Prezident çox ciddi islahatlara gedir

Prezident çox ciddi islahatlara gedir"2018-ci ilin aprelin 11-də keçirilən prezident seçkilərindən sonra ölkə başçısı tərəfindən Azərbaycanda çox ciddi iqtisadi, institutsional, siyasi islahatlara start verilib. Bununla bağlı da son zamanlar çox ciddi dəyişikliklərin həyata keçirilməsinə başlanılıb. Bəzi qurumlar ləğv edildi, bəziləri birləşdirildi, kadr islahatları həyata keçirildi. Bu islahatlar hazırda da davam edir".

Bunu modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ölkə Prezidentinin həyata keçirdiyi islahatlara münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, bu ilin əvvəlindən başlayaraq, ölkə başçısı yerlərdəki əhali ilə birbaşa ünsiyyətdə olur, onların problemləri ilə şəxsən maraqlanır və yerindəcə tapşırıqlar verir:

"Hesab edirəm ki, bu çox vacib amildir. Bundan əlavə, ölkə başçısı tərəfindən bu ilin əvvəlindən başlayaraq xüsusi əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalanıb. Ölkə başçısının minimum əmək haqqının 130 manatdan 180 manata çatdırılması ilə bağlı sərəncamını çox yüksək qiymətləndirirəm. Belə ki, bu artım dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artmasına imkan verəcək. Bu çox ciddi bir addımdır. Bundan əlavə, cənab Prezident tərəfindən şəhid ailələrinə olan münasibət, onlarla keçirdiyi görüşlər, uzun müddətdir ki, müzakirə edilən "qanpulu"nun ödənilməsi və s. addımlar bir daha onu göstərdi ki, ölkə başçısı çox ciddi islahatlara gedir".

V.Əhmədov qeyd edib ki, sabah-fevralın 19-da Prezidentin təşəbbüsü ilə Milli Məclisə daxil olan "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik müzakirə ediləcək:

"Bu çox ciddi bir dəyişiklikdir. Minimum pensiya məbləğinin artırılmasını özündə əks etdirən sənəd ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək. Dəyişikliyə görə, əmək pensiyasının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım özünü göstərəcək".

Deputat bildirib ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Əmanətlərin tam sığortalanması haqqında" Qanununda dəyişiklik edilməsi barədə layihə də Milli Məclisə daxil olub:

"Bildiyimiz kimi, əmanətlərin tam sığortalanması barədə qərar 2016-cı il martın 4-dən qüvvəyə minmişdi və bu il martın 4-də qüvvədə olma müddəti yekunlaşırdı. Amma ölkə başçısı tərəfindən humanist addım atılaraq bu qanun layihəsinin yenə də 1 il müddətə uzadılması barədə sənədi parlamentə göndərib. Mən bir deputat kimi istərdim ki, bu qanun layihəsi 1 il müddətinə yox, 3 ilədək uzadılsın. Çünki 1 il az vaxtdır. Hesab edirəm ki, biz bu vaxt ərzində bank sistemində ciddi bir irəliləyişə nail ola bilmərik. Çünki bu qanunun qəbul edilməsi həm də bank sistemi üçün çox vacibdir. Ona görə ki, insanlar əmanətlərinə görə əmin olur, həm də bank sistemində nikbinlik təmin olunur, kapitallaşma artır. Çünki bank sisteminə gələn vəsaitin əsas hissəsini insanların əmanətləri təşkil edir. Bank sistemi də başa düşməlidir ki, belə bir addım atılıbsa, müəyyən qədər faiz dərəcələrini azaltmalıdırlar, insanlara kredit verən zaman onları incitməməlidirlər və daha çox güzəştlərə getməlidirlər".

V. Əhmədov ölkə başçısı tərəfindən islahatların davam etdiriləcəyini bildirib: "Hesab edirəm ki, islahatlar davamlı olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 962   Tarix: 18 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608