Azərbaycan atleti Avropa çempionu oldu - VİDEO

Azərbaycan atleti Avropa çempionu oldu - VİDEO
Azərbaycan atleti Nazim Babayev Şotlandiyanın Qlazqo şəhərində keçirilən 35-ci qış Avropa çempionatında qızıl medal qazanıb.

İdmançımız üç təkanla tullanma yarışında birincilik əldə edib.

22 yaşlı idmançı finalda 17,29 metr məsafəyə tullanaraq, şəxsi rekordunu da yeniləyib.

Yarışda ikinci yeri portuqaliyalı olimpiya çempionu Nelson Evoranı, üçüncü yeri isə almaniyalı Maks Heb tutub.

Qeyd edək ki, Nazim Babayev karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu olub.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İdman Oxunub: 430 Tarix: 04.03.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər