Azərbaycanda qəza: Sürücünü maşın vurdu

Azərbaycanda qəza: Sürücünü maşın vurdu
Ötən gecə Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən 27-ci km-də maşınından düşən sürücü başqa avtomaşınla vurulub.

Avtomobil yolunun hərəkət hissəsinə mişar daşı düşdüyünü görən Salyan şəhəri, Babazanlı qəsəbə sakini, 40 yaşlı Cəmil Kamil oğlu Əhmədov idarə etdiyi 90 KC 647 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomaşınını yolun kənarına çəkərək saxlayıb ki, həmin daşı götürsün. Bu zaman arxadan gələn başqa bir avtomaşın onu vuraraq hadisə yerindən uzaqlaşıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hazırda hadisəni törədərək qəza yerindən qaçmış sürücünün tapılması üçün operativ axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

mənbə: virtualaz.org

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 247 Tarix: 23.02.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol