Nazir kreslosunu biznesə dəyişənlər – Sabiq nazirlərin "topdağıtmaz" biznes imperiyaları - FOTOLAR

Nazir kreslosunu biznesə dəyişənlər – Sabiq nazirlərin "topdağıtmaz" biznes imperiyaları - FOTOLARMətbuatda sabiq Vergilər naziri Fazil Məmmədovun "Synergy Group" Şirkətlər Qrupuna rəhbər təyinatı ilə bağlı məlumat yayılıb. İnformasiyada qeyd olunur ki, bir müddət öncə ölüm xəbəri yayılan sabiq nazir çoxdan imiş bu şirkətin sahibi imiş və son addımı ilə sadəcə bu şirkətlə bağlılığını rəsmiləşdirib.

Azxeber.com vəzifədən azad edildikdən sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan keçmiş nazirlərlə bağlı araşdırma aparıb. Öncədən qeyd edək ki, məlumatlar mətbuatda və dünyanın ən böyük elektron axtarış sistemi olan – "google"də dərc olunan informasiyalar əsasında hazırlanıb.

Sabiq Vergilər naziri Fazil Məmmədov 2017-ci ildə vəzifədən azad olunub. 17 il ölkənin vergi sisteminə rəhbərlik edən F.Məmmədov son dövlər mətbuatın gündəminə daha çox səhhətində yaranan problemlərlə gəlib. Bir neçə həftə öncə isə onun ölüm xəbəri yayılıb və sonradan təkzib olunub.

Nazir kreslosunu biznesə dəyişənlər – Sabiq nazirlərin "topdağıtmaz" biznes imperiyaları - FOTOLAROnun rəhbəri olduğu iddia edilən "Synergy Group"ın daxilində onlarla şirkət fəaliyyət göstərir. Bu sırada kənd təsərrüfatı, təhsil, otelçilik, sənaye, tikinti və maliyyə şirkətlərini qeyd etmək olar. Ölkəmizin məşhur şirkətləri – "AtaBank", "Excelsior" oteli, "Azərbaycan" Universiteti, "Renaissance Construction" və digər şirkətlər "Synergy Group"ın törəmə müəsssisələridir.

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev 2005-ci ilin oktyabrında vəzifəsindən azad edilib. Vəzifədən çıxarıldıqdan sonra 8 il həbsdə yatan keçmiş nazir 2013-cü ildə azadlığa çıxıb. Bundan sonra ictimaiyyət qarşısında çıxmayan F.Əliyevin adı daha çox biznes layihələrində hallanıb.

Nazir kreslosunu biznesə dəyişənlər – Sabiq nazirlərin "topdağıtmaz" biznes imperiyaları - FOTOLARH.Bağırovun hazırda "Qərbi Kaspi" Universitetinə rəhbərlik etdiyi, lakin bunu qeyri-rəsmi şəkildə həyata keçirdiyi iddia olunur. Bu məqamda xatırladaq ki, "Qərbi Kaspi" Universiteti əvvəlcə otel kimi yaransa da, sonradan özəl universitet kimi fəaliyyət göstərib. Uzun müddət "Qərb" Universiteti adı məşhurlaşan bu ali təhsil ocağının sahibi H.Bağırov nazir təyin olunduqdan sonra təsisçilikdən imtina edib. Hazırda onun yenidən bu ali məktəbə rəhbərlik etdiyi deyilir.

Bu iddia ilə bağlı Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov AZXEBER.COM-a açıqlama verib.

"Son dövrlər mətbuatın gündəminə xaricdə yeni şirkətlər yaratması ilə gəlib" - haqqında bəhs etdiyiniz, bəzi saytların gündəmə gətirdiyi şirkətlər nə H.Bağırova, nə də onun ailə üzvlərinə aid deyil, doğrudur, bir neçəsi onun oğlu Lətif Bağırov və başqaları tərəfindən birgə təsis edilib. Ancaq L.Bağırova aid binalar kimi təqdim olunan mülklərdə əslində sadəcə, L.Bağırovun təsisçisi olduğu şirkətə mühasibatlıq xidməti göstərən şirkətin ofisi yerləşir. Və mövcud şirkətlər, onların fəaliyyəti tamamilə leqaldır və məxfi deyil - şirkətlərin adlarından görünür ki,onlar öz mənbəyi ilə əlaqələrini gizlətmir: ("WU training" (Western University Training), "Western Education Servises")

"H.Bağırovun hazırda Qərbi Kaspi Universitetinə rəhbərlik etdiyi, lakin bunu qeyri-rəsmi şəkildə həyata keçirdiyi iddia olunur" cümləsi ilə bağlı. Hüseynqulu Bağırov Qərbi Kaspi Universitetinin təsisçisidir, 1991-cı ildə universitet onun tərəfindən qurulub, lakin 2000-ci ildə nazir vəzifəsinə dəvət olunduqdan sonra o, qanunun tələblərinə uyğun olaraq universitetin rektoru və təsisçiliyindən ailə üzvlərinin xeyrinə imtina edib, həm Universitet, həm də Otelçilik Məktəbi onun ailə üzvləri tərəfindən idarə olunub. Hazırda o, hüquqi baxımdan universitetin təsisçisi deyil, sadəcə, təsisçilər tərəfindən Qəyyumlar Şurasının sədri təyin edilib. 2016-cı ildən isə universitetin rektoru Latviyalı professor Andris Leitasdır. H.Bağırov noyabr-dekabr aylarında bir neçə cərrahi əməliyyat keçirib, hazırda səhhəti imkan verdiyi qədər universitetə gəlib-gedir, ancaq Universitet faktiki olaraq rektor tərəfindən idarə olunur. H.Bağırov isə səhhəti tam qaydasına düşdükdə universitetdə müəllim kimi çalışmaq arzusundadır.

"Qərbi Kaspi Universiteti əvvəlcə otel kimi yaransa da, sonradan özəl universitet kimi fəaliyyət göstərib". Bu məlumat da yanlışdır. Qərbi Kaspi Universiteti 1991-ci ildə təsis olunub, sonralar - 90-cı illərin ortalarında turizm ixtisasının daha keyfiyyətli təhsilini təşkil etmək məqsədi ilə universitetin nəzdində Otelçilik Məktəbi yaradılıb, daha sonra bu məktəbin nəzdində Otel qurulub.

Sabiq İqtisadi İnkişaf naziri Heydər Babayev 2008-ci ilin oktyabrında vəzifədən azad edilib. 3 il bu sahəyə rəhbərlik edən H.Babayev də xələfi Fərhad Əliyev kimi vəzifədən azad olunandan ictimaiyyət qarşısına çıxmayıb. Vaxtilə rəhbərliyi altında çalışan şəxslərdən bəziləri yüksək vəzifələrə təyinat alsalar da, onun adı mətbuatda yalnız keçmiş fəaliyyəti ilə bağlı hallanıb.
Nazir kreslosunu biznesə dəyişənlər – Sabiq nazirlərin "topdağıtmaz" biznes imperiyaları - FOTOLARQeyd edək ki, Heydər Babayev hələ sovetlər dönəmindən maliyyə sektorunda çalışıb və bank sahəsinin incəliklərdən xəbərdar mütəxəssis sayılır. Onun müxtəlif şirkətlərə sahib olduğu barədə iddialar var. Məlumatlara görə, keçmiş nazir hazırda fəaliyyətini daynadırmış "Bank Standart"ın və "Çudo Peçka" dükanlar şəbəkəsinin sahibi olub. Hazırda isə "Standart İnsurance" sığorta şirkətinin faktiki sahibidir. Onun bu şirkətlərə heç bir rəsmi bağlılığı olmasa da, iddialara görə, qeyd olunan şirkətlər məhz sabiq nazirə məxsusdur.

Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov 2013-cü ilin oktyabrında vəzifədən azad edilib. 7 il bu vəzifədə çalışan F.Ələkbərov ona qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Ölkəmizin ən böyük holdinqlərindən birinə rəhbərlik edib.
Nazir kreslosunu biznesə dəyişənlər – Sabiq nazirlərin "topdağıtmaz" biznes imperiyaları - FOTOLARKeçmiş nazirin vəzifədən azad olunduqdan sonra yenidən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, nazir təyin olunan zaman təsisçilikdən imtina etdiyi "İmproteks" Şirkətlər Qrupuna rəhbərlik etdiyi deyilir. Bu şirkətlər qrupu öz sıralarında "İmair" Hava Yolları, "İmproteks Travel", "İmproteks Trade" və "İmproteks Motors" şirkətlərini birləşdirir. Onların arasında ən tanınmışı "İmproteks Motors" şirkətidir. Bu şirkət Almaniya istehsalı olan – məşhur "BMW" avtomobillərinin Azərbaycanda rəsmi nümayəndəsidir. BU MAŞINLARIN Azərbaycana idxalı və satışını həyata keçirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1761   Tarix: 22 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874