Mehriban Əliyeva kimsəsiz hepatit xəstəsinin xərclərini öz üzərinə götürdü – Fotolar

Mehriban Əliyeva kimsəsiz hepatit xəstəsinin xərclərini öz üzərinə götürdü – FotolarBərdə şəhər sakini, 1979-cu il təvəllüdlü Nazilə Musayeva yeganə övladı, 9 yaşlı Ülvi Musayevlə birgə küçələrdə qalıb.
Ən acınacaqlısı isə odur ki, ananın ciddi sağlıq problemləri var. İki gözündən əlil olan qadın həm Hepatit B xəstəliyindən, həm də ginekoloji onkologiyadan əziyyət çəkir, uşaqlığında yaranmış şiş onu günbəgün ölümə aparır. Xəstə canı ilə süpürgəçilik edib, çörəkpulu qazanan və uzun müddətdir ki, şəhərin parklarında gecələyən bu ana-balanın həyatını xeyirxah insanlar ictimailəşdirirək, onlara kömək etməyə çalışıblar. Jurnalist Xəyyam Salmanzadə və xeyirxah insan Allahyar Eyubovun dəstəyi ilə Ülvi, Ramiz Musayev adına Bərdə Şəhər İnkluziv Təhsil Komponentli tam orta məktəbə yerləşdirilib.

Ana isə bir yardımsevərin dəstəyi ilə ev şəraitində müəyyən müalicə alsa da, artıq yataq xəstəsidir və təcili tibbi müdaxiləyə ehtiyacı var. Çoxlu qan itirən qadına hazırda müvəqqəti önləyici iynələr vurulur. Bakıya xəstəxanaya gətirilməsi və orada xərclərinin qarşılanması, eyni zamanda bu müddətdə uşağın da himayə edilməsi üçün xeyli maddi yardıma ehtiyac var.

Nazilə Musayevanın həyat hekayəsi, onu küçələrdə qalmasına səbəb olan faktlar da ürək ağrıdır. Bir qız düşünün ki, heç bir valideyni, qohumu, tanışı yoxdur və internat evində böyüyüb. Daha sonra övladı olmayan bir ailə, İmişli rayonu, Nurulu kənd sakini Musayev Əzulla Xanbaba oğlu onu övladlığa götürüb, lakin övladı kimi yox, qul kimi davranıb. Evdə xidmətçi yerinə işlədib, qonşuların evinə xidmətçiliyə göndərib.

Bu insanlar öldükdə isə evini, torpağını öz qohumlarına vəsiyyət ediblər, ona heç bir pay vermədən kimsəsiz qoyublar. Naziləni daha sonra ailəli bir adamla qeyri-rəsmi nigaha məcbur ediblər. Bu nigahdan Ülvi adlı bir övladı dünyaya gəlib.

Ülvi isə içinə doğulduğu bu çətin həyatın ağır zərbəsini ömrünün ilk günündə alıb. Kimsəsiz ailənin doğum xərclərini qarşılamaq üçün pulu olmadığından uşağı bir müddət xəstəxanada girov saxlayıblar.eyri-rəsmi ailə qurduğu şəxs isə uşaq dünyaya gəldikdən sonra onu tərk edib. Səbəb isə Nazilənin Hepatit B xəstəliyinə tutulması və uşaqlığında onkoloji xəstəliyin yaranması olub.

Qadında yaddaş problemi də var. Hazırda uşağının atasının harada olması ilə bağlı da məlumat yoxdur.

BiG.AZ xəbər verir ki, Nazilə Musayevanın səhhəti ilə bağlı material saytlarda, sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra məsələ 1-ci vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya çatdırılır. Mehriban xanım məsələ barədə göstəriş verərək xəstənin bütün müalicə, əməliyyat xərclərini öz üzərinə götürüb. Artıq bununla bağlı bütün müvafiq qrumlara lazımı göstərişlər verilib. Həmçinin Nazilə Musayevanın pensiya, sosil müavinətlərinin düzəldilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də tapşırıqlar verilib.

