Bakıda 3 gün sonra əsgər getməyə hazırlaşan gənc qətlə yetirildi

Bakıda 3 gün sonra əsgər getməyə hazırlaşan gənc qətlə yetirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçiirlən prosesdə hökm oxunub və Ərəstun Ərəbov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Ə.Ərəbov işlədiyi metal qəbulu sexində iş yoldaşı, Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə o, iş yoldaşı Q.Hüseynova küt alətlə vuraraq qətlə yetirib. Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub. Q.Hüseynovun yaxınları isə Ə.Ərəbovun içkili olduğunu, heç bir səbəb olmadan onu öldürdüyünü bildiriblər.
Qeyd edək ki, yaxınlarının bildiridiyinə görə Q.Hüseynov 3 gün sonra hərbi xidmətə getməyə hazırlaşırmış.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 602 Tarix: 11.02.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol