"Bizi qurban seçiblər" – Narkoloji Mərkəzdəki yanğın işi

"Bizi qurban seçiblər" – Narkoloji Mərkəzdəki yanğın işiMərkəzin mühəndisi Murad Abdullayev: "Yanğından dərhal sonra çağırdılar ki, yanğın təhlükəsizliyilə bağlı təlimata qol çək, imtina etdim"

"İttihamdan açıq aydın görünür ki, biz qurban seçilmişik". Bunu məhkəmədə Narkoloji Mərkəzdə yanğəna görə təqsirləndirilən şəxslərdən olan Mahir Abdullayev deyib.

Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğınla bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hazırda təqsirləndirilən şəxslər son sözlə çıxış edirlər.

M.Abdullayev Narkoloji Mərkəzdə əməyin mühafizəsi üzrə mühəndis işləyib. O, vurğulayıb ki, on aydan artıqdır həbsdə olsa da, hələ də günahının nədən ibarət olmasını bilmir. "Mənə ittiham verilib ki, guya mən yanğın təhlükəsizliyinə cavabdeh şəxs olmuşam. Amma mən heç vaxt yanğın təhlükəsizliyinə cavabdeh şəxs olmamışam. Əmək müqaviləsində üzərimə düşən vəzifələr yazılıb, onların arasında yanğın təhlükəsizliyinə cavabdehlik məsələsi yoxdur. Amma hadisədən sonra onu çağırıb, yanğın təhlükəsizliyilə bağlı təlimata qol çəkdirmək istədilər".

Təqsirləndirilən deyir ki, yanğından dərhal sonra Səhiyyə Nazirliyinin kadrlar şöbəsinin müdiri onu çağıraraq, yanğın təhlükəsizliyilə bağlı təlimata qol çəkməsini istəsə də, imtina edib: "Çünki sonradan quraşdırılmış iş idi. Ora imza atsaydım, avtomatik üzərimə götürmüş olacaqdım ki, günahkar mənəm".

Yanğın baş verən zaman binadakı qapılardan birinin bağlı olması və sonadək açılmamasıyla bağlı dünyasını dəyişmiş şəxslərin səsləndirdiyi ittihamlarla bağlı M.Abdullayev belə deyib: "Həmin gün çox güclü külək vardı, əgər dəhlizin o biri başındakı qapı da açıq olsaydı, ümumiyyətlə, oradan heç kim sağ çıxmazdı. Çnki külək hər iki tərəfdən yanğının şüddətini artıracaqdı. 145 metr uzunluğu olan binada adamların çıxması üçün cəmi iki metr eni olan dəhliz vardı. Hadisə vaxtı oradakı basabası təsəvvür edin… Heç kim sağ çıxa bilməzdi".

M.Abdullayev yanğının qarşısının alınması haqda danışıb. O deyib ki, Narkoloji Mərkəzin həyətində 6 ton tutumu olan hovuzu qamış basmışdı. "Hovuzun təmizlənməsi ilə bağlı dəfələrlə "Azərsu"ya müraciət edilsə də, heç bir tədbir görülməyib".

M.Abdullayev ifadəsinin sonunda günahsız olduğunu, himayəsində iki azyaşlı övladı olduğunu və yüksək şəkər xəstəliyindən əziyyət çəkildiyini deyərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib:

"İttihamda bu hadisənin qəsdən törədildiyi yazılıbsa, mən niyə məsuliyyət daşımalıyam? Mənə qarşı irəli sürülmüş ittiham reallıqdan kənardır. Ona görə də barəmdə bəraət hökmü çıxarılmasını xahiş edirəm".

Bu iş üzrə hazırda 4 nəfər təqsirləndirilir: "Hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədov.

Afət Məmmədova barəsində həbs-qətimkan tədbiri seçilməyib.
64 yaşlı M.Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş A.Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.

Qeyd edək ki, iş üzrə beş nəfər cinayət məsuliyyətinə cəlb olunsa da, Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərov haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı.
Sentyabr ayında o, vəfat edib.

mənbə: bizimyol.info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 900   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

"Rusiya Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi" - Politoloq

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Rusiya Ermənistanı dəfələrlə aldadıb. O qeyd edib ki. Rusiya Ermənistanı "ən çətin dövrdə" tək qoyub. Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Mövzu ilə bağlı -a danışan politoloq Turan Rzayev bildirib ki, 44 günlük İkinci Qaraba

13:54 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191