Başçının müavini həyat yoldaşının davasından DANIŞDI: "Elə oğlan deyiləm ki, adım hardasa hallansın"

Başçının müavini həyat yoldaşının davasından DANIŞDI: "Elə oğlan deyiləm ki, adım hardasa hallansın"Samux rayonunun icra başçısının müavini Qəzənfər Əliyev həyat yoldaşı, Gəncədəki 10 nömrəli məktəbin direktoru Arzu Əliyevanın valdieynlə əlbəyaxa çıxması barədə yayılan xəbərlərdən danışıb.

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, Əliyev görüntülərdəki qadının onun həyat yoldaşı olmadığını bildirib:

"Bəli, həyat yoldaşım Gəncədəki 10 nömrəli məktəbin direktorudur. Mən Samuxda yaşayıram, o, Gəncədədir. Nə fikir bildirəcəyəm ki? Fikri o videonu sizə göndərən adamdan soruşun. Kimsə bir şey deyəndə aydınlaşdırmalıdır. Məktəbdən öyrənin də, məndən niyə soruşursunuz? Niyə mənim adım hallanmalıdır ki? Heç o məktəbdə də oxumamışam ki, kimsə adımı hallandırsın. Mənim adım tarixində heç harda hallanmayıb. Elə oğlan deyiləm ki, adım hardasa hallansın.

O videodakı mənim həyat yoldaşım deyil. Biz dövlət nümayəndəsiyik, ürəyi dövlətlə döyünən adamlarıq. Əgər mənim səhvim varsa və o səhvi kimsə hardasa deyirsə, ona nə deyə bilərəm? Mən belə şeylərlə maraqlanmıram. O vaxt maraqlanaram ki, kimsə internetə dövlətin əleyhinə nəsə qoymuş olsun. Siz o videonu çəkən adamdan soruşun ki, hansı əsasla orada filankəsin olduğunu iddia edirsiz?"

Qeyd edək ki, iki gün öncə sosial şəbəkələrdə yayılan videoda əslən Samux rayonundan olan direktor Arzu Əliyevanın valideynlə əlbəyaxaya çıxdığı bildirilirdi. Həmçinin qeyd edilirdi ki, sözgedən direktor mütəmadi olaraq valideynlərlə və pedaqoji heyətlə bu kimi problemlər yaşayır.
Qeyd edək ki, A.Əliyeva Samux rayonunun icra başçısının müavini Qəzənfər Əliyevin həyat yoldaşıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 817   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643