Prezident 5 komissiyanın tərkibində dəyişiklik etdi - SİYAHI

Prezident 5 komissiyanın tərkibində dəyişiklik etdi - SİYAHIPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında" 2006-cı il 16 fevral tarixli 1320 nömrəli, "Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında" 2012-ci il 27 iyun tarixli 2307 nömrəli, "Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında" 2013-cü il 2 aprel tarixli 2828 nömrəli, "Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında" 2016-cı il 11 noyabr tarixli 2432 nömrəli və "Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında" 2016-cı il 14 noyabr tarixli 2434 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

BiG.AZ-ın xəbərinə görə, sənədlə "Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

"Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Dövlət Komissiyasının üzvləri

Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin direktoru.".

"Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 27 iyun tarixli 2307 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 618) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri.".

"Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 2828 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 383; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 1-ci hissəsi ilə təşkil edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.".

"Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 noyabr tarixli 2432 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1871; 2018, № 3, maddə 475) 1-ci hissəsi ilə yaradılmış işçi qrupun tərkibi aşağıdakı redaksiyada verilib:

"İşçi qrupunun rəhbəri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

İşçi qrupunun üzvləri

Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri.".

"Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 noyabr tarixli 2434 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1873) 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

"Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Baş nazirinin müavini

Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 517   Tarix: 15 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərəb ölkələrini sel basdı

Güclü leysan yağışları Körfəz ölkələri - Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanında ciddi fəsadlara yol açıb. "Qafqazinfo" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, hava şəraiti səbəbindən təyyarə reysləri təxirə salınıb. Məlumata görə, Dubay şəhərind

16.04.2024 640
.

Nigarın sinə dekolteli geyimi - Fotolar

"Avroviziya 2011" qalibi Nigar Camal geyimi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sinə dekolteli paltarla obyektiv qarşısına keçib. Nigar həmkarı Dilarə Kazımovanın da yer aldığı şəkilləri instaqram hesabında yayımlayıb. "Çox gözəl bir gündür. Onun bitməsinə imkan verməyin"

17.04.2024 768
.

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb

17.04.2024 1151
.

Hadı Rəcəbli dəfn olundu

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli dəfn olunub. xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb

17.04.2024 749
.

"Fransanın Azərbaycandakı səfirini geri çağırması Qərbdə anti-azərbaycançı qüvvələrin fəallaşmasının bariz göstəricisidir" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov bildirib ki, Fransanın Azərbaycan Respublikasındakı öz səfirini geri çağırması Qərbdə anti-azərbaycançı qüvvələrin fəallaşmasının bariz göstəricisidir:. "Adətən səfirlər dövlətlərarası munasibətlərd

17.04.2024 378
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanı

17.04.2024 268
.

"İstisna deyil ki, İsrail İrana cavab verəcək və beləcə, çoxdandır istədiyi bəzi düymələrə basacaq"

"Dünyada olduqca təhlükəli proseslər gedir. Son günlərdə baş verən İran-İsrail qarşıdurması bu hadisələrin pik nöqtəsidir. İran və İsrail arasında baş verənlər Yaxın Şərqdəki regional siyasətə bir qədər düzəlişlər edilməsilə nəticələcək". Bu sözləri BİG.AZ-a politoloq Zaur Məmmədov deyib.

17.04.2024 344
.

Yunanıstanda işçilər 24 saatlıq ümumi aksiyaya çıxıblar

Yunanıstan Ticarət Birlikləri Konfederasiyasının (QSEE) çağırışı ilə ölkənin bütün işçiləri iqtisadi vəziyyətin yaxşılaşdırılmasını tələb etmək üçün 24 saatlıq aksiya keçiriblər. BİG.AZ xəbər verir ki, bu barədə "GSEE" açıqlama yayıb. İşçilər yaşayış xərclərinin artması ilə diqqəti cəlb edi

17.04.2024 188
.

Aytən Səfərovanın düşdüyü qəzanın anbaan görüntüləri: Cinayət işi açıldı - YENİLƏNİB + VİDEO

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı cinayət işi açılıb. -ın əldə etdiyi məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır. Qeyd edək ki, CM-in 263-cü maddəs

17.04.2024 2163