marağı ilə məşhurdur. Belə ki, Langevin 2001-2012-ci illərdə 45 iddia qaldırıb, lakin əlavə icazə almadan məhkəməyə çıxması qadağan edilib.

8. Ceyms Tomas Manqan

Manqan 20 dekabr 1948-ci ildə özünü bütün kosmosun sahibi elan edib. Əlbəttə belə bir bəyanat medianın diqqətini çəkir və o, media nümayəndələrinin müşayiətilə İllinois ştatına mülk iddiası üzrə müraciət edir.

Lakin idarə baş prokurorun xüsusi icazəsi olana qədər bu iddianı rədd edir. Daha sonra Manqan BMT-yə məktub yazaraq, kosmosun ona aidliyi üçün sənədi 74 dövlət katibinin imzalamasını, həmçinin onu şəxsiyyət deyil, ayrı bir dövlət olaraq tanımalarını istəyir. Onun bu iddiası təmin edilmir.

Manqan sonra sikkə yaradaraq, ona Celeston adını verir. O, tez-tez Celestonu və Ay pasportunu kosmonavtlara göndərir. Əvvəllər Manqan kosmosdakı torpaqlarını 1 dollardan satmağı planlaşdırır, lakin sonradan pulu potensial alıcılara geri ödəyir. Manqan 1970-ci ildə dünyasını dəyişib.

9. Martin Yurqens

Ayın sahibi ünvanı üçün mübarizə aparanlardan biri də Martin Yurqandır. O, II Kral Federikin Ayı onun ailəsinə təqdim etdiyini iddia edir. Onun sözlərinə görə, kral xəstələnəndə Yurgens ailəsindən kömək istəyib, ailəsi də kralı sağaltdığı üçün belə bir mükafata layiq görülüb.

Həmçinin mirasının nəsildən nəslə keçəcəyini qeyd edib. Bu səbəbdən Yurgens Ayın hissələrini satan Houpa qarşı çıxıb. Houp isə ondan dəlil tələb edib. Yurgens 1756-cı ildə jurnalistlərin belə bir sənədi gördüklərini deyib. Lakin mətbuatda bu barədə qeydə rast gəlinməyib.

10. "Elmi fantastika, gəzən elflər, cücələr və kiçik insanlar" cəmiyyəti

"Elmi fantastika, gəzən elflər, cücələr və kiçik insanlar" cəmiyyəti 1952-ci ildə silvanit səhmlərinin olduğunu iddia etikləri Aya qarşı haqq irəli sürüblər.

Berkeleydən gələn cəmiyyət üzvləri bunun üçün BMT-yə müraciət ediblər. Bunun qarşılığında onlar mədənçilikdən gələn gəlirin 90 faizini BMT-yə verəcəklərini vəd ediblər. Həmçinin ABŞ prezidenti Harri Trumana və bir neçə xəbər agentliyinə də məktub göndəriblər. Lakin tələb ciddiyə alınmayıb. Bu, diqqət çəkmə kimi dəyərləndirilib. Prezident məktuba cavab verməyib, lakin BMT Ayla bağlı səlahiyyəti olmadığından istəkləri yerinə yetirə bilməyəcəyini açıqlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 847   Tarix: 08 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292