"Jurnalistlər üçün sanatoriya məsələsinə baxılır, ictimai nəqliyyat pulsuz olacaq"- MÜSAHİBƏ

"Jurnalistlər üçün sanatoriya məsələsinə baxılır, ictimai nəqliyyat pulsuz olacaq"- MÜSAHİBƏ"Azərbaycan demokratik dövlətdir, ölkədə söz və mətbuat azadlığı var"

"Azadinform" İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyev BiG.AZ saytının suallarını cavablandırıb.

- Niyaz bəy, Azərbaycan mediasının bugünki vəziyyətini necə dəyərləndirirsiniz? Çünki bu gün əksəriyyət özünə sayt açır, vəsiqə paylayır, "jurnalistəm"deyə ortalıqda gəzir...

- Bu gün internet resurslarının bu qədər çoxluğu 15-20 il bundan əvvəlki qəzet bolluğunu xatırladır. Bir zamanlar az qala hamı qəzet açırdı. İndi isə onların heç biri ortada yoxdur. Ümid edək ki, xəbər istehsalında heç bir rolu olmayan saytlar da zaman-zaman aradan çıxacaq. İndi insanlara "sayt açma" demək olmur. Amma biz bu kimi problemlərin qarşısını ictimai qınaqla qismən də olsa ala bilərik. Bunu da biz jurnalistlər etməliyik.
Düşünürəm ki, Azərbaycan Mətbuat Şurası ilə bağlı qanun qəbul edildikdən sonra bu kimi problemlər də aradan qalxar. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov mətbuatın bu və ya digər problemləri ilə bağlı az qala Milli Məclisin hər iclasında məsələ qaldırır.
Əslində son illər daha çox müzakirə olunan məsələlərdən biri də elə sizin qaldırdığınız bu problemdir. Ölkə mediası inkişaf etdikcə qarşıya çıxan problemlər də həll olunmaqda davam edir. Təbii ki, bəzi problemlərin həllinin zamana ehtiyacı var. İnzibati resurslar və təzyiq yolu ilə problemlərin aradan qaldırılması əlavə söz-söhbətlər yaradır. Azərbaycan demokratik dövlətdir, ölkədə söz və mətbuat azadlığı var. Təəssüf ki, bu azadlıqlardan sui-istifadə edən bəzi insanlar bütün sahələrdə olduğu kimi mətbuatda da görünürlər. Belə olan təqdirdə yaxşı ilə pisi fərqləndirmək bir az çətinlik yaradır. Hazırda ölkədə internet media resursları sürətlə çoxalır. Biz arzu edərdik ki, bu çoxluq keyfiyyətə də təsir göstərsin.

Azərbaycan cəmiyyətinin və eləcədə aktiv KİV-lərin əziyyət çəkdiyi məsələlərdən biri reket mediadırsa, digəri də təkadamlıq saytlardır. Hər iki media resursları digər saytların istehsal etdiyi informasiyalardan yararlanaraq mövcud olduqlarını sübut etməyə çalışırlar. Hətta onlar bu gün sosial şəbəkələrin sərhədsiz xidmətlərindən istifadə edərək cəmiyyətə təsir etmək gücündədirlər. Etiraf edək ki, informasiyanın ötürülməsi kanallarına sosial şəbəkələrin daxil olması müsbət əhəmiyyəti ilə yanaşı, həm də ciddi problemlər yaradır. Artıq bir çox məqsədli tərəflər informasiyanın toplanması, ötürülməsi, saxlanması və emalı qaydalarını kobud şəkildə pozmaqla istifadəçiyə çatdırırlar. Belə olan halda doğru xəbərin ünvanı olan, kifayət qədər peşəkar jurnalist heyəti ilə xəbər istehsal edən saytlar onlarla bərabər tutulur, bir çox hallarda isə arxa planda qalır.

- "Reket nəşr"ləri Mətbuat Şurası ancaq "qara siyahıya" salmaqla kifayətlənir. Onlarla daha çevik və effektli mübarizə aparmaq olmazmı?

