Azərbaycanda QƏZA: Yaralıların ADLARI AÇIQLANDI

Azərbaycanda QƏZA: Yaralıların ADLARI AÇIQLANDI
Bu gün günorta saatlarında əvvəlki Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 59-cu km-də üç avtomaşının toqquşması ilə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

VAZ-2107, VAZ-21015 markalı minik maşınlarının və “Ford” markalı mikroavtobusun toqquşması nəticəsində VAZ-21015-in sərnişini - 30 yaşlı Salyan şəhər sakini Həbib Rahil oğlu Tağıyev xəsarət aldığından, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbaxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

mənbə: virtualaz.org

Azərbaycanda QƏZA: Yaralıların ADLARI AÇIQLANDI

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 692 Tarix: 11.02.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol