Mama-ginekoloqun etdiyi "estetik əməliyyat"ın dəhşətli fəsadları - "Hər ay qarnıma su yığılırdı..."

Mama-ginekoloqun etdiyi "estetik əməliyyat"ın dəhşətli fəsadları - "Hər ay qarnıma su yığılırdı..."Bir çox əməliyyatların sonrakı fəsadları, ağırlaşmaları, nəticədən xəstənin narazı olması barədə dəfələrlə pasiyent şikayətlərini təqdim etmişik.

BiG.AZ bildirir ki, medicina.az-a qarnında aparılan abdominoplastika əməliyyatından sonra fəsadlar yaşayan, əməliyyatın keyfiyyətindən narazı qalan daha bir pasiyentdən müraciət daxil olub.

Belə ki, 37 yaşlı Sitara Piriyeva 2017-ci ildə Medika Hospital adlı klinikada mama-ginekoloq kimi çalışan Mehriban Məlikovaya qarında estetik əməliyyat hesab olunan, qarın gərmə əməliyyatını həvalə edib.

Pasiyentin dediyinə görə, o mama-ginekoloqun bu əməliyyatı etdiyini onun instagram səhifəsində görüb və qiymət cəlbedici olduğu üçün ora müraciət edib.

"Həkim əməliyyatın asan olduğunu bildirdi, söz verdi ki, 6 aydan sonra qarnımda heç bir iz qalmayacaq. Açığı paylaşdığı əməliyyat və sonrası şəkillərə inandım, bir də qiymət 1500 manat olduğundan digər klinika və həkimlərdən daha sərfəli idi. Sonradan öyrəndim ki, bu həkimin heç plastik cərrah olaraq təhsili və təcrübəsi yoxdur.

Təsəvvür edin, əməliyyat ortasında həkim gedib başqa xəstələri qəbul edir, hər dəfə 20 dəqiqə yoxa çıxır, yenidən qayıdıb davam edirdi. Elə bu, məndə onun peşəkarlığına şübhə yaratdı. Amma artıq gec idi.

Əməliyyatdan sonra hər ay qarnıma su yığılırdı. Gedirdim suyu çəkdirirdim. Deyirdi belə də olmalıdır. Sarğımı açanda qarnımın çox eybəcər, səliqəsiz olunduğunu gördüm, dəhşətə gəldim. Yenə bu Mehriban həkim arxayın etdi ki, belə olmalıdır, düzələcək, zaman lazımdır.

Amma aylar keçirdi, təbii ki, düzələ bilməyəcək qüsur, səhv düzələ də bilməzdi. Tikişin və kəsimin əyri olduğu gözlə görünürdü. Özünə də deyəndə ki, düzgün kəsməmisiz, dedi xoşun gəlmirsə, gəl bir də orasını-burasını düzəldək.

Dedim, mən paltar deyiləm, siz də dərzi.

Yaramın içindən, tikiş altından simlər, jilkalar çıxır. Göbəyimi bərbad günə qoyub. Yenidən əməliyyata razı olmadım. Çünki bunun üçün mən 15 kq çəki atmalıydım ki, artıq dəri əmələ gəlsin. Amma Mehriban Məlikovanın bu heç vecinə deyildi.

Dedim, ya əməliyyat pulumu geri qaytarın, çünki mən ziyana düşdüm, səhhətimə zərər vurmusuz, ya da sizi məhkəməyə verəcəm. Dedi, get nə edirsən et, səndən qorxmuram. Səni oturdarlar yerində".

Pasiyent bundan sonra klinikanın baş həkimi Vəli Xəlilov və köməkçisinin qəbulunda olub. Onlar yaraya baxaraq, əməliyyatın uğursuz olduğunu bildiriblər. Amma xəstənin şikayətlərinə baxmayaraq, həkim üçün heç bir tədbir görməyibər. Xəstə klinikanın təsisçisi olan sahibkarı da tapıb, amma yenə də bir nəticəyə nail olmayıb.

"Heç kim mənə köməklik etmədi. Yoldaşım stressdən pis vəziyyətə düşdüyümü görüb məni digər plastik cərrahlar Sirus Qoçqani və Dilqəm doktorun qəbuluna apardı. Onlar qarnıma baxıb dəhşətə gəldilər. Dedilər, belə əməliyyat olmaz, nə düzgün kəsilib, nə də düzgün tikiş qoyulub.
Təkrar əməliyyat üçün 15 kq çəki atmalısan ki, dəri boşalsın, yenidən əməliyyat edək, amma yenə də mükəmməl, ideal nəticəyə söz vermirik. Çünki çox böyük səhvlərə yol verilib.

Ümumiyyətlə, o həkimdən çox şikayətlər eşitdim. Amma hamı susdurulur. Klinikanın baş həkimi onunla bir oxuduğu üçün onun tərəfini saxlayır, şikayətləri bağlayır, həkimi də klinikada əməliyyatlara buraxır.

Yaramın tikişi belimə, onurğama kimi gedib çatıb. Yaranın içindən şiş kimi bərk düyünlər çıxır və məni incidir. Qarnımın bir hissəsini çox, bir hissəsini az götürüb, tikişi əyri qoyub.

Mənə maddi və mənəvi ziyan vurublar. Pulumun geri qaytarılmasını istəyirəm. Çünki mən təkrar əməliyyat olmalıyam və bunu da başqa, peşəkar həkimə etdirməliyəm.

Xahiş edirəm, şikayətimi işıqlandırın ki, digər insanlar bu özbaşınalığın qurbanı olmasın".

Məsələ ilə bağlı saytın əməkdaşı Mehriban Məlikovayla əlaqə saxlayıb. O suallara cavab vermək istəmədiyini bildirib: "Bunu şikayətçinin özündən soruşun. Mən nə deyə bilərəm. Mən ümumi cərraham. Əməliyatı da yaxşı eləmişəm. Sadəcə hər bədənin öz xüsusiyyəti var. Hər şey ola bilər..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3219   Tarix: 21 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281