Ərəb qadınları ilə bağlı ilk dəfə oxuyacağınız ƏSL HƏQİQƏTLƏR - FOTOLAR

Ərəb qadınları ilə bağlı ilk dəfə oxuyacağınız ƏSL HƏQİQƏTLƏR - FOTOLARÇoxarvadlılıq və hərəmlər, aşağı səviyyəli təhsil və qadın hüquqlarının pozulması, brilyant parıltısı və hicab... Ərəb qadınlarının həyatları başqalarının gözündə bax belə stereotiplər yaradıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, ərəb ölkələrində yaşayan qadınların həyatı haqqında o qədər fərziyyərlər irəli sürülür ki, onların hansının həqiqət, hansının uydurma olduğunu bilmirsən. Biz bu yazıda oxucuları şərqin gözəl və sirli qadınlarının həyatları ilə bağlı əsl həqiqətləri üzə çıxarmışıq.

Nikah müqaviləsi

Ərəb ölkələrində nikahların yarısı indiyə qədər də valideynlərin iradəsinə əsaslanaraq baş tutur. Və çoxları əmindir ki, qızın fikriylə heç kim hesablaşmır. Əslində bu, heç də belə deyil. Əgər bəy gəlinin ürəyincə olmazsa, onda qız evlilikdən imtina etmək hüququna malikdir.

Nikah müqaviləsi mütləq imzalanır. Digərlərindən fərqli olaraq, Ərəb ölkələrində bu qaydaya mütləq şəkildə əməl edilir.

Ərəb qadınları çox nadir hallarda başqa dinə mənsub olan xaricilərlə ailə qurur. Çünki yanlış nikaha görə onların ölkədən çıxarılması ehtimalı yüksəkdir. Kişi hüquqları daha üstündür, onlara xristian və yəhudi arvad almağa icazə verilib. Amma bu halda qız vətəndaşlıq almır, boşanma zamanı uşaqlar isə atası ilə qalır.

Nikaha daxil olma yaşı

Ərəb ölkələrinin əksəriyyətində bəy və gəlinin minimal yaş həddi 18 müəyyən edilib. Məsələn, Tunis sakinləri 18 yaşından nikaha daxil ola bilərlər, lakin faktiki olaraq gəlinin orta evlilik yaşı 25, bəylərdə də 30-dur. Halbuki, bəzi inkişaf etməkdə olan ölkələrdə erkən nikahlara hələ də rast gəlinir. Məsələn, Yəmən və Səudiyyə Ərəbistanda qızların çoxu 18 yaşına çatmamış ərə gedir.

Ərəb toyları

Müxtəlif ölkələrdə ənənələr fərqlidir, amma ərəb ölkələrində qız oğlan toyu ayrı-ayrı qeyd edilir. Kişi toyu bir gün yox, hətta bir neçə gün gəlinsiz və bir qayda olaraq sadə qeyd oluna bilər: çay, qəhvə, şam və ən çoxu 4 saat. Qız toyu isə daha gözəl keçir: böyük zal, ofisiantlar, artistlər.

Bəzənmək üçün bəhanə

Qız toyu bəzənib-düzənmək, əlləri və ayaqları xına ilə rəngləmək, bahalı daş-qaşlar taxıb özünü göstərmək üçün bəhanədir. Axı ərəb qadınlarının bütün bu gözəlliyi adətən hicab və yaylıq altında gizlənir. Ona görə də bu cür toylarda yalnız xanımlar iştirak edirlər. Kişilərə giriş qəti qadağandır. Müğənnilər, fotoqraf və dicey də daxil olmaqla bütün heyət qadınlardan ibarət olmalıdır. Əgər məşhur müğənni dəvət edilibsə, onda o, nə təntənənin səbəbkarını, nə də qonaqları heç vaxt görməyəcək, mahnıları ya ekranın arxasından, ya da qonşu otaqda ifa edəcək.

Ərinin gəlişini əvvəlcədən elan edirlər ki, bütün xanımlar örtülə bilsin. Əgər ər ata və ya qardaşlarıyla gəlirsə, onda gəlinin də üzünü ağ fata ilə örtürlər. Çünki gəlinin gözəlliyini hətta ən yaxın kişi qohumları da görməli deyil.

Toya pul və ya məişət texnikasını hədiyyə kimi qəbul etmək olmaz. Gəlinə adətən hədiyyə kimi zərgərlik məmulatları təqdim edilir.

Çoxarvadlılıq

Kişilərin əksəriyyəti bir neçə qadınla ailə qurur. Hər ərəb kişisi özünə çoxarvadlılığı imkan verə bilər. İslam qanunları kişilərə sadəcə 4 arvad almağa icazə verir, amma onların hər birinin öz evi olmalı, diqqət, qayğı, sevgi, hədiyyələr və digər qiymətli şeylərlə eyni dərəcədə təmin edilməlidir. Çoxarvadlılıq şeyxlərin imtiyazıdır və bunu ancaq varlı ərəblər özünə rəva görür.

İlk nikah ən vacib məsələdir. Kişinin neçə arvadı olmasından asılı olmayaraq, birinci nikah ən vacib, birinci xanımı "böyük" sayılır.

Əgər ər daha bir xanımla ailə qurmağa qərar veribsə, onda qalan həyat yoldaşlarının bununla barışmaqdan başqa çıxış yolu yoxdur. Hər hansı bir emosiya göstərməmək və kişinin iradəsinə tabe olmaq lazımdır. Bir qayda olaraq, bütün qadınlar müxtəlif evlərdə yaşayır və o qədər də tez-tez görüşmürlər.

Boşanma

Qədim ənənəyə görə kişi istənilən zaman üç dəfə "get" deməklə arvadını boşaya bilər. Bundan sonra arvadı onun evini dərhal tərk etməlidir. Özü ilə yalnız əynindəkiləri aparmağa icazə verilir. Ona görə də qadınlar bütün hədiyyə edilmiş qızılı çox vaxt üzərində gəzdirirlər. Praktikada boşanmalar çox nadir hallarda və ərlərin təşəbbüsü ilə baş verir. Bundan başqa, uşaqlar boşanmadan sonra həmişə atasıyla qalır.

Əgər kişi qadını yaxşı təmin etmirsə, onun da boşanmaq haqqı var. Belə boşanma ərizələri məhkəmələrdə diqqətlə nəzərdən keçirilir və çox vaxt onları qane edir. Digər hallarda qadın boşanmağa nail olmayacaq, çünki məhkəmələr sona qədər ərin tərəfini saxlayaraq qərəzli qərarlar çıxarırlar.

Ərəb dünyasında kişilər öz məhəbbətini güllə deyil, qızıl və qiymətli zinət əşyalarıyla ifadə edir. Məsələn, qadını restoranlara aparmaq, gəzdirmək, bahalı hədiyyələr və paltarlar almaq kişinin başlıca vazifələridir. Əgər bir neçə arvadı varsa, onda ərəb kişisi onların hamısına eyni diqqət və qayğını göstərməlidir.

Qadın hüquqları

Formalaşmış stereotiplərə rəğmən ərəb qadını kişilərdə böyük hörmətə malikdir. O, heç nədə ehtiyac hiss etməməlidir.

Ərəb qadınları öz istəyinə görə ərə getmək, boşanmaq və mülkiyyəti üzərində sahiblik hüququ əldə edən ilk qadınlardır. Bu hələ VII əsrdə baş verib, halbuki, digər dövlətlərdə xanımlar belə imkanlardan məhrum idi. İslam qanunlarına görə, qadın və kişi nikahı hər iki tərəfin razılığı ilə qüvvəyə minə bilər. Həmçinin bu dövrdə qadınların əmlak üzərində sahiblik hüququ tanınıb.

Həftəlik qadın günləri

Həftədə bir dəfə BƏƏ-də bütün çimərliklər, akvaparklar və gözəllik salonları yalnız qadınlar üçün çalışır. Kişilər həmin yerlərə buraxılmır. Lakin arvadı hər şeyi müsəlman kişinin razılığı ilə edir. Harasa getmək üçün ondan izn almalı və ərinə bu barədə xəbərdarlıq etməlidir.

Geyim

Qadınlar altdan sərbəst geyim: Mini-ətəklər, cins və dar şalvar və s. geyinə bilər, üstdən isə bədənlərini hicabla örtməlidir. Əslində ərəb gözəllərinin geyimlərinə bir çox modapərəstlər həsəd apara bilər. Amma, küçəyə çıxanda qadın ayaqlarına qədər hər yerini örtür, üzünü də yaylıqla gizlədir. Axı onun gözəlliyini kənar kişilər yox, yalnız əri görməlidir. Yuxarıda dediyimiz kimi, kişilərin olmadığı qadın toyları və şənlikləri istisnadır.

Küveyt - yeganə ərəb ölkəsidir ki, qadınlar küçədə Avropa geyimləri daşıyır. Lakin o, ciddi və qapalı olmalıdır.

Küveytə qarşı olan ölkələr də var. Məsələn Yəmən və Sudanda qadınlar hələ də bütünlüklə - dabanlarına qədər örtülü gəzməyə borcludurlar.

Təhsil və karyera

Əgər qadın təhsil almaq istəyirsə, bu, qadağan deyil. Bir çox qızlar hətta xaricə təhsil almağa gedir. Məsələn, İordaniyada qadınların yalnız 14 faizi savadsızdır. BƏƏ-də orta məktəbi bitirdikdən sonra qızların 77 faizi ali məktəblərə daxil olur və Əl-Ayn milli universitetinin tələbələrin ümumi sayının 75 faizini təşkil edir.

Təsərrüfatın aparılması qadınların çiyinləri üzərinə düşür, lakin zəngin ailələrdə xadimələr bu vəzifəni üzərinə götürür, arvadın əsas vəzifəsi isə dünyaya uşaq gətirmək və nəsil artırmaqdır.

BƏƏ-də rəhbərlərin təxminən 2%-ni, inzibati vəzifələrin 20% -ni və ölkənin işçi qüvvəsinin 35%-ni qadınlar təşkil edir. Abu-Dabidə fond birjasında investorların 43%-i qadınlardır. Birləşmiş Ərəb Əmirliklərində qadınlar hökumət idarələrində polis və hakim vəzifəsini tuta bilərlər. Tunisdə parlament üzvlərinin 26% -ni qadınlar təşkil edir. O da həqiqətdir ki, bir çox ərəb ölkələrində qadın əri və ya validyenlərinin razılığı olmadan işə düzələ bilmir.
Ərəb qadınları ilə bağlı ilk dəfə oxuyacağınız ƏSL HƏQİQƏTLƏR - FOTOLARƏrəb qadınları ilə bağlı ilk dəfə oxuyacağınız ƏSL HƏQİQƏTLƏR - FOTOLARƏrəb qadınları ilə bağlı ilk dəfə oxuyacağınız ƏSL HƏQİQƏTLƏR - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2940   Tarix: 18 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022