Adıçəkilən xəstənin müalicə, əməliyyat xərclərinin Mehriban xanım Əliyeva tərəfindən qarşılanacağı haqda Heydər Əliyev fondundan məsələni ictimailəşdirən Xəyyam Salmanzadəyə zəng olunaraq bildirilib. Nazilə Musayevanın və azyaşlı oğlunun digər problemlərinin də həll olunması üçün müvafiq işlər aparılır.
Mehriban Əliyeva kimsəsiz hepatit xəstəsinin xərclərini öz üzərinə götürdü – FotolarMehriban Əliyeva kimsəsiz hepatit xəstəsinin xərclərini öz üzərinə götürdü – FotolarMehriban Əliyeva kimsəsiz hepatit xəstəsinin xərclərini öz üzərinə götürdü – FotolarMehriban Əliyeva kimsəsiz hepatit xəstəsinin xərclərini öz üzərinə götürdü – Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 707   Tarix: 13 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Semka" da həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətindən -a verilən məlumata görə, bu dəfə "Semka" ləqəbi ilə tanına

16:44 106
.

UNEC-in müəllimi vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn kafedrasının baş müəllimi Lilipar Cəfərova vəfat edib. Bu barədə UNEC məlumat yayıb

15.04.2024 608
.

Rəisi Pakistana gedir

İran Prezidenti İbrahim Rəisi Pakistana səfər edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. Qeyd edilib ki, İbrahim Rəisinin səfəri aprelin 22-nə planlaşdırılıb. İki günlük səfər zamanı Yaxın Şərqdə baş verən son proseslər, o cümlədən ikitərəfl

15.04.2024 303
.

39 yaşlı azərbaycanlı müğənninin toyudur: "Nişanlımla "TikTok"da oyun oynayaraq tanış oldum" - VİDEO

"7-17" mahnı müsabiqəsi ilə ölkədə məşhurlaşan müğənni Xəyalə Manaflı nişanlanıb. xəbər verir ki, bu barədə sənətçi ATV-nin efirində yayımlanan "Günaylı gün" verilişində deyib. 39 yaşlı sənətçi bildirib ki, nişanlısı Nurlan Rzayev ilə iki gündən sonra toyudur. Müğənni qeyd edib ki

15.04.2024 5223
.

"Valideynlərim 3 il məni heç kimə göstərməyiblər"

"Bildiyimiz bəd nəzər var. Hər evə girəndə uşaqların başına üzərlik yandırmaq məsələsi də var. Mən dünyaya gələndə valideynlərim 3 il məni heç kimə göstərməyiblər". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Qonaqcanlı" verilişində deyib. Sənətçi sosial şəbkədə paylaşdığ

12:34 321
.

Hülya Afşarın dedikləri gündəmə bomba kimi düşdü

Türkiyəli müğəni Hülya Afşar evlilik proseduru ilə bağlı verdiyi təklifə ölkə əhalisinin sərt reaksiyası ilə üzləşib. -ın xəbərinə görə, Afşar qızı evliliklərin də kirayə müqaviləsi kimi 5 il müddətinə imzalanmasını təklif edib. "Beş ildən bir evlilik müqaviləsi yenilənməlidir. O zaman ər-arva

15.04.2024 643
.

Baş redaktor və müxbir həbs edildi

" internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar. xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakta görə Cinayət Məcəlləsini

15:47 174
.

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15.04.2024 673
.

Mətanət İsgəndərli 45 kiloqram arıqladığını açıqladı

"45 kiloqrama yaxın çəki atmışam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star"a müsahibəsində deyib. İfaçı plastik əməliyyat etdirməyə hazırlaşdığı vurğulayıb:. "Əməliyyata hazırlaşıram. Zarafat deyil, birdən-birə şarı doldurub-boşaldand

11:01 395