Azərbaycanda QAZ yerinə BMW zavodu niyə açılmır? - SƏBƏBLƏR AÇIQLANDI

Azərbaycanda QAZ yerinə BMW zavodu niyə açılmır? - SƏBƏBLƏR AÇIQLANDIFevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş" ASC-nin Rusiyanın "QAZ Qrup" (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib. Zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir. İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunacaq.

Bundan bir gün öncə isə Qazaxıstanın Almatı şəhərində "Hyundai" minik avtomobillərinin istehsalı üzrə zavodun tikiləcəyi barədə məlumat verildi. Zavodun gücü ildə əvvəlcə 30 min avtomobil təşkil edəcək, ardından isə 45 minədək artırılacaq. Bu, Qazaxıstan bazarını "Hyundai"yın keyfiyyətli və ucuz avtomobillərlə təmin edəcək. MDB ölkələrinə də ixrac ediləcək. Zavodun işə salınması sayəsində 700 yeni iş yeri açılacaq. Layihəyə ümumilikdə 25 milyard tenge dəyərində investisiya yatırılacaq.

Bəs Azərbaycanda dünyaca məşhur avtomobil şirkətlərinin zavodları niyə açılmır? Etiraf etmək lazımdır ki, Rusiya və İran istehsalı olan avtomobillər Avropa, Amerika və Yaponiya istehsalı olan avtomobillərdən bir çox parametrlərinə görə çox geridə qalır. Məsələ ilə bağlı Sonxeber.az-a münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda avtomobil zavodu açılmır, bu günədək də açılmayıb, bizdə belə demək mümkündürsə, avtomobillərin yığım sexləri açılır.

Əsl avtomobil zavodu odur ki...

Onun sözlərinə görə, QAZ avtomobili kifayət qədər mürəkkəb maşındır, çünki əsasən yüklərin və çoxsaylı sərnişinlərin daşınması üçün nəzərdə tutulur: "Onların bütün detalları Rusiyadan gətiriləcək, həmin zavodda isə detalların yerinə bərkidilməsi prosesi həyata keçiriləcək. Bu da belə demək mümkündürsə, gömrük tarifindən qanunu yolla yan keçmək, yəni gömrük rüsumunu ödəməmək üçün nəzərdə tutulub. Bu, avtomobil istehsalı deyil, avtomobilin yığılmasıdır. Avtomobil istehsalı o vaxt olur ki, həmin avtomobilin detallarının ən azı 25-30 faizi həmin ölkədə istehsal edilir".

İstehsal budur...

Ekspert qeyd edib ki Qazaxıstandakı misalda da eyni vəziyyətdir: "İlkin mərhələdə "Hyundai" avtomobillərinin detallarının 20 faizi, gələcəkdə isə 40 faizi istehsal olunacaq. Bu, əsl avtomobil istehsalı zavodudur. Türkiyədə də 11 iri avtomobil şirkətinin zavodları var, həm daxili, həm xarici bazara böyük həcmdə avtomobil istehsal edirlər. Türkiyədə avtomobil detallarının istehsalı demək olar 50 faizə çatıb. İstehsal budur".

İstehsal deyil, yığmadır

N.Cəfərli diqqətə çatdırıb ki, Azərbaycanda həm Neftçaladakı İranla birgə avtomobil zavodu, həm bundan öncə Naxçıvan Avtomobil Zavodu ("NAZ-Lifan"), həm də indiki Hacıqabuldakı QAZ avtomobil zavodunu istehsal zavodu adlandırmaq doğru deyil, bu, yığımla məşğul olan kiçik sahələrdir: "Qoyulan vəsait də bundan xəbər verir. Həmin zavoda 14 milyon manat vəsait qoyulub. Bir zavodun açılması 14 milyon manata başa gəlmir axı? Məsələn, "Hyundai" şirkətinin Qazaxıstandakı zavoda investisiyası yarım milyard dollara yaxın olacaq. Böyük həcmdə investisiya lazımdır ki, sözün həqiqi mənasında avtomobil zavodu açılsın".

20 min manatlıq maşın 30 minə gəlib çıxır

Onun fikrincə, Azərbaycandakı fəaliyyət ancaq qanuni yolla gömrükdən yan keçirməklə, yəni gömrük rüsumunu ödəməmək şərtilə müəyyən avtomobilləri detallarını gətirməyə hesablanıb: "QAZ avtomobilini Rusiyadan alıb gətirsən bunun təqribən 18 faizi əlavə dəyər vergisi, 15 faizi gömrük rüsumu olacaq ki, bu da avtombilin qiymətinə əlavə təqribən 36 faiz gələcək. Hətta bunun motorun həcminə görə aksiz vergisi də var, cari ildən o da artırılıb. Onu da əlavə etsək, avtomobilin qiymətinin üzərinə ən azı 40 faiz gəlir. Obrazlı desək, 20 min manatlıq avtomobil gətirəndə ən azı bunun üzərinə 40 faiz gəlir, gömrükdən keçirəndə bu da 28-30 min manata başa gəlir. Belə demək mümkündürsə, sadəcə bunun qarşısı alınır".

