Dost seçmək və onun qaydaları

Dost seçmək və onun qaydalarıNə qədər ki,insan sağdır,onun dosta ehtiyacı var.Qardaşı olmayan adam dostu olmayandan yaxşıdır.Bir alimdən soruşurlar : "Dost yaxşıdır,yoxsa qardaş?" Deyir: "Qardaş da dost olsa yaxşıdır".

Dostlar haqqında fikirləşirsənsə,onlara bəxşiş,hədiyyə göndər,mərdlik göstər,çünki dost hayına qalmayan dostları da hayına qalmaz.Belə adamlar həmişə dostsuz qalar.Deyirlər ki,guya dost adamı qohumdan uzaqlaşdırar.İnanma.

Tez-tez dost dəyişdirməyi adət etmə,dostu çox olanın eyibləri örtülər,ləyaqətləri meydana çıxar.Lakin təzə dost tapdıqda köhnəsinə arxa çevirmə.Yenisi ilə dost ol,köhnəsi də qoy yerində qalsın,beləliklə,dostların sayı çoxalsın.Deyiblər ki : "Yaxşı dost böyük xəzinədir". Bİr də,səninlə dostlaşmaq istəyən,lakin hələlik yarımdost olan adamlar haqqında da fikirləş,onlara yaxşılıq et,qayğı göstər,xeyir-şərdə onlara kömək et.Səndə mərdlik gördükdə dönüb sadiq dostun olarlar.

İskəndərdən soruşurlar : " Az müddətdə bu qədər böyük bir dövləti hansı xüsusiyyətinlə ələ gətirdin?" Deyir : "Düşmənlərə lütf etmək,dostlara kəramət göstərməklə".

Bir də,dostlarının dostları haqqında fikirləş,onlar da dostlar cərgəsində hesab edilərlər.Lakin düşməninlə dostluq edəndən ehtiyatlı ol,ola bilər onunla dostluğu səninkindən möhkəm olsun və düşmənindən əvvəl sənə zərər yetirsin.
Dostunla düşmənlik edənlərdən də özünü qoru.Heç bir səbəb və əsas olmadan səndən şikayətlənən dostlardan dostluq gözləmə.

Dünyada eyibsiz adam ola bilməz,lakin sən mərd ol,mərd adamda nöqsan olmaz.Namərdlə dostluq etmə,namərd dostdan xeyir gəlməz.Badə dostlarını dost hesab etmə,çünki onlar qədəhi üstün tuturlar,səni yox.Dostun yaxşısı da olar,pisi də,hər ikisi ilə dostluq et,yaxşıları ilə ürəkdən dostluq et,pisləri ilə dildə dost ol.Beləliklə,hər iki tərəfin dostluğu təmin edilmiş olar.Ehtiyac həmişə yaxşı dostlara düşməz,elə vaxt gələ bilər ki,pis dostlara da adamın işi düşə bilər.Hərçənd yaxşıların yanına getmək pislərin yanında hömətini azaltdığı kimi,pislərin yanına getmək yaxşıların yanında hörmətini azaldar,lakin sən yaxşıların yolu ilə get ki,hər iki dəstənin dostluğu sənə nəsib olsun.Ammaheç vaxt axmaq adamlarla dostluq etmə,çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər ki,yüz ağıllı öz düşmənçiliyi ilə onu edə bilməz.

Yalnız yaxşı və istedadlı adamlarla dostluq et ki,sən də dostlarının şöhrət tapdığı istedadlarla hörmət qazanıb təriflənəsən.Tək olmaq pislə oturmaqdan yaxşıdır.

Danlanmaq istəmirsənsə,dostların və adamların haqqını tapdalama.Deyiblər ki,iki cür adam məzəmmət edilməyə layiqdir : biri dostların haqqını tapdayanlar,ikincisi,yaxşı işə qiymət verməyənlər.İnsanların dostluğa yarayıb-yaramadığını iki şeylə müəyyən etmək olar : birincisi odur ki,dostu dara düşə,o,imkan daxilində heç bir şeyi dostundan əsirgəməyə və ağır gündə ondan üz döndərməyə,ikincisi, əgər dostu vəfat etsə,onun övladını və qohumlarını yanına çağırıb onlara yaxşılıq edə,hər dəfə dostunun qəbrinin ziyarətinə getdikdə həsrətini bildirə,doğrudu,bu,dostun özü deyil,lakin qəbir ki,onun qəbridir.

Adamlarla orta dost ol,dostlarının çoxluğuna bel bağlama,əsl dost özünü hesab et,dalına və qabağına diqqətlə bax,dostlarının etibarlılığına ümid edib arxayınlaşma,min dostun olsa belə,heç kəs sənə özündən artıq dost ola bilməz.Dostu xoş və bəd gündə də yoxla,xoş gündə hörmətinə,bəd gündə isə köməyinə görə.Düşmənini düşmən hesab etməyəni dost bilmə,elə adam tanış adlanar,dost sayılmaz.

Dostlarınla pis vaxtlarında da yaxşı vaxtlarındakı kimi rəftar et.O adamı dost hesab et ki,onun da səni dost hesab etdiyinə əminsən..
Dostu dostluq xatirinə elə şey öyrətmə ki,bir vaxt düşmən olsa,onun vasitəsilə sənə ziyan yetirə bilsin.Sonrakı peşmançılıq fayda verməz.
Hər zaman dostluqda möhkəm ol,onda sənin də işlərin möhkəm olar.Axmaq bir şey üstə dost səndən üz döndərirsə,onu geri qaytarmağa çalışma.deməli ləyaqəti yoxdur.

Tamahkar dostdan qaç,onun dostluğu tamah üzübdən olar,həqiqi dostluq olmaz.Kinli adamlarla dostluq etmə,kinli adam dostluğa layiq deyil,ürəyi həmişə kinlə dolu olan adamın qəlbinə dostluq daxil ola bilərmi?!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8055   Tarix: 10 oktyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960