Evlilik qərarını kim verməlidir? Valideynlər, yoxsa gənclərin özü? – VİDEO

Evlilik qərarını kim verməlidir? Valideynlər, yoxsa gənclərin özü? – VİDEOGünümüzdə gənclər ailə həyatı qurarkən seçim etməkdə çətinlik çəkirlər. Ya onun bəyəndiyini valideynlər bəyənmir ya da, valideynlərin seçimi onun ürəyincə olmur.

Bəs doğru olan hansıdır? Öz seçimimiz, yoxsa valideynlərin fikirləri?

ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı süjet hazırlanıb.

Sakin: "Valideynim təklif edib. Bir nəfər olmayıb, bir neçə nəfər olub mən bəyənmişəm".

Sakin: "Öz seçimim olub".

Sakin: "İndi cavanlar hamısı internetdə tanış olurlar, bir aydan sonra boşanırlar. Öz seçimi, valideynlərinin də məsləhəti olmalıdır".

Cavid İmamoğlu – Sosioloq: "Hal-hazırda Azərbaycanda mentalitetlə müasirlik üz-üzə gəlib. 20 il əvvəl ailə cəmiyyətin dayağı idi, ona görə ki, orda uşaq dünyaya gələcək deyirdilərsə, müasir dünyamızda ailə ona görə cəmiyyətin dayağıdır, orda sevgi var. Bir şeyin ki, kökündə sevgi durur, onu gərək insanlar mütləq öz seçimlərini nəzərə almalıdırlar".

Aida Nəbiyeva – Psixoloq: "Bəzən doğrudan da analar-atalar düşünür ki, bu insan filankəsin övladıdırsa, bu da onun kimi yaxşı övladdır, yaxşı insandır və yaxşı həyat yoldaşı olacaq. Amma bəzən genetik amil heç də üst-üstə düşmür və tamam əks bir göstərici olur. Biz dəfələrdə valideyn təəssüfünün belə şahidi olmuşuq".

Hər bir insan müəyyən yaş həddinə gəldikdən sonra öz yarını axtarır və ailə qurmaq istəyir. Amma ailə qurulacaq seçim isə çox zaman valideynlə övladları üz-üzə qoyur. Kimisi valideyninin seçimi ilə, bəziləri valideyn razılığı olmasa belə, öz sevdikləri insanla ailə qururlar.

Cavid İmamoğlu – Sosioloq: "Ailənin seçiminə gedəndə görürsüz ki, evlənəcək cütlüklər bəzən sevməyərək ailə qururlar və bunun da nəticələri yaxşı olmur. Ona görə də hər nə olursa olsun kökündə sevgi durmalıdır. Ailə də seçsə, dostun da yönləndirsə qarşılıqlı sevgi əsasında ailə qurulmalıdır".

Aida Nəbiyeva – Psixoloq: "Münasibətlərin qarşılıqlı sevgi, anlaşma və qarşılıqlı inam əsnasında qurulmağının tərəfdarıyam, nəyə görə? Ancaq bu prinsiplərlə bu maneələri aşmaq olur. Böyük faizlə gənclərin fikirləri önəmlidir, valideynlərin isə məsləhətləri önəmlidir".

Milli mentalitetə söykənən bəzi adətlərimiz varki, əsrlərdir özümüzlə gəzdiririk. Valideyn düşünməlidir ki, şəxi seçimini edə bilməyən övlad, gələcəkdə ailə məsuliyyətinin yükünü daşıya bilməz. Odur ki, övladınızın seçiminə müdaxilə etməyin, məsləhət verin ki, gələcəkdə yarana biləcək hansısa məsuliyyətin qınağı da üzərinizdə qalmasın.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 652   Tarix: 12 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814