"Xocalıda cəmi 2 nəfər ölüb" xəbərini kim vermişdi... - Düyünlər ÇÖZÜLÜR

"Xocalıda cəmi 2 nəfər ölüb" xəbərini kim vermişdi... - Düyünlər ÇÖZÜLÜR1992-ci il fevralından 25-dən 26-na keçən gecə törədilmiş dəhşətli Xocalı qətliamının bir neçə gündən sonra 27-ci ildönümü qeyd olunacaq. Hələ də beynəlxalq səviyyədə Xocalı soyqırımını törədənlərə ədalətli məhkəmə qurulmayıb.

Əsrin ən dəhşətli faciəsi ilə bağlı bəzi müəmmalar hələ də açılmamış qalır.

O zaman soyqırımı törədiləndən sonra Azərbaycan ictimaiyyətinə verilən ilk rəsmi məlumatda yalnız 2 nəfərin öldüyü söylənilmişdi.

Halbuki, həmin gecə Azərbaycan xalqına qarşı ən dəhşətli soyqırımı törədilmiş, yüzlərlə insan qanına qəltan edilmişdi.

Azərbaycan Dövlət Televiziyasında (AzTV) səslənmiş həmin informasiyaya görə isə, guya 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda ermənilər tərəfindən cəmi 2 nəfər öldürülüb.

Bəzi şəxslər "Xocalıda 2 nəfər qətlə yetirilib" xəbərinə görə o zamankı prezident Ayaz Mütəllibovu ittiham edir, məlumatın bu cür yayılmasında onun iştirakını iddia edir.

Məsələn, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı müsahibələrinin birində belə deyib:

"Ayaz Mütəllibovun daxili işlər naziri xalqa yalandan məlumat verdi ki, guya Xocalıdakı qarşıdurmada yalnız 2 nəfər ölüb. Ancaq rəhmətlik Çingiz Mustafayevin Xocalıda çəkdiyi kadrlar Ayaz Mütəllibov kimi adamlara nümayiş etdirdi ki, Xocalıda yüzlərlə adam qətlə yetirilib".
"Xocalıda cəmi 2 nəfər ölüb" xəbərini kim vermişdi... - Düyünlər ÇÖZÜLÜR1992-ci ilin 24 fevralından martın 17-nə qədər müdafiə naziri postunda çalışmış Tahir Əliyev Modern.az-a məsələ ilə bağlı bunları deyib.

"Xocalı faciəsi törədilən zaman daxili işlər naziri Tofiq Kərimov idi. Məndə olan məlumata görə o rəhmətə gedib. Qaldı ki, 2 nəfərin qətlə yetirilməsi xəbərinin yayılmasına... Yadımdadır ki, guya o zaman Dövlət Televiziyası səhvən elə məlumat verib. Bəziləri deyirdi ki, Tofiq Kərimov özü televiziyaya o formada məlumat ötürüb. Düzü, sonradan kimsə 2 nəfərin qətlə yetirilməsi versiyasının ardınca gedib məsələnin niyə bu cür təqdim olunduğunu araşdırmadı".

Tahir Əliyev bildirib ki, o, müdafiə naziri kimi ictimaiyyətə Xocalı soyqırımı günü təqdim olunub:

"1992-ci ilin 24 fevralında müdafiə naziri olmağımla bağlı fərman verilib. Amma mən fevralın 26-da ictimaiyyətə təqdim olunmuşam. Soyqırımı törədilən vaxt general Şahin Musayev müdafiə nazirinin səlahiyyətlərini yerinə yetirən şəxs olub. Mən nazir kimi təqdim olunan zaman Şahinə dedim ki, siz gedin, Ağdamda bu məsələlərlə məşğul olun! Şahin Musayev həm də Baş Qərargah rəisi vəzifəsində olduğu üçün bu məsələlərlə o məşğul idi. Heç o zaman kabinetim də yox idi. O zamanlar Rusiya ayağını dirəmişdi ki, Azərbaycan Müstəqil Dövlətlət Birliyiyə daxil olmalıdır. Azərbaycan isə adıçəkilən quruma daxil olmaq istəmirdi. Bizi cəzalandırmaq üçün Xocalı faciəsini törətdilər".

Keçmiş müdafiə nazirinin sözlərinə görə, insanların fikrini məsələnin əsas məğzindən yayındırma halları zaman-zaman olub.

"Hətta 1991-ci ilin noyabrında baş vermiş vertolyot qəzasında da o cür anlaşılmazlıq baş vermişdi. İlk dəfə ictimaiyyətə fərqli informasiya verilmişdi. Guya duman olub deyə, vertolyot qayaya çırpılıb və qəza baş verib".

Eks-prezident Ayaz Mütəllibov da Modern.az saytına verdiyi müsahibədə bu haqda danışıb.

O bildirib ki, fevralın 25-dən 26-na keçən gecə nə özünün, nə daxili işlər nazirinin (Tofiq Kərimov), nə də milli təhlükəsizlik nazirinin (İlhüseyn Hüseynov) Xocalıda baş verənlər barədə tam təsəvvürü olub:

"İllər keçəndən sonra mən bir yerdə oxudum ki, Müdafiə Nazirliyinin baş qərargahının keçmiş rəisi Şahin Musayev bu faciə barədə açıqlama verərkən belə deyib: "İlk dəfə mənə Xocalıda neçə nəfərin həlak olması ilə bağlı sual veriləndə, mən 2 nəfər demişəm. Amma bunu prezident Ayaz Mütəllibovu pis vəziyyətə qoymamaq üçün belə etmişdim...".

Ondan bəri elə hey deyirlər ki, ölənlərin sayı qəsdən gizlədilib. Mən isə başa sala bilmirəm ki, baş verənlərdən xəbərim olmayıb. Niyə gizlətməli idim ki?! Bu cür qətliamı gizlətmək olar?! Mütəllibov kim idi ki, bunu gizlədə?!".

"Xocalıda cəmi 2 nəfər ölüb" xəbərini kim vermişdi... - Düyünlər ÇÖZÜLÜRGeneral-mayor Şahin Musayev 26 yanvar 1992 — 24 fevral 1992-ci il tarixlərində müdafiə nazirinin müavini, baş qərərgah rəisi işləyib. General Şahin Musayev 1992-ci ilin mayında Şuşanın işğalından sonra ölkədən qaçıb. Onun hazırda Ukraynada olduğu bildirilir.

Xatırladaq ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

"Xocalıda cəmi 2 nəfər ölüb" xəbərini kim vermişdi... - Düyünlər ÇÖZÜLÜR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 834   Tarix: 22 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

15:32 185
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

16:50 202
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 360
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

14:04 287
.

Pasterizə edilmiş süddə quş qripi aşkarlandı

Quş qripinə səbəb olan H5N1 virusunun fraqmentləri ölkədə bəzi pasterizə edilmiş süd nümunələrində tapılıb. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman Administrasiyası məlumat yayıb. Səhiyyə orqanları virus və bakteriyaların çiy və ya pasterizə edilmiş süd nümunələrində aşkar edildiyini bildiriblər

11:28 17
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

19:00 0
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

18:01 46
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 821
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 290