Bakıda kilsənin qarşısında FACİƏ - Xəstəxanaya çatdırılsa da... - FOTO

Bakıda kilsənin qarşısında FACİƏ - Xəstəxanaya çatdırılsa da... - FOTOBakıda naməlum kişi meyiti tapılıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, fevralın 16-da Səbail rayonu N.Rəfibəyli küçəsində yerləşən "Maarifçi Qriqoriy" kilsəsinin qarşısından təxminən 35-40 yaşlarında olan naməlum kişi kəskin alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq həmin şəxs orada vəfat edib.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 437-02-02 , (012) 492-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Bakıda kilsənin qarşısında FACİƏ - Xəstəxanaya çatdırılsa da... - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2388   Tarix: 18 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş