Sumqayıtda istirahət mərkəzində meyit tapıldı
Sumqayıt şəhərində istirahət mərkəzində meyit tapılıb.
BiG.AZ report-a istinadən xəbər verir ki, hadisə dəniz kənarında yerləşən "Neptun" ailəvi istirahət mərkəzində baş verib.
Belə ki, Abşeron rayonunun Masazır kənd sakini, 1969-cu il təvəllüdlü Əfqan Daşdəmir oğlu Rəhimovun istirahət mərkəzində meyiti aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. Müayinə zamanı Ə.Rəhimovun ürək tutmasından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
BiG.Az


Xəbərlər Baxılıb: 505 Tarix: 04 mart 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Tezbazar.az elanlar sayti