- Əvvəla, onu qeyd edim ki, oxucular mənim fikirlərimi Azərbaycan Mətbuat Şurasının mövqeyi kimi qəbul etməsinlər. Mən sadəcə İdarə Heyətinin üzvü və bir Baş redaktor kimi daha çox subyektiv fikirlərimi bölüşə bilərəm. Azərbaycan Mətbuat Şurası kifayət qədər aktiv qurumdur. Sonuncu qurultaydan ötən müddət ərzində Şuraya təxminən 450-dən çox müraciət daxil olub. Bu da onu deməyə əsas verir ki, Mətbuat Şurasına inam və etibar var. Şuranın tərkibində Şikayətlər üzrə Komissiya və "Reket nəşr"lərlə mübarizə komissiyası çox aktiv fəaliyyət göstərir. Mənim də daxil olduğum Şikayətlər üzrə komissiya ay ərzində ən azı 2-3 dəfə toplaşır, daxil olan müraciətlərə operativ və xüsusən də obyektiv baxmağa çalışır.

Şikayətlərə Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarına uyğun baxılır və qərar verilir. Heç bir şikayətə tərəflərin iştirakı olmadan baxılmır. Hər hansı bir sayt və yaxud da qəzet şikayət olunan yazıda fəaliyyətində Jurnalistlərin Peşə Davranış Qaydalarını pozubsa ona ciddi xəbərdarlıq olunur. Bu hal bir neçə dəfə təkrarlanarsa artıq həmin KİV orqanının işinə baxılması üçün "Reket nəşrlər"lə mübarizə komissiyasına göndərilir. Yəni Azərbaycan Mətbuat Şurasının qərarları ictimai qınaqdır. Şura bu kimi məsələlərdə inzibati resurslardan istifadə edə bilmir. Belə olan halda isə bəzən şikayətçilər narazı qalır. Sizin də qeyd etdiyiniz kimi hansısa effektiv üsul tələb edir. İndiki halda bu mümkün deyil. Bu kimi hallar, yəni şikayətlərin qiymətləndirilməsində əlavə səlahiyyət – yanaşma tələb edir. Yəqin ki, təklif olunan "Mətbuat Şurası haqqında" Qanun layihəsində bu məsələlər də öz əksini tapacaq.

- Niyaz bəy, vahid vəsiqə sisteminə nə zamandan keçiləcək? Bəlkə bu yolla onların qarşısı qismən də olsa alınar?

- Düşünmürəm. Xatırlayırsınızsa 2005-2006-cı illərdə Azərbaycan Mətbuat Şurasının vəsiqələrindən istifadə etmişik. Təəssüf ki, az sonra bəzi işbazlar və reket KİV-lər həmin vəsiqələrin saxtasını yaratdılar. Belə olan təqdirdə ciddi problemlər və şikayətlər gəlməyə başladı. Hətta bəzi saxta vəsiqələrin fotoları da paylaşıldı. Təsəvvür edin, adam saxta vəsiqə düzəldib, üstünə Mətbuat Şurasının loqosunu yerləşdirib, sədrin adını, soyadını, hətta imzasını da qoyub.

Mənim bildiyimə görə, hazırda bu istiqamətdə də Mətbuat Şurası tərəfindən iş gedir. Digər tərəfdən bu kimi məsələlərin tezliklə həlli təkcə Mətbuat Şurasından asılı olan məsələ deyil. Bunun üçün redaksiyalar da bəzi tələblərə cavab verməlidirlər. İlk növbədə jurnalistlərlə əmək müqavilələri bağlanmalı və digər zəruri sənədləşmə işləri qaydasında olmalıdır.

- Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadəsinə nə zaman baxıla bilər?

