"Veysəloğlu"nun "OBA" mağazasında süni qiymət artımı – Foto

"Veysəloğlu"nun "OBA" mağazasında süni qiymət artımı – Foto
“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsin müştərini aldadıb.

Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimov Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən “OBA”da alış-veriş edərkən satıcı kibritin qiymətinin qalxdığını bildirib.

O, kibritin 1 ədədinin qiymətinin 0.02 manatdan 0.20 manata (2 qəpikdən 20 qəpiyə) qalxdığını bildirib və müştəriyə kibriti bu qiymətə satıb.

“OBA”marketlər şəbəkəsi’nin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elvin Babayev bildirib ki, qeyd olunan məhsulda qiymət artımı olmayıb: “Sadəcə məhsulun qiyməti marketin sisteminə texniki səhvə görə 0.02 manat əvəzinə 0.2 manat işlənib. Əməkdaşlarımız elə həmin gün bu texniki səhvi aradan qaldırıb. Əgər müştərilərimiz hər hansı xoşagəlməz halla qarşılaşarsa dərhal qaynar xəttimizə zəng edərək və ya 0554504050 whatsapp qaynar xəttimizə yazaraq bizi məlumatlandırmalarını xahiş edirik”.
"Veysəloğlu"nun "OBA" mağazasında süni qiymət artımı – Foto

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1857 Tarix: 11.02.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol