"Bakıda tribunalardan dəmir pullar atıb futbolçuların başlarını yarırdılar"

"Bakıda tribunalardan dəmir pullar atıb futbolçuların başlarını yarırdılar"Məni "Neftçi"yə uzun müddət buraxmırdılar. Məsələ Moskva Avtomobil Zavodunun direktoru Pavel Borodin və Azərbaycan rəhbərliyi transfer məbləğimdə razılığa gəldikdən sonra həllini tapdı. Çempionatın başlanmasına bir gün qalmış Bakıya gəldim.

BiG.AZ report-a istinadən xəbər verir ki, bunu keçmiş SSRİ-nin tanınmış qapıçısı Vyaçeslav Çanov "championat.com"a müsahibəsində deyib. 68 yaşlı mütəxəssis Azərbaycanda üzləşdiyi iki hadisədən də danışıb. O, azarkeşlərin tribunalardan meydana dəmir pullar ataraq futbolçuları yaraladıqlarını söyləyib: "Bakıda metro açıldıqdan sonra dəb yaranmışdı: Tribunadan bizim indiki 5 rubl çəkisində olan 5 qəpiklik dəmir pulları meydana atırdılar. Bunları görmək ağır idi. Hərdən başdan qan açılanadək atırdılar. Qonaq komandanın avtobusunun şüşəsini də qıra bilərdilər".

Çanov ən ciddi zədələrindən birini "Neftçi"də ikən aldığını da dilə gətirib: "6 qabırğamı sındırmışdılar. Düzdür, həkimlər bunun qabırğalararası nevralgiya olduğunu dedilər. Hələ üstəlik, temperaturum birdən qalxanadək ağrılarla oynadım. Arıq olduğum halda çəkim artdı. Təkrar müayinə məndə zədəsonrası plevrit aşkarladı. Donetskə yollandım. Yerli həkimlərə silikoz və ciyərlərdəki digər xəstəliklər yaxşı tanışdır. Orada ciyərlərimdən 3 litrədək maye çıxardılar. Həkim gözlərinə inanmırdı: "3 litrlik banka. Yaxşı ki, çürümə verməyib". Mən isə "Onu daim çalxalayırdım" deyə zarafat etdim.

Qeyd edək ki, Vyaçeslav Çanov "Neftçi"də 1985-1986-cı illərdə çıxış edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 473   Tarix: 22 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

20:29 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

12:47 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

20:45 0
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

21:15 0
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

14:37 262
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

21:41 0
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

13:57 0