- Bu məsələ zaman-zaman jurnalistlər tərəfindən gündəmə gətirilib. Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə təklifini mən də dəstəkləyirəm. Lakin bunun üçün müvafiq hesablamalar aparılmalı, ölkədə mövcud olan jurnalistlərin statistikası dəqiqləşdirilməlidir. Əslində arzu edərdik ki, jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində irəli sürülən hər bir təklif dəyərləndirilsin. Necə ki, media əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində irəli sürülən təklif müsbət qiymətləndirildi və proses bu gün də davam edir. İctimai nəqliyyatdan pulsuz istifadə məsələsi həm də jurnalistika ilə məşğul olan təşkilatların bilavasitə həll edəcəyi məsələ deyil. Ümid edək ki, təkcə nəqliyyat məsələsi deyil, yaxın zamanlarda həm də jurnalistlərin sanatoriyalardan istifadə imkanlarına da baxılacaq.

- Bu gün müzakirə olunan mövzulardan biri də KİVDF-nin qəzetlərlə bağlı məlum qərarıdır. Siz necə düşünürsünüz, çap mediasına maliyyə yardımın kəsilməsi onların sıradan çıxmasına səbəb ola bilərmi?

- Bu barədə həm KİVDF rəhbərliyi, həm də Mətbuat Şurası ictimaiyyətə dolğun açıqlamalar verib. Sadəcə onu demək istəyirəm ki, KİVDF-nin məlum qərarını bəzi həmkarlarımız cəmiyyətə obyektiv çatdırmadı. İlk əvvəl belə bir təəsürat formalaşdırıldı ki, sanki qəzetləri elə KİVDF bağlayır. Əslində sonradan verilən açıqlamalardan da aydın oldu ki, KİVDF tələbləri dəyişir, hansı qəzet bu tələblərə cavab verə biləcəksə dövlət maliyyələşməsindən də istifadə edəcək. Tələbələrə cavab verə bilməyən qəzetlər isə yalnız maliyyələşmədən məhrum olurlar.
Mən çap mediasının sıradan çıxmasını arzulamıram. Uzun illərdir onlayn mediada çalışmağıma baxmayaraq qəzetlərin fəaliyyətini davam etdirmələrinin tərəfdarıyam. İnformasiyaların, ümumiyyətlə, bütün növ məlumatların arxivləşdirilməsi baxımından çap mediası unikal vasitədir. Bu məsələ Mətbuat Şurası İdarə Heyətinin sonuncu iclasında da geniş müzakirə olundu və çap mediasının yaşaması üçün təkliflər irəli sürüldü. Qeyd olundu ki, KİVDF-nin maliyyələşmə şərtlərində dəyişiklər etməsi yeni dövrün tələbindən irəli gələn zərurətdir. Əsas məsələlərdən biri maliyyələşəcək qəzetlərin sayını azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır. Buna görə də yalnız tiraj və yayım yox, eyni zamanda məzmun məsələsi də ön planda olmalıdır. İH üzvləri təklif olunan məsələləri həll etmək üçün ölkə rəhbərliyinə, müvafiq qurumlara müraciət ünvanlamasının vacibliyini vurğuladılar. Ümid edək ki, bu məsələ də Azərbaycan mətbuatının xeyrinə həll olunacaq.

- Niyaz bəy, bir az da peşəkarlıqdan, daha doğrusu bu sahədə mövcud olan problemlərdən danışaq. Onlardan da biri Jurnalistika fakültəsinin tələbələrinin etimadı doğrultmamalarıdır. Əlbəttə, bunu hamıya şamil etmək olmaz, istisnalar var, amma gözləntilər effekt vermir...

