Yetim olduğu üçün uşaq əməyinin istismarına məruz qalmış Əlinin həyat hekayəsi – Video

Yetim olduğu üçün uşaq əməyinin istismarına məruz qalmış Əlinin həyat hekayəsi – Video
O anadan olanda atası vəfat edibmiş. Dünyaya gələndən 3 gün sonra onu anasından ayırıblar. Bir müddət sonra anası da vəfat edir. Əmisi onu internat evinə qoyur. 3 yaşı olandan əmisi onu himayəsinə götürür.

Uşaq əməyinin istismarına məruz qalıb. Yaşına və fizionomiyasına uyğun olmayan işlərə cəlb edirlər. Nəticədə təhsil ala bilmir, hətta oxuya və yaza bilmir.

Əmisi təhsilsiz, cansız-çəlimsiz qardaşı oğlunu hərbi xidmətə yararsız olaraq rəsmiləşdirib, əsgərlikdən saxlayır.
O, Qəbələ rayonu, Pirəlli kənd sakini Əli Əliyevdir (Ad şərtidir – R.İ.).

Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın sakini Əli Əliyevdən müsahibə alıb.

O, ailəlidir. 3 övladı dünyaya gəlib, yalnız biri həyatda qalıb. Həyat yoldaşı şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ailədə işləyən tək qızıdır.

Ə.Əliyev hərəkət etməkdə çətinlik çəkir. Buna səbəb iş vaxtı spirtli içki qəbul edib işlədiyi zamanı kanalizasiyaya yıxılaraq onurğa sütunundan zərbə alıb.

O, həyat yoldaşını dinləmədiyi, onun tövsiyyələrini nəzərə almadığı üçün peşmandır.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 370 Tarix: 11.02.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol