Çingiz xarici mətbuatda: "Bu adam qəlyanaltılıq deyil, əsas yeməkdir"

Çingiz xarici mətbuatda: "Bu adam qəlyanaltılıq deyil, əsas yeməkdir"

Çingiz Mustafayevin “Eurovision 2019” yarışmasına gedəcək namizədlərdən biri olması yerli media ilə yanaşı, xarici mətbuatın da diqqət mərkəzindədir.

Axşam.az xəbər verir ki, xüsusilə yarışmayla bağlı olan saytlar Çingizi düzgün namizəd kimi görür və uğur qazanacağına inanır.

Buraya LGBT mövzulu saytlar da daxildir. Belə ki, sözügedən saytlar inanır ki, Mustafayev səsi ilə yanaşı, bədən quruluşu ilə də səs toplayacaq.

“Azərbaycan “Eurovision”a yaraşıqlılıqda yeni bir səviyyə hesab edilən Çingiz Mustafayevi göndərir. Sosial mediada isə onunla bağlı “Bu adam qəlyənaltılıq deyil, əsas yeməkdir” kimi rəylər yazılıb. Bu qədər homofobiyalı şəxslərin yaşadığı Azərbaycanın “Eurovision”a “gey maqnit”i bir müğənnini yollayıb, səs yığmaq istəyini məəttəl şəkildə qarşılayırıq” deyə, saytlarda Çingiz haqda bəhs edilib.
Çingiz xarici mətbuatda: "Bu adam qəlyanaltılıq deyil, əsas yeməkdir"
Çingiz xarici mətbuatda: "Bu adam qəlyanaltılıq deyil, əsas yeməkdir"

Qeyd edək ki, Ləman Dadaşova, Çingiz Mustafayev, Tofiq Hacıyev və Samirə Əfəndi İTV-nin açıqladığı rəsmi namizədlər sırasındadır.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 683 Tarix: 12.02.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol