Kəmalə azərbaycanlı qadınları İstanbulda əldən-ələ verdi – Şok fahişəlik cinayəti

Kəmalə azərbaycanlı qadınları İstanbulda əldən-ələ verdi – Şok fahişəlik cinayətiAzərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Quba rayon sakini Kəmalə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Kəmalə Əliyeva qadınları aldadıb Azərbaycan dövlət sərhədindən keçirmək və cinsi istismara məruz qoymaqla bağlı şəxsiyyəti istintaqa məlum olmayan Maya adlı qadınla əvvəlcədən razılaşıb.

Onlar bir qrup şəxs təşkil edərək fəaliyyət göstəriblər.

İşə düzəltmək adı ilə aldatdı

Bu məqsədlə Kəmalə Əliyeva 2015-ci ilin əvvəllərində Nərimanov rayonunda yaşayan Səadət Məmmədovanı Türkiyənin İstanbul şəhərində tanışı Mayanın yanında restoranda işə düzəldəcəyi adı ilə aldadıb.

Səadətin razılığını alıqdan sonra avqustun 21-də onu Bakı hava limanına aparıb və oradan İstanbul şəhərinin Aksaray qəsəbəsinə gediblər.

Kəmalə İstanbulda Səadəti qeydiyyatdan keçirmək və işə düzəltmək adı ilə ümumvətəndaşlıq pasportunu götürərək gizlədib.

Həmin tarixdən başlayaraq Kəmalə Maya adlı qadınla birlikdə nəzarətdə saxladıqları Səadəti İstanbul şəhərinin Aksaray qəsəbəsində avqustun 27-dək kişi müştərilərlə pul müqabilində görüşdürüb.

10 gün kişilərlə intim əlaqə...

Kəmalə həmin il avqust ayının əvvəllərində Nərimanov rayonunda Samirə Səlimovanı da eyni qaydada aldadıb. Ona da İstanbul şəhərində tanışı Mayanın yanında restoranda işə düzəldəcəyini söyləyib və qadını həmin ölkəyə aparıb.

Kəmalə Samirəni avqustun 21-də Mayanın olduğu Aksaray qəsəbəsinə gətirib, ümumvətəndaşlıq pasportunu əlindən alıb, 10 gün ərzində müxtəlif kişi müştərilərlə pul müqabilində görüşdürüb.

Hər gün Samirə 3, hərdən də 5-6 kişi ilə intim əlaqədə olmağa məcbur edilib.

Cuma və Maya ilə yeni plan

Daha sonra Kəmalə Əliyeva ilə Mayaya Cuma adlı xanım da qoşulub.

Kəmalə 2015-ci ilin sentyabrın ortalarında Nərimanov rayonunda Nərgiz İbrahimovanı İstanbul şəhərində tanışı Cuma adlı şəxsin yanında restoranda işə düzəldəcəyi adı ilə aldadıb.

Nərgizin razılığını bildirdikdən sonra Cuma ona yol bileti alıb və sentyabrın 23-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçməklə Nərgizi İstanbul şəhərinin Aksaray qəsəbəsinə getməsini təşkil edib.

İki ünvanda fərqli-fərqli kişilərlə...

Sentyabrın 24-də Cuma Türkiyədə Nərgizi qarşıladıqdan sonra qeydiyyatdan keçirmək adı ilə ona məxsus ümumvətəndaş pasportunu əlindən alıb.

Həmin tarixdən Cuma İstanbul şəhərin Bəylik düzü adlanan ərazisində "İnovia 3" yaşayış kompleksindəki mənzildə Nərgizi sentyabrın 29-dək müxtəlif kişi müştərilərlə görüşdürüb.

Daha sonra Kəmalə sentyabrın 30-da Nərgizi Maya adlı qadına verib. Maya həmin tarixdən oktyabrın 8-dək Nərgizi İstanbul şəhərinin Fındıqzadə adlanan ərazisində Cərrah Paşa xəstəxanasının yaxınlığında olan mənzillərdən birində fahişəliyə məcbur edib.

Əvvəlcə Cuma, sonra Maya satdı

Növbəti dəfə Kəmalə Əliyeva Bakının Nərimanov rayonunda Sara Məlikova ilə görüşüb, İstanbul şəhərində tanışı Cumanın yanında restoranda işə düzəldəcəyinə vəd verib.

Kəmalə Saranı İstanbul şəhərinin Aksaray qəsəbəsinə gətirdikdən sonra Cumaya təhvil verib.

Cuma Saranı Bəylik düzü adlanan ərazidə "İnovia 3" yaşayış kompleksindəki mənzilə gətirib. 9 gün ərzində Saranı pul müqabilində müxtəlif kişilərlə görüşdürüb.

Oktyabrın 8-də Kəmalə Saranı həmin ünvandan götürüb və şəhərinin Fındıqzadə adlanan ərazisində yaşayan Mayanın evinə gətirib. Orada Maya ilə birlikdə Saranı kişi müştəriləri ilə görüşdürüb.

Xatunun intim görüşləri

Daha sonra Kəmalə Əliyeva paytaxtın Nərimanov rayonunda Xatun Mehdiyevanı İstanbul şəhərində Cuma adlı şəxsin yanında restoranda işə düzəldəcəyi ilə aldadıb. Cuma bilet alandan sonra Xatunun İstanbul şəhərinin Aksaray qəsəbəsinə getməsini təşkil edib.

Kəmalə sentyabrın 24-də Xatunu İstanbulda Cumaya təhvil verib. Cuma Xatunun da pasportunu əlindən alıb.

Pasportu gizlətdikdən sonra Cuma həmin gündən başlayaraq Xatunu "İnovia 3" yaşayış kompleksindəki mənzilində fahişəliyə məcbur edib.

Xatun həmin mənzildə sentyabrın 29-dək olan müddətdə müxtəlif kişilərlə görüşüb, onlarla pul müqabilində intim əlaqədə olub.

İnsan alverçisinin 5 maddəli cinayət işi

İstintaq oranı tərəfindən Kəmalə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (insan alveri, eyni əməllər təkrar törədildikdə), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə), 144-1.2.5-ci (insan alveri, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.

9 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kəmalə Əliyeva 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Kəmalə Əliyeva apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. Bu qərardan narazı qalan Kəmalə Əliyeva kasasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Kəmalə Əliyevanın kasasiya şikayəti də təmin olunmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 767   Tarix: 14 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

23.04.2024 333
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23.04.2024 868
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23.04.2024 1124
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

15:27 48
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar

23.04.2024 666
.

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışınd

23.04.2024 308
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 839
.

Çində sel və torpaq sürüşməsi: 4 ölü, 10 itkin

Çində güclü yağışlar nəticəsində daşqınlar olub. BİG.AZ xəbər verir ki, daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 4 nəfər ölüb. İtkin düşən 10 nəfərin axtarışının davam etdiyi bildirilsə də, evakuasiya olunanların sayı 110 minə çatıb. Ölkənin cənub bölgələrində, xüsusilə Çinin Quanqdonq əyalətind

23.04.2024 174
.

"16 yaşımda səhv etdim, dodağımdan narahatam..."

"Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib. İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:. "Bir dəfə 16 yaşımda səhv etdim

23.04.2024 1157