Yeganə müsbət tərəfi...

İlkin mərhələdə Hacıqabuldakı zavodda cəmi 600 avtomobilin yığılması nəzərdə tutulduğunu xatırladan N. Cəfərli vurğulayıb ki, bu da kifayət qədər kiçik həcmdir: "İrana satışla bağlı danışıqlar gedir, ola bilsin ki, bir qismi İrana satılsın. Müsbət cəhəti odur ki, zavodda 100-ə yaxın insan işlə təmin olunacaq. Əgər bu, davamlı olarsa, 100 nəfər Azərbaycan vətəndaşının işlə təmin olunub maaş alması bunun yeganə müsbət tərəfidir. Əslində çox vaxt bunu ölkədən valyutanın çıxmasının qarşısı alınmasl kimi təqdim edirlər, ancaq bu da belə deyil. Çünki Rusiya və İranda gətirilən bütün detallar valyuta ilə alınır və bu avtomobillərin yığılması ölkədən əlavə valyuta çıxışına səbəb olur.

Bunu etsəydik kifayət qədər qazanardıq

Dünyanın məşhur avtomobil konsernlərinin Azərbaycanda zavod açmaması məsələsinə gəlincə, o bildirib ki, Azərbaycanın avtomobil bazarı kifayət qədər kiçikdir: "İqtisadi tərəfdən yanaşsaq, 10 milyonluq əhali üçün ayrıca zavodun tikintisi bir az problemli görünür. Azərbaycandan başqa ölkələrə çıxış geniş olsa da, biz çox gecikmişik. "BMW", "Mercedes" və "Hyundai" artıq Rusiya və Türkiyədə zavodlarını açıblar və ətraf ölkələrə ixrac oralardan həyata keçirilir. "Hyundai"yın Qazaxıstanda zavod açması planı bu bazarın da əldən çıxması anlamına gəlir. Orada açılacaq zavod Mərkəzi Asiya ölkələrinin, hətta Rusiyanın bazarına avtomobil ixrac etməyə hesablanıb. Bu anlamda gecikmişik, Azərbaycan kimi kiçik bazar üçün ayrıca zavodun tikintisinin iqtisadi əhəmiyyəti yoxdur. Biz vaxtında ətraf ölkələrə ixracla birgə bunu etsəydik kifayət qədər qazana bilərdik".

Müstəqil məhkəmə hakimiyyəti olmalıdır

Ekspert digər tərəfdən hesab edir ki, Azərbaycanda bu tip istehsal sahələrinin açılması çox ciddi problemlərlə qarşılaşır: "Biznes burada sənədləşmə, vergi və gömrük siyasətində problemlərlə üzləşir. Ona görə də Azərbayacnda iş görməkdən çəkinirlər. İndi son zamanlar ölkədə vergi və gömrük sahələrində müəyyən pozitiv addımlar atılır. Ola bilsin ki, gələcəkdə daha yaxşı investisiya şəraiti yaransın. Ancaq burada başqa bir məsələ də var. Belə ki, biznes üçün gömrük və vergidən əlavə müstəqil məhkəmə hakimiyyətinin olması da çox vacibdir. Biznes istənilən mübahisələrin məhkəmələrdə çox tez və ədalətli həll olunmasını istəyir. Bu, əslində siyasi məsələ deyil, hüquqi məsələdir. Qaxaxıstanda, məsələn, bununla bağlı ayrıca iqtisadi məhkəmə sistemi yaradıblar və anqlo-sakson hüququna uyğun məhkəmə sistemi qurublar. Hətta qanunlarla təsbit edildi ki, əgər xarici investor tələb edərsə, həmin məhkəmələrdə ingilis dilində belə işlərə baxıla bilər. Azərbaycanda bu sahədə demək olar heç bir addım atılmayıb və investisiya şəraitinin yaxşılaşdırılması üçün məhkəmə islahatı çox vacib addımlardan biridir".

mənbə: Sonxeber.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1086   Tarix: 12 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 282
.

"Xəstəliklərin yaranması həm də su ilə bağlıdır"

"İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelini

17.04.2024 1161
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 123
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 217
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 287
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 257
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 328
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 381
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 202