Sürücülər, DİQQƏT! Bu yaşdan sonra mütləq... - TƏHLÜKƏLİDİR

Sürücülər, DİQQƏT! Bu yaşdan sonra mütləq... - TƏHLÜKƏLİDİRBöyük Britaniya şahzadəsi Filippin bu ilin yanvar ayında şəxsi "Land Rover"i ilə qəza törətməsi sosial şəbəkələrdə xeyli müzakirə olunmuşdu. Maraqlısı budur ki, 97 yaşlı şahzadə avtomobili özü idarə edirdi.

Bu qəza ortaya belə bir sual çıxarmışdı: İnsanlar neçə yaşdan sonra özlərinin və ətrafdakıların təhlükəsizliyi üçün avtomobil idarə etməkdən imtina etməlidirlər?

BiG.AZ medicina.az-a istinadən bildirir ki, statistikaya görə, 20-24 yaş arası və 85 yaşdan yuxarı avtomobil idarə edən kişilərdə qəza törətmək göstəriciləri yüksəkdir. Bu, birinci halda təcrübəsizlikdən asılıdırsa, ikinci halda orqanizmdə yaranan dəyişikliklər səbəbindən meydana çıxır.
Məsələ ilə bağlı danışan tanınmış hüquqşunas Ərşad Hüseynov deyib ki, bununla bağlı Səhiyyə Nazirliyinin qərarı mövcuddur, ancaq qərarda bir sıra mübahisəli məqamlar var: "Mübahisəli məqamlar ondan ibarətdir ki, dünyanın hər yerində sürücülərin sağlamlığı ilə bağlı hüquqi akt olur. Hətta Birləşmiş Millətlər Təşkilatının sürücülərə dair tələblərlə bağlı saziş var. Həmin sazişdə də xəstəliklər sadalanır. Səhiyyə Nazirliyinin qərarında sürücülər işə qəbul edilərkən, onun sağlamlığına aid tələblər qeyd edilib. Bu qərarda mübahisəli məqamlar da mövcuddur. Dünyanın hər yerində sürücülərin sağlamlığı ilə bağlı ayrıca məlumat vericiakt olur. Hətta BMT-nin sürücülərə aid tələblərlə bağlı xüsusi sazişi var. Həmin sazişdə hətta xəstəliklər də sadalanır".

Hüquqşunasın sözlərinə görə, bizdə işə qəbul olunmazdan əvvəl sürücülərin sağlamlığına dair tələblər qoyulub. Bu qərarda da sürücülərin avtomobil idarə etmələrinə qadağa və məhdudiyyət qoyan xəstəliklərin siyahısı göstərilib.

Bəs, avtomobil idarə etmək üçün yaş məhdudiyyəti nə qədərdir?

Avtomobil idarə etmək üçün ən aşağı yaş kateqoriyası 16 hesab edilir. Amma burda kateqoriyaların da əhəmiyyəti var. Məsələn, minik avtomobili idarə etməyə 18 yaşdan, avtobus və s. iri həcmli nəqliyyatı idarə etməyə isə 23 yaşdan icazə verilir.
Yuxarı yaş həddi isə yalnız avtobuslar üçün nəzərdə tutulub. Belə ki, 65 yaşdan yuxarı şəxslər avtomotik olaraq olaraq avtobus idarə etməkdən məhrum edilirlər. Minik avtomobillərini idarə edən şəxslər 65 yaşdan sonra tibbi yoxlamadan keçirilir və müayinədən keçəcəkləri halda, onlara 70 yaşa qədər sürücülük hüququ verilir.

70 yaşdan sonra ilə hər 2 ildən bir sürücü sağlamlıq müayinələrindən keçməlidir. Şəxsin səhhətində bir problem aşkarlandıqda isə həmin insan sürücülük hüququndan məhrum edilir.

Fiziki şəxslər öz şəxsi avtomobillərini sağlamlıqları icazə verdiyi müddətdə sürə bilər.

Terapevt Vəfa Əhmədova isə açıqlamasında hansı xəstəliklər zamanı insanların avtomobil idarə etməsinin təhlükəli olduğunu sadalayıb: "65-70 yaşlı insanlarda yaşla əlaqədar olaraq beyin damarlarında ateroskleroz, qan dövranının pozulması, təzyiq, görmə zəifliyi, eşitmə problemləri, diqqət pozğunluğu kimi sağlamlıq problemləri yarandığı üçün belə şəxslərin avtomobil idarə etməsi məqsədəuyğun deyil".

Həkimin sözlərinə görə, sükan arxasında avtomobil idarə edən insanların hər birinin psixi durumu normal olmalıdır: "Avtomobil idarə etmək üçün insanın səbrli, təmkinli olması şərtdir. Buna görə də nevroz, panik-atak, depressiyadan əziyyət çəkən xəstələrin sükan arxasında oturması məsləhət deyil. Hər hansı bir təhlükəli vəziyyət yarandıqda, bu cür insanların beyinlərində donma-suppor halı yarana bilər ki, bu zaman həmin şəxsin qəza törətmək ehtimalı artır. Ümumiyyətlə, yaşlı insanlarda infarkt, insult keçirmə riskləri yüksək olduğundan onların avtomobil idarə etmələri həm özlərinin, həm də ətrafdakı insanların həyatı üçün təhlükə yarada bilər. Maşın sürməyin özü çox stressli iş olduğu üçün yaşlı insanlarda sinir yüklənməsi yaranır ki, bu da onların tez yorulmasına səbəb olur".

V.Əhmədova deyib ki, bundan əlavə yaşlı insanlar əvvəllər başqa mexanizmə malik avtomobilləri daha sadə qayda qanunlarla idarə etməyə öyrəşiblər. İndiki qarışıq texnologiya isə əlavə stress yaradır: "Təəssüf ki, yaşlı insanlarda bu sadalanan xüsusiyyətlər azalır, onlar daha əsəbi və süst olurlar. Bu səbəbdən də təhlükəli vəziyyətlə qəzadan yayınmaq üçün ani qərar verməkdə çətinlik çəkə, hətta şok vəziyyətinə düşə bilərlər.

Boyun yırtığı, ostexondroz, disk arası protruziyalara olduqda sürücünün baş hərəkətlərində məhdudiyyətlər yarana bilər. Bu isə sürücünün ətrafı tam görməsini məhdudlaşdırır. Bundan əlavə, qollarda, əllərdə və ayaqlarda keyimə yarana bilər ki, bu zaman də avtomobil idarə edən şəxsin lazımı qərarı verməsi və həyata keçirməsində problem yarana bilər".

Həkim sürücülərə də tövsiyəsini verib: "Yaxşı olardı ki, şəxsi avtomobildən istifadə fiziki şəxslər 6 aydan bir sağlamlıq müayinəsindən keçərək, qan təzyiqlərini, ürəklərinin fəaliyyətini, görmə və eşitmə orqanlarını yoxlatdırmalıdırlar. Bu, nəinki onların özü üçün, hətta ətrafdakı insanların təhlükəsizliyi üçün çox vacibdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1088   Tarix: 03 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188