Azərbaycanda bağlanan məşhur televiziya və agentliklər - SİYAHI

Azərbaycanda bağlanan məşhur televiziya və agentliklər - SİYAHIMətbuatda "APA" və "ANS"in yenidən fəaliyyətə başlayacağı ilə bağlı məlumatlar yayılıb. İddialara görə, "APA" yeni adda – "ONA" (Online News Agency), "ANS" isə əvvəlki ad və heyətlə fəaliyyət göstərəcək.

Xatırladaq ki, ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra fəaliyyəti dayanan televiziya və nüfuzlu agentliklərin sayı az olmayıb.

Azxeber.com indiyə qədər fəaliyyət göstərib, sonradan fəaliyyətini dayandıran televiziya və nüfuzlu informasiya agentlikləri ilə bağlı araşdırma aparıb.

Azərbaycanda ilk dəfə bağlanan televiziya – ANS telekanalı olub. AXC-Müsavat iqtidarı dövründə ölkədə yeganə özəl telekanal olan "ANS"in fəaliyyəti hökumət tərəfindən dayandırılıb. Özü də bu bir dəfə yox, iki dəfə. Ümumilikdə isə ANS-in fəaliyyəti indiyə qədər dörd dəfə qapadılıb. Bunlardan üçü sonradan qərarın ləğv edilməsi ilə nəticələnsə də, sonuncusu qocaman teleşirkəti "əbədiyyətə qovuşdurub".

Ötən il şirkətin rəhbərliyində təmsil olunan şəxslər – vitse-prezident Mirşahin Ağayevin rəhbərliyi altında "Real TV"-ni yaradıblar və həmin televiziya hazırda peyk yayımı ilə ölkədə yayımlanır.

Ölkəmizdə ikinci bağlanan televiziya – "BMTİ" televiziyası olub. 1994-cü ilin mayında fəaliyyətinə xitam verilən televiziyanın rəhbəri Mahmud Məmmədov olub. O zamanlar Azərbaycan Demokratik Sahibklarlar Partiyasına (ADSP) rəhbərlik edən M.Məmmədov eyni zamanda "Günaybank"ın sahibi olub. Sonradan həmin bankın fəaliyyəti faktiki olaraq dayansa da, son dövrlər yenidən aktivləşib. Hazırda ölkəmizin aparıcı banklarından biridir.

Azərbaycanda üçüncü bağlanan televiziya – "Sara" televiziyası olub. 1999-cu ildə fəaliyyəti dayanan kanalın rəhbəri Rəsul Rauf olub. Onun rəhbəri olduğu "Sara Media Qrupu"na "Sara" TV ilə yanaşı "Radio Sara" və "Sara Ekspress" qəzeti daxil olub. Hazırda Türkiyədə fəaliyyət göstərdiklərinə dair məlumatlar var. Qeyd edək ki, şirkət fəaliyyəti dövründə siyasi pozuculuq fəaliyyəti ilə məşğul olub.

Ölkəmizdə dördüncü bağlanan televiziya – ABA televiziyası olub. 2001-ci ildə fəaliyyəti dayanan kanal cəmi dörd il fəaliyyət göstərə bilib. "ABA" TV-nin rəhbəri isə Faiq Zülfüqarov olub. Azər Axşam, Günel Musəvi, Kamilə Babayeva və digər aparıcılar bu televiziyada çalışıb. Telekanalın fəaliyyətini dayandırması barədə xəbəri F.Zülfüqarov "Medcarting" əyləncə mərkəzində keçirilən ad günü mərasimində elan edib.

Ötən əsrin 90-cı illərində ölkənin ən tirajlı informasiya agentliyi – "Olaylar" informasiya agentliyi olub. Hazırda "Olaylar" qəzetinə rəhbərlik edən Yunus Oğuzun rəhbərliyi altında fəaliyyət göstərən agentlik rəsmən bağlanmasa da, əsas gücünü qəzet çıxarmağa yönəldib. Bu səbəbdən "Olaylar"ı da "tarixdə qalan" informasiya agentliyi adlandırmaq olar.

Ötən ilin fevralında rəsmən fəaliyyətinə xitam verən "APA Group"a "APA" informasiya agentliyi, "lent.az", "vesti.az", "kulis.az", "ailəm.az" portalları daxil olub. Əvvəlcə qrupa aid xəbər resurslarına internet üzərindən daxil olmaq mümkün olmasa da, sonradan qurumun rəhbəri Vüsalə Mahirqızı rəsmi açıqqlama ilə "APA"nın bağlandığını bildirib. Hazırda tibbi sayt işlədən keçmiş "apa"çıların yeni media agentliyi - ONA (Online News Agency) adı altında fəaliyyətə başlayacaqları deyilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1236   Tarix: 15 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 257
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar

23.04.2024 449
.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

23.04.2024 480
.

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib. xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. Hakim Josefin

23.04.2024 396
.

Şimali Koreya düşmən hədəflərinə nüvə əks-hücum ssenarisi ilə təlim keçirib

Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu bir təlim təşkil etdiyini və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyini açıqlayıb. xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə lider

23.04.2024 166
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23.04.2024 357
.

Sürücünü yanan avtomobildən son anda xilas ediblər

ABŞ-nin Minnesota ştatında yanan avtomobildə olan sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib. xəbər verir ki, sağ tərəfi alov içində qalan nəqliyyat vasitəsinin sürücüsü maneəyə görə qapını aça bilməyəndə ətrafdakılar onun köməyinə qaçıblar. Ən azı 5 nəfər qapını zorla açmağa çalışarkən, nəqliyya

23.04.2024 269
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23.04.2024 374
.

"Şöhrətim məndən balamı aldı"

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu. Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı

23.04.2024 696