Firdovsi Umudov: Çeçenlərlə dostuq, bizdə millinin böyük məşqçisi də çeçendir

Firdovsi Umudov: Çeçenlərlə dostuq, bizdə millinin böyük məşqçisi də çeçendirÜç gün əvvəl Rusiya paytaxtı Moskvada yerləşən "Neolit" restoranında azərbaycanlılarla çeçenlər arasında yaranmış qalmaqala Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da biganə qalmayıb.

BiG.AZ xəbər verir ki, hazırda sərbəst güləş millimizlə Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışında olan F. Umudov Moskvada baş verən hadisəni kiminsə təxribatının nəticəsi olduğunu və bu insidentin heç bir halda millətlərarası münaqişə kimi təqdim edilməsinin doğru olmadığını bildirib:

"Son günlər Rusiyada bəzi qüvvələrin təxribatı nəticəsində həmvətənlərimizlə dost çeçen xalqının nümayəndələri arasında xoşagəlməz hallar baş verib və bu xeyli narahatlıq doğurur. Onilliklər boyu dost və qardaş münasibətində olan xalqlar arasında bu cür hallar qətiyyən yolverilməzdir. Bu gün ölkəmizdə çeçen xalqının xeyli sayda nümayəndəsi yaşayır, sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi milliyyətcə çeçen olan Zəlimxan Hüseynovdur.

Mütəmadi olaraq Çeçenistan idmançıları ilə birgə təlim-məşq toplanışlarında iştirak etmişik və aramızda heç zaman fikir ayrılığı olmayıb. Hətta qarışıq döyüş növləri üzrə dünyaca məşhur çeçen idmançılar – Mahirbəy Taysumov və Yusif Rəisov da bizimlə təlim-məşq toplanışında bir araya gəlib və səmimi qəbul üçün təşəkkür ediblər.

Baş verənləri hər birimiz dərin narahatlıq hissi ilə qarşılayır və sizi təxribata uymamağa çağırırıq. Əminəm ki, hər şey ən qısa zamanda yoluna düşəcək və dostluğumuza heç zaman xələl gəlməyəcək".

Qeyd edək ki, daha əvvəl idmançılardan Zabit Səmədov bu məsələyə münasibət bildirmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1073   Tarix: 17 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912