Bakıda azyaşlıya təcavüz edən manyak tutuldu - Təfərrüat

Bakıda azyaşlıya təcavüz edən manyak tutuldu - Təfərrüat

Bakının Binəqədi rayonunda azyaşlıya təcavüz edilib.

BiG.AZ teleqraf.com-a istinadən xəbər verir ki, paytaxt sakini İman Zülfalıyevin Binəqədi rayonu ərazisində azyaşlı qıza təcavüz etməsi barədə polisə məlumat daxil olub.

Bildirilib ki, İman Zülfalıyev R. O.-ya seksual xarakterli hərəkətlər edib. Azyaşlının valideynlərinin şikayətindən sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən İman Zülfalıyevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

İstintaq orqanı İman Zülfalıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi rayon Məhkəməsinə təqdimat göndərib.

Hakim Vüsal Tağıyevin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub.

İman Zülfalıyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 647 Tarix: 18.02.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.031