"Prezidentin bu sərəncamı ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və fərəh hissi ilə qarşılandı"

Prezident İlham Əliyevin Qarabağ müharibəsi statuslu insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində imzaladığı son sərəncama münasibət" mövzusunda dəyirmi masa keçirilib.

2019-cu il fevralın 27-si Azərbaycan QMƏVŞAİB-in konfrans zalında "Prezident İlham Əliyevin Qarabağ müharibəsi statuslu insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində imzaladığı son sərəncama münasibət" mövzusunda "Dəyirmi masa" keçirilmişdir.

Tədbirdə Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri Məmmədhüseyin Sarıyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Azərbaycan Əfqanıstan Veteranları ictimai birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Çernobıl Əlilləri ictimai birliyinin sədri Mirhəsən Həsənov, Tərxis Olunmuş Hərbçilərin Hənclərin Maarifləndirmə ictimai birliyinin sədri Emin Həsənli, Müharibə Əlilləri və Veteranları ictimai birliyinin sədri Növrəstə Yusifova, Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin sədri Nəsimi Həsənov Veteran Qadınlara Sosial Qayğı ictimai birliyinin sədri Radə Abbas, Mina Qurbanlarının Sosial-iqtisadi Problemlərinin Həllinə Kömək ictimai birliyinin sədri Məmmədhəsən Həsənov, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri, Mətanət Əsgərqısı iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Mehdi Mehdiyev açaraq, ilk öncə Xocalı soyqırımında halak olmuş, eləcə də müharibədə şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etmişdir.

"Prezidentin bu sərəncamı ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və fərəh hissi ilə qarşılandı"Mehdi Mehdiyev öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin Qarabağ müharibəsi statuslu insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində imzaladığı son sərəncamın ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və fərəh hissi ilə qarşılandığını vurğuladı. O bildirdi ki, bu sərəncam ilə cənab prezident müharibə statuslu insanların həyat səviyyəsinin yüksəlməsi üçün əməli addımlar atmaq niyyətini bir daha nümayiş etdirmiş oldu. Daha sonra söz Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri general Məmmədhüseyin Sarıyevə verildi.

Məmmədhüseyin Sarıyev ölkənin müdafiəsi üçün hər bir vətəndaşın prezidentimiz, dövlətimiz ətrafında sıx birləşməyinin vacibliyini vurğuladı. Gənclərin vətənpərvərlik tərbiyəsi məsələsinə toxunan cənab general qeyd etdi ki, bugünkü məktəbli gənclər sabah ölkəmizi qoruyacaq əsgərlərdir. Onların təlim-tərbiyəsində biz hərbçilər, QHT rəhbərləri öz düzgün əməllərimizlə nümunə olmalıyıq. Çıxışının sonunda Məmmədhüseyin Sarıyev dedi: "Cənab Ali Baş Komandana biz veteranlar tərəfindən böyük təşəkkür etməliyik ki, onun bu qayğısı indi hərbi xidmətdə olan, ümumiyyətlə dövlət işində olan insanlar üçün bir mesajdır. Ölkənin müdafiəsinə, möhkəmlənməsinə yönələn bu addımlar prezidentimizin gənc nəslə göstərdiyi bir nümunədir.

Azərbaycan Çernobıl Əlilləri ictimai birliyinin sədri Mirhəsən Həsənov öz çıxışında cənab prezidentin attığı bu addıma Çernobıl əlilləri adından əz təşəkkürünü bildirmiş, qeyd etmişdir ki, ölkə rəhbərliyi hər zaman bu qəbildən olan insanlara xüsusi qayğı ilə yanaşmışdır. O demişdir: "Çernobıl qəzasının ləğv olunması işlərində 8000-ə yaxın Azərbaycan vətəndaşı iştirak etmişdir. Qarabağ uğrunda gedən döyüşlərdə 2000-dən çox Çernobıl əlili döyüşmüşdür. Onların arasında şəhid olanlar, təkrar əlilliyə məruz qalanlar, veteran adına layiq görülənlər, bildiyiniz kimi, çoxdur. Cənab prezidentimiz təbii ki, hər bir zaman müharibə statuslu insanların sırasında Çernobıl qəzasında iştirak etmiş vətəndaşlarımızı da unutmur; Prezident təqaüdünün təsis olunduğu gündən bu günə qədər Çernobıl əlilləri də Prezident təqaüdünü alırlar və bu artım, əlbəttə ki, hər bir çernobılçını sevindirdi. Bu addım onların maddi rifahının artırılması üçün çox önəmlidir. Hər birimiz prezidentimizin bu addımını çox qiymətləndiririk. Amma hər birimizin çiynində xüsusi bir yük var –QHT-ləri təmsil edən insanlar Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında xüsusi xidmətləri olan insanlardır. Düşünürəm ki, bu yükü çiynimizdə bu günə qədər layiqincə daşımışıq və gələcəkdə də, təbii ki, bu xidməti davam etdirməliyik. Azərbaycan dövlətinin rəhbərinin yanında olmalı, onun göstərişlərinə əməl etməliyik".

Tərxis Olunmuş Hərbçilərin Gənclərin Maarifləndirmə ictimai birliyinin sədri Emin Həsənli öz çıxışında ölkədə son illər aparılan genişmiqyaslı quruculuq işləri – məktəbkərin, xəstəxanaların, istirahət mərkəzlərinin, mədəniyyət evlərinin və s. tikilməsi, yol, kommunikasiya infrastrukturlarının inkişafı cəmiyyətimizin inkişafının ən bariz göstəriciləridir. Bunlar hamısı Azərbaycan vətəndaşları üçündür. Vətəndaşlarımız da dövlət başçımızın bu siyasətinə birmənalı olaraq dəstək verir. Bir daha cənab prezidentimizə diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk".
Daha sonra çıxış edənlər prezidentin son sərəncamını bir daha alqışlamış, öz təkliflərini bildirmişlər.
Tədbirin sonunda QHT rəhbərlərinin Azərbaycan Respublikasının Prezidentə müraciət qəbul olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 668   Tarix: 28 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995