63 yaşlı Azərbaycan Televiziyası yeni studiyası ilə - FOTOLAR

63 yaşlı Azərbaycan Televiziyası yeni studiyası ilə - FOTOLAR14 fevral tarixində Azərbaycan Televiziyasının 63, Mədəniyyət kanalının 8 illiyi münasibəti ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında möhtəşəm konsert proqramı keçirilib.
Gecəyə bir sıra dövlət xadimləri, ictimai korpusun nümayəndələri və ziyalı şəxslər təşrif buyurub.
Fərqli tərtibatda təqdim edilən proqramı, Gülarə Əliyeva adına Dan Ulduzu İnstrumental Ansamblı müşaiət edib.

Xatırladaq ki, 14 fevral Azərbaycan Televiziyasının yarandığı gündür. "Diqqət-diqqət, göstərir Bakı", 1956-cı ilin 14 fevralında Azərbaycanın ilk televiziyası məhz bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib. O gün, bu gün həyatımızı televiziyasız təsəvvür edə bilmirik. Ərsəyə gələn hər bir verilişdə, videosüjetdə böyük yaradıcı kollektivin əməyi var.

İndi isə keçək Azərbaycan Televiziyasındakı müsbət dəyişikliklərə. "Xəbərlər" proqramı televiziyanın 63-cü ildönümü münasibəti ilə yeni istifadəyə verilən studiyadan efirə yayımlanıb. Azərbaycan Televiziyasının yeni rəhbərliyi tərəfindən hazırlanan studiyada AzTV-nin "Xəbərlər" proqramı ilə yanaşı, QSC-yə daxil olan "Mədəniyyət" və "İdman Azərbaycan" kanallarının da xəbər proqramları yayımlanır. Əsl informasiya ab-havasını aşılayan studiya milli ornamentləri qoruduğu kimi, müasirliyi də özündə əks etdirir və bütün standardlara cavab verir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla televiziyanın sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb. R. Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra Azərbaycan Televiziyasında köklü islahatlar aparılır. Burada maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilir, televiziyanın efir proqramlarında köklü yeniliklər görünür.

Kanalda daha bir uğurlu kadr dəyişikliyi "Xəbərlər" departamenti ilə bağlıdır. Belə ki, Azərbaycan Televiziyasında nümayiş olunan İqtisadiyyat xəbərləri artıq Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyevin təqdimatında yayımlanacaq

63 yaşlı Azərbaycan Televiziyası yeni studiyası ilə - FOTOLAR63 yaşlı Azərbaycan Televiziyası yeni studiyası ilə - FOTOLAR63 yaşlı Azərbaycan Televiziyası yeni studiyası ilə - FOTOLAR63 yaşlı Azərbaycan Televiziyası yeni studiyası ilə - FOTOLAR.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1077   Tarix: 15 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Öyle bir geçer zaman ki" serialının aktyoruna ağır itki

"Öyle bir geçer zaman ki" serialında Ali kaptan rolu ilə tanınan aktyor Erken Petekkayaya ağır itki üz verib. xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşıb. Aktyorun atası Akın Kaya bu gün səhər vəfat edib

27.03.2024 404
.

Məşhur aktrisanı aldatdılar – "Key deyiləm, abır-həya edirəm"

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. -ın xəbərinə görə, o bu barədə o, öz "Instagram" hesabında məlumat verib. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağı verdiyi

27.03.2024 447
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27.03.2024 276
.

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? – AÇIQLAMA

Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır. xəbər verir ki, məsələ ilə bağl

27.03.2024 269
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27.03.2024 398
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist öldü

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində daha bir jurnalist həlak olub. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, İsrail ordusunun Qəzza zolağının şimal bölgəsinə hücum edib. Məlumata görə, fələstinli jurnalist və onu

27.03.2024 171
.

Bayramda milyonlar qazanacaqlar

Türkiyəli sənətçilər Ramazan bayramında konsert proqramı ilə çıxış edəcəklər. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənnilərin musiqili gecədən alacağı qonorar bəlli olub. Müğənnilər Gülşən 10 milyon lirə, Ajda Pekkan 8.5 milyon lirə, Ebru Gündəş və Sibel Can 7 milyon lirə, Bülent Erso

27.03.2024 246
.

"Gəlinimə səsimi də ucalda bilərəm"

"Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə nə edirdilər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdə

10:18 0
.

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır - TƏSİRLİ GÖRÜNTÜLƏR + VİDEO

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır. xəbər verir ki, yeniyetmə ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələrək atasının kim olduğunu bilmədiyini və onu axtardığını deyib. Belə ki, anası ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün 13 yaşlı övladını internat məktəbin

27.03.2024 409