Dünya çempionunun cinayət işi: Dəfələrlə qızımı öldürəcəyi ilə hədələyib

Dünya çempionunun cinayət işi: Dəfələrlə qızımı öldürəcəyi ilə hədələyibBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirmədə təqsirləndirilən kikboksinq üzrə 5 qat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

BiG.AZ-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Bəhruz Dilbazi mülki iddia qaldırıb.

O 18 min manat maddi, 5 min manat isə mənəvi zərərə görə təzminat tələb edib.

Sonra prokuror ittiham aktını elan edib. Elan olunmuş ittihamla E.Məcidov özünü təqsirli bilməyib.

Bəhruz Dilbazi ifadə verərək bildirib ki, qızının ailəsində problemlər və söz-söhbətlər 2014-cü ildən başlayıb:

"Dəfələrlə qızımı öldürəcəyi ilə hədələyib. Bıçaqla, qayçı ilə uşaqlarının gözü qarşısında qızımı hədələyib. Uşaqlar ata kimi ondan qayğı görməyib. Dəfələrlə qızım bununla bağlı "102"yə məlumat verib. Araşdırıb, baxa bilərsiniz. 2014-cü ildə boşanmaq qərarı aldılar. Mən də qızıma dedim ki, həyat sənindir, özün bilərsən.

Qızım dedi ki, özünü öldürmək həddinə gəlib. Çıxıb evimizə qayıtdı. Boşanandan sonra mülki məhkəmələr başladı. Birgə nikah dövründə alınan ev və iki maşınla bağlı iddia qaldırıldı. Həmin əmlak onun övladlarına çatacaqdı. Amma o bununla razılaşmırdı ki, məhkəmələri niyə uduzur. Mənə dəfələrlə hədə-qorxu gəlirdi ki, mülk davasından əl çək. Amma bu mülk davası deyil. Həmin əmlak uşaqlarının haqqıdır".

Baş verən dava haqda danışan zərərçəkmiş qeyd edib ki, həmin vaxt Ehram uşaqları görməyə gəlibmiş:

"Uşaqları onunla görüşdürməyə getmişdik. Görüş icra məmurlarının yanında oldu. Yanımda yoldaşım da var idi. Otaqda olanda biz arxada əyləşmişdik. İcraçı da otaqda idik. 5-6 dəqiqə sonra uşaqlar getmək istədi. Ehram da dedi ki, uşaqları babası öyrədir.

Mənə dedi ki, uşaqları sən öyrədirsən. Mən oturanda üstümə hücum elədi. Sağ əli ilə çiynimdən aşağı sıxdı. Sol əli ilə də sifətimə vurmağa başladı. Müqavimət göstərə bilmirdim, qolum sındı. Əməliyyat olunmuşam. Müalicəmi xaricdə də davam etdirdim. İndi də müalicə alıram. Ağrılardan gecə yata bilmirəm".

B. Dilbazi bildirib ki, Ehram Məcidov onu beşbarmaq adlanan soyuq silahla vurub. O deyib ki, Ehram beşbarmağı ya corabından, ya da cibindən çıxarıb.

Zərərçəkmişin "beşbarmağı corabından çıxardı" deməsi zalda əyləşənlərin gülüşünə səbəb olub. Hakim isə zalda olan şəxslərə xəbərdarlıq edib.

Sualları cavablandıran Dilbazi beşbarmağı gördüyünü söyləyib.

Amma Ehram Məcidov hadisə zamanı beşbarmaqdan istifadə etmədiyini deyib.

Ehram keçmiş qayınatasını sual verib:

"Biz otaqda olanda icraçı dəfələrlə sənə xəbərdarlıq etdi ki, otağı tərk edin. Görüş üçün məni uşaqlarla tək qoyun. Qışqıraraq neçə reaksiya verdiniz?".

Bəhruz Dilbazi söyləyib ki, Ehram Məcidovun uşaqlara təzyiq və təsir edə biləcəyindən ehtiyat etdiyi üçün oranı tərk etmək istəyib:

"Mən tələb elədim ki, ya icra hakimiyyətinin nümayəndəsi, ya da psixoloq gəlsin".

Məhkəmə prosesi fevralın 26-da davam etdiriləcək.

İttihama görə, E. Məcidov qayınatası Dilbazi Bəhruzun yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəminində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.

Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı iki gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, Ehram Məcidov "Neftçi" İSM-də kikboksinq bölməsinin baş məşqçisidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 646   Tarix: 16 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

17:46 100
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 248
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 766
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

18:07 11
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 393
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 777
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 234
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 193
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 669