Əslən Rusiyadan olan 8 məşhur Hollivud ulduzu – Fotolar

Əslən Rusiyadan olan 8 məşhur Hollivud ulduzu – FotolarSilvestr Stallone, Maykl Duqlas, Skarlett Yohansson

Dünya kinosunun ulduzları arasında Rusiyadan çox az aktyor var.
Amma təkcə Hollivud ulduzlarını araşdıranda xeyli məşhurun kökünün Rusiya imperiyasına gedib çıxdını görmək olar. Bizimyol.info həmin siyahıdan ən məşhur 8-in əhvalatını sizə təqdim edir:

Silvestr Stallone
Əslən Rusiyadan olan 8 məşhur Hollivud ulduzu – Fotolar© Rocky / Chartoff-Winkler Productions
Stallonenin ana tərəfdən ulu nənəsi Roza Lamlek Odessada doğulub. Onun əcdadları zəngin sayılırdılar. Şəhərin ən böyük magistrallarından birində – Staroportofrankovskoy küçəsində yaşayırdılar. 1884-cü ildə Roza Lamlek Çarlz Labofişə ərə gedir, bu nikahdan iki uşaq dünyaya gətirir. Tezliklə ailə ABŞ-a köçür.

Ceyk Cillenhol
Əslən Rusiyadan olan 8 məşhur Hollivud ulduzu – Fotolar© Prince of Persia: The Sands of Time / Walt Disney Pictures
Cillenholun ana tərəfdən ulu babası Rusiya imperiyasında hərbi xidmət keçməkdən imtina etmişdi. Məhz buna görə ABŞ-a qaçmışdı. O, Nyu Yorkda Aşağı İst-Sayd küçəsinə köçmüş, dərzi işləməyə başlamışdı.

Barbara Streyzand
Əslən Rusiyadan olan 8 məşhur Hollivud ulduzu – Fotolar© Little Fockers / Universal Studios
Barbaranın babası İsaak Streyzand ABŞ-a 1898-ci ildə köçüb. Onda İsaakın 17 yaşı vardı. Streyzand indiki Ukraynada – Ternopol vilayətinin Buçaç şəhərində doğulmuşdu.

Maykl Duqlas
Əslən Rusiyadan olan 8 məşhur Hollivud ulduzu – Fotolar© Wall Street / 20th Century Fox
Hollivudun qızıl erasının ulduzu Kirk Duqlasın Mayklın atası olduğunu yəqin bilirsiniz. Kirk 1916-cı ildə Amsterdamda doğulub. Onun valideynləri uşağın dünyaya gəlməsindən 6 il əvvəl indiki Belarusun Mogilyov vilayətinin Çausı şəhərindən ABŞ-a köçmüşdü.

Natali Portman
Əslən Rusiyadan olan 8 məşhur Hollivud ulduzu – Fotolar© No Strings Attached / Paramount Pictures
Portmanın ata tərəfdən babası və nənəsi – Edelşteynlər ABŞ-a XX əsrin əvvəllərində Tsarstva Polskoqodan gəlmişdi. Onda bu ərazi Rusiya imperiyasına daxil idi. Ana tərəfdən babası və nənəsi isə Moldovanın paytaxtı Kişinyovda doğulub.

Devid Duxovnı
Əslən Rusiyadan olan 8 məşhur Hollivud ulduzu – Fotolar© The X-Files / 20th Century Fox Television
Duxovnının ata babası Moyşe ABŞ-a 1916-cı ildə köçmüşdü. O, Kiyev quberniyasının Berdiçev şəhərində doğulub. Devidin nənəsi də Tsarstvo Polskoqodan idi.

Şon Penn

Əslən Rusiyadan olan 8 məşhur Hollivud ulduzu – Fotolar© Milk / Focus Features
Şonun babası Moris Daniil Pen (əsl soyadı Melenkov) və nənəsi Yelizaveta Melenkova ABŞ-a 1914-cü ildə Litvadan gəlmişdilər.

Skarlett Yohansson
Əslən Rusiyadan olan 8 məşhur Hollivud ulduzu – Fotolar© Beyaz Deriili / wikimedia © PacificCoastNews / East News
Çox yazırdılar ki, Skarlett Vladimir Leninin həyat yoldaşı Nadejda Krupskayanın qohumudur. Amma bu, əfsanədən başqa bir şey deyil. Yəqin ki, vizual oxşarlıq belə şayiəyə şərait yaradıb. Ümumiyyətlə, Skarlettin slavyanlara çox bənzərliyi var. Onu Nataşa Romanova roluna da əbəs yerə çəkməmişdilər. Skarlettin ana nənəsi Doroti Çodoş Nyu Yorkda böyümüşdü. Dorotinin valideynləri – İzador Çodoş və Xana Vaynşteyn uşağın dünyaya gəlişindən az əvvəl Minskdən ABŞ-a köçmüşdü.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1621   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704