- Bir neçə il əvvəl medianın gündəmini belə bir mövzu zəbt etmişdi ki, daha çox jurnalistika fakültəsini bitirən tələbələrə üstünlük verilsin. Xatırlayıram ki, hətta sosial şəbəkələrdə də qızğın müzakirələr aparılırdı. Açığı, mən belə yanaşmanın tərəfdarı deyiləm. Daha çox "kim yaza bilirsə" buyursun prinsipinə üstünlük verənlərdənəm. Amma çox istərdim ki, gələcəkdə Azərbaycan mətbuatında daha çox üstünlük elə məhz jurnalistika fakültəsini bitirən məzunlara verilsin, onlar kənarda qalmasınlar. Əlbəttə, bu da daha çox onların özündən, peşəyə münasibətlərindən aslıdır. Bir məsələni xüsusi vurğulamaq istərdim. Hər il təcrübə keçmək üçün bizim İnformasiya Agentliyinə müxtəlif universitetlərin jurnalistika fakültəsinin tələbələri gəlir. Təəssüf ki, onların böyük əksəriyyəti həvəssizdir. Xahiş edirlər ki, adları getsin, amma gəlməsinlər. Biz də məcbur olub onların istəklərini yerinə yetiririk. Amma onların içərisində istedadlı gənclər də var. Hazırda bizim əməkdaşlardan ikisi elə məhz təcrübədən sonra qalıb işləyən tələbələrdəndir.

- Son zamanlar xaricdən ölkəmizə qarşı başladılan söyüş kampaniyasına qarşı necə mübarizə aparmaq lazımdır?

- Əvvəla onu qeyd edim ki, jurnalist həm də bir vətəndaşdır. Yaşadığı ölkədə və yaxud da ölkəsinə qarşı baş verən istənilən təhdidə cavab verməyə borcludur. Jurnalistlərimiz 15-20 il bundan əvvəl olduğu kimi ayrı-ayrı siyasi partiyaların istək və arzularına deyil, oxucuların maraqlarına xidmət edir. Ümummilli məsələlərdə həmrəylik nümayiş etdirən, dövlətin və millətin maraqlarını korporativ istəklərdən öndə tutan jurnalistlərimiz çoxluq təşkil edir. Biz söyüş söyən o insanları yalnız söyüşləri ilə tanımışıq, başqa keyfiyyətləri bizə, xüsusən də cəmiyyətə tanış deyil. Bir çoxları gəncdir, müxtəlif adlarla sığortalanaraq ölkəni tərk ediblər. Bilirsiniz, mühacirət etmək azaddır, hər kəs bu hüquqdan istifadə edə bilər. Lakin mühacirəti rəsmiləşdirmək və "ömrünü uzatmaq" üçün ölkəsinə, onun rəhbərliyinə, ayrı-ayrı dövlət adamlarına qarşı əxlaqa sığmayan ifadələr işlətmək ləyaqətsizlikdir. Mən söyüşə söyüşlə cavab verilməsinin qəti əleyhinəyəm. Onların Azərbaycan ictimaiyyətini qeyri-dəqiq informasiyalarla çaşdırmaq cəhdlərinin qarşısını almaq üçün heç söyüşə ehtiyac yoxdur. Bunun üçün hər bir məlumatlı sosial şəbəkə istifadəçisi qarşısına çıxan informasiyanın təsdiqini tələb etməlidir. Bu barədə təxminən iki həftə əvvəl yazdığım "İnformasiyanı qoruyaq, yoxsa informasiyadan qorunaq?" adlı yazımda da qeyd etmişdim ki, feyk səhifələrdən və admini qeyri-müəyyən qruplardan hər hansı bir informasiyanın təsdiqini tələb etmək sadəlöhvlükdür. Amma yenə də paylaşılan həmin informasiyanın yanlışlığını sübut edən faktlar təqdim etməklə vəziyyəti nisbətən dəyişmək olar. Və yaxud da sosial şəbəkələrdə mövcud olan müxtəlif funksiyalar vasitəsi ilə yayılan dezinformasiyanı "report" edə bilərik.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə

"Jurnalistlər üçün sanatoriya məsələsinə baxılır, ictimai nəqliyyat pulsuz olacaq"- MÜSAHİBƏ"Jurnalistlər üçün sanatoriya məsələsinə baxılır, ictimai nəqliyyat pulsuz olacaq"- MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 675   Tarix: 28 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477