Hər gün Sumqayıtdan Qubanın kəndinə dərs deməyə gedir... - FOTOLAR

Hər gün Sumqayıtdan Qubanın kəndinə dərs deməyə gedir... - FOTOLARMüəllimlərin işə qəbulu prosesi zamanı ucqar bölgələrə dərs demək üçün yollanan gənc müəllimlərin sayında artım müşahidə olunur. Gənc müəllimlər müəllimlik peşəsini icra etmək üçün getdiyi məktəblərdə aktiv çalışırlar.

Belə müəllimlərdən bir neçəsi Qubanın Qəçrəş kəndində çalışır.

BiG.AZ modern.az-a istinadən xəbər verir ki, gənc müəllimlərdən olan 24 yaşlı Nigar Bəşirova Bakıda doğulub böyüsə də, müəllimlik karyerasına Qubanın Qəçrəş kəndində başlayıb. Kənd mühitinin həyatı çətinliklər yaratmasına baxmayaraq, Nigar işinə sevgi və həvəs göstərir.

Nigar Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanında 52 bal toplayıb.

Gənc müəllim Nigar deyir ki, gənc kadrlara ucqar bölgələrdə daha çox ehtiyac var.

"Çünki bu, bir nümunədir. Gələcəkdə ali məktəbləri bitirən gənclər də işləmək üçün bölgələrə rahatlıqla üz tutacaq. Həmçinin uşaqların uğurlarında az da olsa pay sahibi olmaq mənə sevinc verir. Ucqar kənddə uşaqlarla işləməkdən zövq alıram"

Nigar Bəşirova rayonda kirayədə qalır.

"Kirayədə qaldığım evin insanları çox mehribandırlar. Ona görə də pedaqoji fəaliyyətimi burada davam etdirmək fikrindəyəm. Aldığım aylıq məvacib məni qane edir. Həvəsləndirmə ilə birlikdə təxminən 600 manat əmək haqqı alıram. Üstəlik, dərsdən sonra bir neçə şagirdi hazırlaşdırıram. Eyni zamanda burada işləyə-işləyə gələcəkdə magistr təhsili almağı düşünürəm"

Qubanın Qəçrəş kəndində çalışan gənc müəllimlərdən biri də 24 yaşlı alman dili müəllimi Maral Yusifovadır. Maraqlıdır ki, o, dərs keçmək üçün hər gün uzun məsafə qət etmək məcburiyyətində qalır.

Belə ki, hər gün Sumqayıtdan Qubaya gəlib və axşam evlərinə geri dönür. Bu boyda məsafənin olmasına baxmayaraq Maral Yusifova işindən də, şagirdlərdən də, kənd camaatından da çox razıdır.

22 saat dərs yükü olan gənc müəllim 400 manat civarında əmək haqqı alır.

"2017-c ildə müəllimlərin işə qəbulu imtahanında 45 bal toplamışam. O vaxtdan bu günə kimi burada çalışıram. Eyni zamanda Azərbaycan Dillər Universitetinin Alman dili ixtisası üzrə magistr təhsili alıram.

Sumqayıt şəhərində yaşayıram. Hər gün Sumqayıtdan atam məni Qubaya gətirir, burada gözləyir. Dərsim bitəndən sonra Bakıya qayıdıb magistr təhsili alıram.

Çətinliklərə baxmayaraq, sənətimi sevdiyim üçün bu iş məni daha da ruhlandırır. Məqsədim şagirdlərə alman dilini öyrətmək və onların dil bacarıqlarını inkişaf etdirməkdir. Şagirdlərim də dərsi yaxşı qavrayırlar".

Qəçrəşdə çalışan digər gənc müəllim isə Şəmkirdə doğulan, hazırda biologiya müəllimi işləyən 23 yaşlı Gülər Abdullayevadır. O da kənddə müəllim işləməsindən çox məmnun qaldığını söyləyib.

"Müəllimlərin işə qəbulu imtahanında 44 bal toplamışam. Nüvədi kəndində praktikada olmuşam və praktika zamanı buranın təbiəti, insanları mənə olduqca maraqlı gəlmişdi.

Elə seçim edəndə ilk yerdə buranı yazmışdım. 2017-ci ildən burda işləyirəm. Uşaqların dərsə marağı indi yaxşılaşıb. Müxtəlif metodlarla dərs keçirəm deyə, maraq artır. 24 saat dərs yüküm var".
Hər gün Sumqayıtdan Qubanın kəndinə dərs deməyə gedir... - FOTOLARHər gün Sumqayıtdan Qubanın kəndinə dərs deməyə gedir... - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1473   Tarix: 15 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23.04.2024 302
.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

23.04.2024 420
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

23.04.2024 165
.

Toya gələn bəy və gəlin qəzada öldü - ANBAAN VİDEO

Gəlini toyun keçiriləcəyi şadlıq evinə helikopterlə aparmaq istəyən bəyin bu sürprizi faciə ilə nəticələnib. -a istinadən xəbər verir ki, hadisə Braziliyada meydana gəlib. Helikopterin qəzaya uğraması nəticəsində bəy və gəlin, pilot və gəlinin qardaşı, həmçinin toy fotoqrafı həyatını itirib. Sözügedə

23.04.2024 807
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23.04.2024 422
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar

23.04.2024 394
.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

23.04.2024 311
.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

23.04.2024 258
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 487