Keçmiş nazirin sürücüsü maşını ilə yoxa çıxdı - FOTO

Keçmiş nazirin sürücüsü maşını ilə yoxa çıxdı - FOTO
Ağstafada olan keçmiş daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü və maşını yoxa çıxıb.

Bu barədə yenicag.az-a danışan eks nazir bildirib ki, onlar Ağstafadan Qazaxa taksi ilə gediblər. Geri qayıdarkən isə nə maşını, nə də sürücünü tapmayıblar.

İsgəndər Həmidovun sözlərinə görə, sürücüsü və maşını yoxa çıxıb.

Sürücüyə zəng çatmır. Maşın da yerində yoxdur. Düşünürəm ki, onları oğurlayıb və gizlədirlər.

İsgəndər Həmidov bildirib ki, hazırda polisə gedirlər, baş vermiş hadisəni araşdırmağa çalışırlar.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1274 Tarix: 12.02.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər